14/04/2026
Bakı şəhərində aprelin 14-də axşam saatlarında gözlənilməz hava hadisəsi qeydə alınıb.
Caspian Press xəbər verir ki, yağışla müşayiət olunan bu hadisə şəhər sakinləri arasında təəccüb doğurub.
Mütəxəssislər bildirirlər ki, yaz aylarında hava kütlələrinin tez-tez dəyişməsi, isti və soyuq axınların toqquşması nəticəsində belə halların baş verməsi mümkündür. Bu səbəbdən aprel ayında dolu yağışı nadir olsa da, qeyri-adi sayılmır.
Hazırda hava şəraiti sabitləşsə də, yaxın günlərdə dəyişkən hava şəraitinin davam edəcəyi ehtimal olunur.