06/10/2025
🟠 Bu gün Mingəçevir şəhərində III MDB Oyunları çərçivəsində Kanoe / Akademik Avarçəkmə yarışı keçirilib
🏆 Yarışlarda Azərbaycan 🇦🇿, Belarus🇧🇾, Rusiya🇷🇺, Tacikistan🇹🇯, Özbəkistan🇺🇿 və Qazaxıstandan🇰🇿 olan idmançılar mübarizə aparıblar.
✅ Kür çayının sahilində keçirilən yarışın tamaşaçıları arasında Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və 270-dən artıq tələbəsi olub.
✅ Qeyd edək ki, Oyunların Mingəçevir şəhərində keçirilən hissəsində MDU-nun 200-dən çox tələbə və magistrantı könüllü olaraq fəaliyyət göstərir.