Proto-Futbol

Proto-Futbol Sadəcə Futbol!

26/05/2026

Dünyanın ən yaxşı 5 müdafiəçi hücumçusu!

Qol vurmağı bacarmayan bir hücumçu niyə davamlı əsas heyətdə şans qazanır?

Çox güman ki, meydanda daha vacib işlər görür.

Məsələn, rəqibə təzyiq etmək, müdafiəyə kömək etmək və çoxlu top qazanmaq kimi. Son illərdə sanki “müdafiəyə işləyən hücumçu” tipli oyunçuların sayı xeyli artıb.

“Sportskeeda”nın hazırladığı siyahıya görə, müasir futbolun müdafiəyə ən çox kömək edən hücumçuları arasında 5-ci yerdə Denni İnqs qərarlaşıb.

4-cü pillədə isə bəzən rəqiblərini dayaq yarımmüdafiəçisi kimi izləyən Antuan Qrizmann var.

3-cü yeri bitmək bilməyən enerjisi ilə Lautaro Martines tutur.

2-ci sırada isə sərt oyunu və mübarizliyi ilə Rişarlison yer alıb.

Zirvədə isə bu işin əsl ustası — Roberto Firmino dayanır. O, illərlə Premyer Liqa müdafiəçiləri ilə mübarizə apararaq Məhəmməd Salah və Sadio Maneyə daha rahat hücum imkanları yaradıb.

25/05/2026

Harri Keynin bu qolu başqa səviyyədir…

25/05/2026

Vinisius Junior bir toxunuşla müdafiəni oyundan silir

18/05/2026

“Real Madrid”i təkbaşına məhv edən futbolçu

“Real Madrid”ə bir oyunda 4 qol vurmağı bacaran çox futbolçu olub. Amma bunu 5 qola çatdıra bilən cəmi bir nəfər var.

La Liqanın 2022/23 mövsümünün 31-ci turunda “Real Madrid”i qəbul edən “Jirona” oyunun 62-ci dəqiqəsində nəhəng rəqibi qarşısında 4-cü qolu vuranda həmin qolların hamısı eyni addan gəlmişdi.

Argentinalı hücumçu Tati Kastelyanos karyerasının ən möhtəşəm oyununu keçirərək xəyal belə edə bilməyəcəyi performansa imza atmışdı.

Lakin matçın bitməsinə 20 dəqiqə qalmış “Jirona” baş məşqçisi Miçel Kastelyanosu oyundan çıxarıb yerinə Stuanini meydana buraxdı.

Beləliklə, Kastelyanos həm 5-ci, bəlkə də, 6-cı qolu vurmaq şansını qaçırdı, həm də rekordu qıra bilmədi.

Çünki “Real Madrid”ə bir oyunda 5 qol vuran yeganə futbolçu hələ də 1947-ci ildə “Oviedo” forması ilə bunu bacaran Esteban Eçevarriyadır.

08/05/2026

Hakim qol sevincini gizlədə bilmədi!

Bu hakim burada qola sevinir?

Bu, Mayk Dindir — Premyer Liqanın ən mübahisəli hakimlərindən biri.

“Tottenhem” – “Aston Villa” oyununda “Tottenhem”in vurduğu qoldan sonra o, mərkəzi bu cür işarə etmişdi.

Bundan sonra azarkeşlər Mayk Dinin guya bu qolu “qeyd etdiyini”, hətta “Tottenhem” azarkeşi ola biləcəyini deməyə başladılar.

Amma Din verdiyi müsahibədə belə açıqlama verdi:
“Qoldan əvvəl edilən qayda pozuntusunu qeydə almadım və üstünlük verdim. Hücum davam etdi və qol oldu. Ola bilsin ki, qayda pozuntusunu tez qeydə almadığıma görə içimdə kiçik bir “sevinc” hissi olub. Amma bunun “Tottenhem”lə heç bir əlaqəsi yoxdur”.

Buna baxmayaraq, bu onun ilk belə hərəkəti deyildi.

Çünki o, başqa bir “Tottenhem” oyununda da vurulan qola oxşar reaksiya vermişdi. Hətta bir başqa matçda “Tottenhem”in top itkisindən sonra belə eyni reaksiyanı göstərmişdi.

07/05/2026

Noyer: Qapıçılıqda inqilab edən adam

Manuel Noyerin qapıçılıqda əsl bir inqilab etdiyini bilirdiniz?

Əvvəllər qapıçılar əsasən qapıda dayanır, cərimə meydançasını tərk etməyə çəkinirdilər, çünki qol buraxmaqdan qorxurdular.

Amma Noyer karyerasının ilk günlərindən bunun tam əksini etdi.

O, müdafiəni qapı xəttində yox, daha irəlidə qururdu. Hətta bəzən heç çəkinmədən meydanın ortasına qədər çıxırdı.

Onun oyunu oxuma qabiliyyəti inanılmaz idi və etdiyi müdaxilələrin demək olar hamısı uğurlu alınırdı.

Noyer, sadəcə, yaxşı qapıçı deyildi.

O, qapıçılığın qaydalarını yenidən yazan bir futbolçu idi.

04/05/2026

Zidanın əfsanəvi 5 nömrəsinin hekayəsi

Zinəddin Zidanın 5 nömrəli “Real Madrid” forması futbol tarixinin ən ikonik formalarından biri sayılır.

Bəs fransız əfsanə niyə öz mövqeyi üçün bir az qəribə görünən 5 nömrəni seçmişdi?

Zidan 2001-ci ilin yayında transfer rekordunu qıraraq “Real”a gəldikdə 10 nömrəli forma artıq komandanın digər ulduzu Luis Fiqoda idi. “Yuventus”da geyindiyi 21 nömrə isə Santiaqo Solariyə məxsus idi.

Klub prezidenti Florentino Peres futbolçuların 25, 30, 35 kimi böyük nömrələr seçməsini sevmirdi.

Digər tərəfdən, “Real”ın əfsanəvi kapitanı Manolo Sançis karyerasını yeni bitirmişdi və onun 5 nömrəli forması boş qalmışdı.

Zidanın isə çox seçimi yox idi və bu nömrəni götürdü.

Başlanğıcda bir az qəribə görünsə də, illər keçdikcə bu seçim əfsanəyə çevrildi. Bu gün bir çox futbolsevərin kolleksiyasında ən sevilən formalardan biri məhz 5 nömrəli Zidan formasıdır.

03/05/2026

Ronaldinyo: 10 nömrəni niyə ala bilmədi?

Ronaldinyonun forma nömrəsinə görə iki oyunçu arasında yaşanan qalmaqalı xatırlayırsınız?

2008-ci ilin yayında “Barselona”dan “Milan”a transfer olan Ronaldinyonun yeni komandasında hansı nömrəni seçəcəyi böyük maraq doğururdu.

Hamı onun özünə xas olan 10 nömrəli formanı götürəcəyini düşünürdü. Amma o vaxt artıq 2 ildir ki, həmin formanı geyinən Klarens Sidorf buna razı olmadı.

Niderland yığmasının sabiq yarımmüdafiəçisi açıq şəkildə dedi ki, nömrəsini vermək istəmir:
“Milan”a gələndə 10 nömrə Rui Koştada idi. Gedib ondan istəmədim. O gedəndən sonra aldım”.

Sidorfu bu qərarından döndərmək mümkün olmadı.

Nəticədə, Ronaldinyo doğum ili olan 1980-ə istinadən 80 nömrəli formanı seçdi. Və beləliklə, hamı üçün bir az qəribə görünən o məşhur görüntü ortaya çıxdı.

28/04/2026

Bu qapıçı 1 oyunda 8 qol yedi!

Ben Foster Premyer Liqa tarixində ən çox qol buraxan qapıçılardan biridir. Maraqlısı isə odur ki, eyni zamanda liqa tarixində ən çox qurtarış edən qapıçılar arasında da yer alır.

Bunun səbəbi sadədir: illərlə zəif komandaların qapısını qoruduğu üçün demək olar hər oyunda onun qapısına yağış kimi zərbələr gəlirdi. O da bu zərbələrin böyük hissəsini çıxarsa da, bir qismini buraxmalı olurdu.

2019/20 mövsümünün 6-cı turunda keçirilən “Mançester Siti” – “Uotford” oyunu Fosterin karyerasında ən yadda qalan günlərdən biri oldu.

Həmin matçda “Siti” hücumçuları onun qapısını düz 28 zərbə ilə bombardman etmişdi. Foster bu zərbələrin 8-ni buraxdı və karyerasının ən çox qol yediyi oyununu keçirdi. Üstəlik, “Siti”nin 3 zərbəsi də dirəkdən qayıtmışdı.

Premyer Liqa tarixində bir oyunda buraxılan qol rekordu 9-dur. Foster həmin gün bir az da “uğursuz” olsaydı, bu rekordun da sahibi ola bilərdi.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Proto-Futbol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share