Liman Azərbaycan - Liman.az

Liman Azərbaycan - Liman.az Biznes, həyat tərzi, əyləncə, motivasiya, pozitiv, aktual - Bizim limana yan alın, burada ümidlənəcəksiniz və neqativlərdən uzaq qalacaqsınız.

Nə üçün məhz Liman.az? Saytın sırf xəbər yüklü görünməməsi üçün obrazlı ad seçdik. Məhz belə də olacaq. Limanda gəmilərin yan aldığı kimi, saytımızı da məqalələr, informasiyalar bəzəyəcək. “Bəzəyəcək” sözünü elə-belə işlətmədik. Liman.az maksimum neqativ xəbərlərdən qaçacaq. Nəyə görə birmənalı “olmayacaq” demirik, çünki ölkədə rezonans doğuran hadisələr özü ilə birgə həm də araşdırma, açıqlama, şərhlər gətirir. Məhz bunu düşünərək olduqca zəruri xəbərlərə yer ayıracağıq. Belə hadisələr üçün “Olmaz olsun!” kateqoriyasını yaratmışıq və arzu edirik ki, bu bölmədə məqalələrin sayı az olsun. Saytı gözdən keçirdikdə tam fərqli kateqoriyaların və konsepsiyanın olduğunu görürsünüz.

Çalışacağıq ki, oxucularımızı pozitiv əhvalda saxlayan, düşündürən, “vau” dedirdən, şux saxlamağa töhfə verən, onlara örnək olan, yaradıcılıq aşılayan, yaradıcılıqla zövq verən məlumatlar çatdıraq.

“Liman” bölməsi həm simvolikdir, həm də burada xüsusi əhəmiyyət kəsb edəcək, bəzən isə günün içindən olan və konsepsiyamızda istisna sayılacaq məlumatlara yer verəcəyik. Obrazlı desək, limana arzulamadığımız gəmi də gəlib lövbər sala bilər. Xülasə, sizdən özümüzə uğur diləməyi arzulayırıq və əlbəttə ki, layihəmizi, konsepsiyamızı bəyənəcəyiniz təqdirdə ianə göndərməyinizi də gözləyirik. Fürsətkən: 4098584464450947 – Leo Bank

Saytda görəcəyiniz reklam xarakterli xəbərləri belə, sırf məlumat üçün yerləşdirəcəyik. Sual oluna bilər: bu platformada tənqidi material yer alacaqmı? Bəli, amma buna da az zaman ayıracağıq. Motivasiya, informasiya, biznes qurmaq üçün maarifləndirici məqalələr, insanları həyatda saxlamaq, onlara inamlı olmağı, hərəkətə gətirməyi təşviq edəcək materiallardan istifadə etməyə çalışacağıq.

Address

Azərbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when Liman Azərbaycan - Liman.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category