27/07/2025
"Ləhcəmi dəyişmişəm, amma hamı mənə gülür.
Dost-tanış, qohum-əqrəba deyir ki, sən Allah ətimizi tökmə! Qayıt, elə öz ləhcəmizdə danış.
Bəs bu qədər əziyyəti mən niyə çəkmişdim? Mən necə edim, onlara cavab verim?" ⁉️
➡️Bax, bu sual "Ləhcə və c, ç, g, k korreksiyası" dərslərinə qoşulanların daha çox başına gəlir və onlar mənə bu sualları tez-tez verirlər.
Və bir söz deyim.
♻️Bəli, bu ləhcə dəyişimi onlar üçün fərqdir.
📉Çünki yanındaki insan inkişaf eləyib, bu ona "sən də inkişaf elə, dəyiş!" siqnalı verir.
📈Əgər bir dostunuz, qohumunuz və hətta həyat yoldaşınız sizə belə deyirsə, hətta həyat yoldaşınız olsa belə, bilin ki, o sizi irəlidə görmək istəmir.
🚫Bu sözüm kimsəni qıcıqlandırmasın!
📌Əgər sən bir yerdə çalışırsansa, artıq bu ləhcə sənə mane olursa, deməli, dəyişilməlisən! İnsanlar dəyişə bilməyəndə yanındakıları qınayır, onları geri çəkmək, əvvəlki mövqelərinə qaytarmaq istəyirlər.
🫢Çünki özləri dəyişə bilmirlər! Bu, çox çətin situasiyadır və mən bunu necə həll etməyi, sizə bir kəlmə ilə deyə bilərəm.
⬆️Dəyişmək istəyirsənsə, sən də dəyiş, sən də daha doğru variantını tap!
🤐Bu o demək deyil ki, mən heç vaxt öz ləhcəmdən istifadə etməyəcəm! Amma iş yerində, artıq çalışdığım yeni ortamda, yeni şəraitdə daha doğru danışmalıyam.
🤌🏻Azərbaycan ədəbi dili başqa cürdür və
mən övladlarıma da yeni gözəl, danışıq dili miras qoymalıyam. Fikriniz budursa, bu təlimlərə ürəklə qatılın və sizə irad tutanlara, köhnələrə cavab verməkdən qorxmayın!
📲 Qeydiyyat üçün: 070 847 01 70
təlim