03/11/2025
İnternet üzərindən əlavə gəlir vədi ilə tanışlarını aldadaraq 4 milyon manat ələ keçirməkdə ittiham olunan birjaçı Nizami Alışan 10 il həbs cəzası alıb.
Məhkəmə onu xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilib.
O, həmçinin zərərçəkmiş Babək Məmmədzadəyə dəymiş ziyanı ödəməlidir. Nizami Alışan AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir.