Axar.az

Axar.az Axar.az – 2013-cü ildən fəaliyyət göstərən, aktual və operativ xəbərlər təqdim edən Azərbaycan xəbər portalıdır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa ...
28/10/2025

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

28/10/2025

Sosial şəbəkələrdə “Qarabağ” dalğası

“Bolmart” supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.Axar.az Teleqraf-a istinadla xəbər verir ki...
28/10/2025

“Bolmart” supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, alış-veriş üçün mağazaya üz tutan alıcılar qapıların bağlı olduğunu görüblər. Marketdən alıcılara artıq supermarketlər şəbəkəsinin işləmədiyi bildirilib.

Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.

28/10/2025

Biz öz doğma torpaqlarımıza qayıtmışıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşü...
28/10/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşüb.

Dövlətimizin başçısı kəndə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Səkkiz ay ərzində 8 müharibəyə son qoydum.Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.“Səkkiz ay ərzi...
28/10/2025

Səkkiz ay ərzində 8 müharibəyə son qoydum.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Səkkiz ay ərzində səkkiz müharibəyə son qoydum. Tanıdığımız prezidentlərdən heç biri müharibələrə son qoymayıb, onların çoxu müharibələrə başlayır. Buraya Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan daxildir və məhz bu ay Yaxın Şərqdə Qəzzada müharibəyə son qoyduq”, - o bildirib.

O əlavə edib ki, bu yaxınlarda Malayziyada Kamboca ilə Tayland arasında müqavilə imzalanıb:

“Milyonlarla insanın həyatını xilas etdik və əsasən sözlə hərəkət etməyi bacardıq. Tariflər və ticarət “müharibələrə son qoymaqda” əsas vasitələrə çevrildi”.

28/10/2025

Şərhsiz

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağm...
28/10/2025

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

28/10/2025

Türkiyədə ildırım İstanbul Maliyyə Mərkəzinin binasını vurub

28/10/2025

Şəhid general mayor Polad Həşimov

28/10/2025

Şəhriyar, çək! Aldıq Cəbrayılı!

28/10/2025

Rusiya Prezidenti Vladimir Putin 44 günlük müharibə zamanı Ermənistandan “İttifaq Dövləti”nə qatılmağı tələb edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Siyasətçinin fikrincə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsinin arxasında duran məqsəd Ermənistanın məhv edilməsi olub:

“Ötən 26 il ərzində biz həyatla ölümün sərhədində yaşamışıq - Ermənistan dövləti olmayacaqmı sualı ilə. Dövlətimizlə bağlı bir çox dramatik hadisələr birbaşa 27 oktyabr hadisələri ilə əlaqəlidir. 44 günlük müharibə də məhz 27 oktyabrın birbaşa nəticəsidir. Putin müharibəni dayandırmaq üçün Ermənistanın “İttifaq Dövləti”nin (əslində Rusiyanın) tərkibinə daxil olmasını tələb edirdi. 27 oktyabr hadisələri Ermənistanda vassallıq yaratmışdı”.

Xatırladaq ki, 1999-cu il 27 oktyabrda Ermənistan parlamentinin iclası zamanı Nairi Hunanyanın başçılıq etdiyi silahlı qrup binaya daxil olaraq atəş açıb. Hücum nəticəsində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçyan və daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.

27 oktyabr hadisələri Ermənistanın siyasi həyatında böyük böhran və hakimiyyət dəyişikliklərinə səbəb olub və Ermənistanda siyasi balansı dəyişib. Hadisə “Vazgen–Karen” tandemini (hakimiyyətin ən güclü qüvvəsi) məhv etdi, Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Hadisə sonradan Ermənistan dövlətinə və Azərbaycanla “sülh danışıqlarında maraqlı olan loyal siyasi komanda”ya sui-qəsd kimi qiymətləndirilib.

Address

Bakı şəhəri, Binəqədi Rayonu, S. S. Axundov Küçəsi 31/23
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Axar.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share