25/11/2025
Azərbaycan-Amerika münasibətlərinin perspektivləri
Co Bayden administrasiyası dövründə ciddi şəkildə pozulmuş Bakı- Vaşinqton münasibətləri Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra normallaşmağa və əhəmiyyətli dərəcədə yaxşılaşmağa başladı.
Avqust ayında Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri əlamətdar hadisə oldu. Avqustun 8-də Vaşinqtonda Trampın iştirakı ilə Bakı və Yerevan arasında sülh sazişinin paraflanması, həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı razılaşma (TRIP – Trump Route for International Peace and Prosperity) Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşmasında dönüş oldu.
Səfərin mühüm nəticələrindən biri Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı ABŞ və Azərbaycan hökumətləri arasında qarsılıqlı Anlaşma Memorandumunun imzalanması oldu.
Bundan sonra ABŞ və Azərbaycan prezidentləri iki dəfə beynəlxalq tədbirlərdə – BMT Baş Assambleyası çərçivəsində və Qəzza ilə bağlı Misirdə keçirilən görüşdə bir araya gəldilər.
Vaşinqton “insan hüqüqları” və “demokratiya” mövzularını öz leksikonundan çıxardı ki, bu da Azərbaycan hakimiyyəti ilə münasibətlərin yaxşılaşmasına töhfə verdi. Yeni administrasiya açıq şəkildə bəyan etdi ki, xaricdə demokratiyanı yalnız ABŞ-ın maraqlarına uyğun gəldiyi hallarda dəstəkləyəcək. Yəni, hazırkı administrasiya öz siyasi və iqtisadi maraqlarını önə çəkdi.
Lakin Azərbaycan və ABŞ arasında münasibətlərin tamamən yenidən qurulduğundan danışmaq olarmı? Mövcud yaxınlaşma daha çox iki ölkə liderlərinin şəxsi maraqlarına əsaslanır və münasibətlərin strateji xarakter aldığını söyləmək çətindir.
Artıq bir ilə yaxındır ki, Azərbaycanda ABŞ səfiri yoxdur və Respublikaçı administrasiya bu vəzifəyə namizədin adını belə açıqlamayıb.
Yeni administrasiyanın ilk ilində iki ölkə arasında sahələrarası əməkdaşlığın inkişafı barədə demək olar ki, heç bir dialoq aparılmayıb.
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupuna gəlincə, bu barədə bu yaxınlarda, ABŞ dövlət katibinin müavini Elison Hukerin Bakıya səfəri zamanı məlumat verildi. Təcrübə göstərdi ki, bu kimi qrupların fəaliyyəti ümumi xarakter daşıyır və real, praktiki nəticələr az verir.
Trampın seçkilərdəki uğurundan sonra populyarlığı tədricən azalır, reytinqi ilə birlikdə aşağı düşür. Onun Konqresə təsiri də zəifləyir və bu yaxınlardakı şatdaun buna bariz nümunədir.
Prezidentin nüfuzuna 6 noyabrda müxtəlif dövlət institutlarında keçirilən seçkilərdə zərbə vuruldu — respublikaçılar Nyu-York meri, Virciniya və Nyu-Cersi qubernatoru seçkilərində məğlubiyyətə uğradılar.
Bu 2026-cı ilin noyabrında Konqresə keçiriləcək aralıq seçkilərdə respublikaçıların məğlubiyyətinin mümkünlüyündən xəbər verir. Bəzi ekspertlər proqnozlaşdırırlar ki, respublikaçılar qanunverici orqanın hər iki palatasını itirdiyi halda, Trampa impiçment tətbiq oluna bilər
Trampın reputasiyasına ciddi zərbə Konqresin hər iki palatasının “Epşteyn faylları”nın dərci haqqında qanunu demək olar ki, yekdilliklə qəbul etməsi oldu. Tramp qəti şəkildə buna qarşı çıxsa da, sonda qanunu imzalamaq məcburiyyətində qaldı və bu dosyenin açıqlanması onun reputasiyasına daha böyük zərbə vura bilər.
Trampın “nüvə elektoratı” sayılan MAGA (“Amerikanı yenidən böyük edək”) hərəkatının dəstəyi də zəifləyib.
Trampın ikinci prezidentliyinin ötən 10 ayı göstərdi ki, respublikaçıların Konqresin hər iki palatasına nəzarət etməsinə baxmayaraq, hazırkı prezident sərt bəyanatlar verə və tez-tez onları dəyişə bilir. Əsasən, bu, onun Ukrayna üzrə siyasətində və xarici mallar üçün gömrük rüsumlarının artırılmasında özünü göstərir. Bunlar nəinki administrasiyanın nüfuzunu sarsıdır, üstəlik Trampa olan inamı azaldır.
Bütün bunlar Bakı və Vaşinqton arasında münasibətlərin formalaşmasına necə təsir göstərə bilər?
Azərbaycanın Senatda və Nümayəndələr Palatasında güclü lobbisi yoxdur, əksinə, ölkə hakimiyyətini sərt tənqid edən senator və konqresmenlərin sayı çoxdur.
Qeyd etmək lazımdır ki, Senatda və Nümayəndələr Palatasında respublikaçıların çoxluq təşkil etməsinə baxmayaraq, Konqres Azərbaycana münasibətdə diskriminasiya xarakterli 907-ci düzəlişi hələ də tam ləğv etməyib. Bütün bunlar iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasını ciddi şəkildə ləngidə bilər.
ABŞ indiki administrasiya dövründə belə demokratiyanın dayağı olaraq qalır və strateji baxımdan bu faktor ölkənin xarici siyasətində dəyişməz olaraq qalacaq. Ona görə də strateji tərəfdaşlığın qurulması üçün ümumi anlaşmanın olması və ortaq dəyərlərin qəbul edilməsi zəruridir.
Siyasi konyunkturaya uyğun olaraq, ABŞ təhlükəsizlik, enerji, nəqliyyat və təbii resurslar məsələlərinə müvəqqəti olaraq daha çox diqqət ayıra bilər, lakin uzunmüddətli perspektivdə Vaşinqton demokratiya və insan hüquqlarının dəstəklənməsi üzrə ənənəvi siyasətinə qayıdacaq. İstənilən iqtisadi və siyasi əməkdaşlıq məhz insan hüquqları və azadlıqları mövzusu ilə əlaqələndiriləcək.
Tramp administrasiyası dövründə Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasını sürətləndirə bilər, həmçinin ABŞ ilə texnoloji və investisiya əməkdaşlığını genişləndirər. Lakin ABŞ ilə uzunmüddətli və dayanıqlı tərəfdaşlıq qurmaq üçün siyasi və iqtisadi sahələrdə islahatlar vacibdir. Bu, vətəndaş cəmiyyəti institutlarının və azad medianın fəaliyyəti üçün şəraitin yaradılmasına da aiddir. Bunlar olmasa, perspektivdə ikitərəfli əlaqələri “münasibətlərin soyuqlaşması və p*sləşməsi dövrü" gözləyə bilər.
Fərid Qəhrəmanov
=======
О перспективах азербайджано-американских отношений
После избрания Дональда Трампа президентом США отношения между Баку и Вашингтоном, серьезно испорченные в период администрации Байдена, стали нормализовываться и значительно улучшились. Знаковым событием стал августовский визит президента Азербайджана Ильхама Алиева в США.
Парафирование 8 августа в Вашингтоне мирного договора между Баку и Ереваном при участии Трампа, и соглашение по реализации проекта Зангезурского коридора ( «Маршрут Трампа» (Trump Route for International Peace and Prosperity) стало прорывом в нормализации отношений между Азербайджаном и Арменией.
Важным итогом визита стало также подписание двустороннего документа: Меморандума о взаимопонимании между правительством США и Азербайджана о создания Стратегической рабочей группы для разработки Хартии о стратегическом партнерстве.
После этого президенты США и Азербайджана еще дважды “пересекались” на международных мероприятиях - в рамках генассамблеи ООН и на встрече в Египте по Газе.
Вашингтон исключил из своего лексикона темы прав человека и демократии, что способствовало улучшению отношений с властями Азербайджана. Новая администрация открыто заявила, что будет поддерживать демократию за рубежом только в случае, если это соответствует интересам США.
То есть, во главу угла нынешняя администрация поставила собственные политические и экономические интересы. Но можно ли говорить, о полной перезагрузке отношений между Азербайджаном и США? Нынешнее потепление скорее, основано на личных взаимных интересах лидеров двух стран, и вряд ли имеет стратегический характер.
В Азербайджане уже почти год нет посла США, а Республиканская администрация даже не назвала кандидата на эту должность. На протяжении первого года новой администрации между двумя странами практически не было диалога о развитии межотраслевого сотрудничества.
Что касается Стратегической рабочей группы по разработке Хартии стратегического партнерства, то об этом объявили на днях - в ходе визита в Баку замгоссекретаря США Элисон Хукер. Опыт показал, что деятельность подобных групп является рутинным процессом с небольшими практическими результатами.
Популярность Трампа на фоне его успеха на выборах, постепенно падает вместе с его рейтингом. Его влияние на Конгресс также снижается и недавний шатдаун тому яркий показатель. Авторитет президента заметно был подорван и выборами 6 ноября в различные государственные институты, где республиканцы с треском провалились на выборах мэра Нью-Йорка и губернаторов Вирджинии и Нью-Джерси.
Это говорит о возможности поражения республиканцев на промежуточных выборах в Конгресс в ноябре 2026 года. Некоторые эксперты вовсе предрекают Трампу импичмент, если республиканцы потеряют контроль над обеими палатами законодательного органа. Серьёзным ударом по репутации Трампа стало практически единогласное принятие обеими палатами Конгресса закона о публикации «файлов Эпштейна».
Трамп яростно сопротивлялся этому, но был вынужден подписать и раскрытие этого досье может еще больше подорвать его репутацию. Пошатнулась и поддержка Трампа со стороны движения MAGA («Сделаем Америку снова Великой»), которое считалось его мощным электоратом. Прошедшие 10 месяцев второго правления Трампа показали, что несмотря на контроль республиканцев в обеих палатах Конгресса, действующий президент может делать громкие заявления и постоянно их менять.
Все это не только подрывает авторитет администрации, но и побуждает не верить Трампу. В частности, это проявляется в его политике по Украине и в повышение пошлин для иностранных товаров. Как все это может сказываться на формировании отношений между Баку и Вашингтоном?
У Азербайджана нет сильного лобби в Сенате и Палате представителей, напротив, там немало сенаторов и конгрессменов, резко критикующих власти Азербайджана. Примечательно, что Конгресс так и не отменил полностью дискриминационную по отношению к Азербайджану 907- ую поправку к Акту поддержки свободы, несмотря на большинство республиканцев в Сенате и Палате представителей.
Все это может серьезно тормозить налаживание стратегического партнерства двух стран. Кроме всего этого, США даже при нынешней администрации остаются оплотом демократии, и стратегически этот фактор во внешней политике будет оставаться неизменным.
Поэтому, для выстраивания стратегического партнерства необходимо наличие общего понимания и принятия ценностей. В угоду политической конъюнктуре, США могут временно фокусироваться на вопросах безопасности, энергетики, транспорта и природных ресурсов, но в долгосрочной перспективе вашингтонский истеблишмент вернется к традиционной политике поддержки демократии и прав человека. Любое экономическое и политическое сотрудничество будет увязываться именно с темой прав и свобод человека.
При администрации Трампа Азербайджан вероятно сможет ускорить реализацию транспортного коридора Запад-Восток, а также нарастить технологическое и инвестиционное партнерство с США.
Однако для достижения долгосрочного и устойчивого партнерства с США необходимы реформы в политической и экономической сферах. Это касается и создания условий для деятельности институтов гражданского общества и свободных медиа. Без этого, двусторонние связи в перспективе может ожидать период заморозки и ухудшения отношений.
Фарид Гахраманов
=====
On the prospects for Azerbaijani-American relations
After Donald Trump was elected President of the United States, relations between Baku and Washington, which had been seriously damaged during the Biden administration, began to normalise and improved significantly.
A landmark event was the August visit of Azerbaijani President Ilham Aliyev to the United States. The initialing of the peace treaty between Baku and Yerevan in Washington on 8 August, with Trump in attendance, and the agreement on the implementation of the Zangezur Corridor project (TRİP - Trump Route for International Peace and Prosperity) was a breakthrough in the normalization of relations between Azerbaijan and Armenia.
Another important outcome of the visit was the signing of a bilateral document: a Memorandum of Understanding between the US and Azerbaijani governments on the establishment of a Strategic Working Group to develop a Charter on Strategic Partnership.
After that, the US and Azerbaijani presidents "crossed paths" twice more at international events — at the UN General Assembly and at a meeting in Egypt on Gaza.
Washington excluded the topics of human rights and democracy from its lexicon, which contributed to the improvement of relations with the Azerbaijani authorities. The new administration has openly stated that it will support democracy abroad only if it is in the interests of the United States. In other words, the current administration has put its own political and economic interests first.
But can we talk about a complete reset of relations between Azerbaijan and the US? The current warming of relations is based more on the personal mutual interests of the leaders of the two countries and is unlikely to be strategic in nature.
Azerbaijan has been without a US ambassador for almost a year, and the Republican administration has not even named a candidate for the position.
During the first year of the new administration, there has been virtually no dialogue between the two countries on the development of inter-sectoral cooperation.
As for the Strategic Working Group on the development of a Strategic Partnership Charter, this was announced recently during a visit to Baku by US Under Secretary of State for Political Affairs Alison Ho**er.
Experience has shown that the activities of such groups are a routine process with little practical results.
Trump's popularity, against the backdrop of his election success, is gradually falling along with his approval rating. His influence on Congress is also declining, as evidenced by the recent shutdown.
The president's authority was significantly undermined by the 6 November elections to various state institutions, where Republicans suffered resounding defeats in the New York mayoral and Virginia and New Jersey gubernatorial elections.
This suggests that Republicans could suffer defeat in the midterm congressional elections in November 2026. Some experts even predict that Trump will be impeached if Republicans lose control of both houses of the legislature.
A serious blow to Trump's reputation was the almost unanimous passage by both houses of Congress of a law on the publication of the "Epstein files." Trump fiercely resisted this, but was forced to sign it, and the disclosure of this dossier could further undermine his reputation.
Support for Trump from the MAGA (Make America Great Again) movement, which was considered his powerful electorate, has also faltered.
The past 10 months of Trump's second term have shown that despite Republican control of both houses of Congress, the incumbent president can make loud statements and constantly change them. All this not only undermines the administration's authority, but also encourages people not to believe Trump. This is particularly evident in his policy on Ukraine and in the increase in tariffs on foreign goods.
How might all this affect relations between Baku and Washington?
Azerbaijan does not have a strong lobby in the Senate and House of Representatives; on the contrary, there are quite a few senators and congressmen who are sharply critical of the Azerbaijani authorities.
It is noteworthy that Congress has not completely repealed the discriminatory Amendment 907 to the Freedom Support Act, despite the Republican majority in the Senate and House of Representatives.
All this could seriously hamper the establishment of a strategic partnership between the two countries.
In addition to all this, even under the current administration, the United States remains a bastion of democracy, and strategically this factor will remain unchanged in foreign policy.
Therefore, in order to build a strategic partnership, there must be a common understanding and acceptance of values.
In line with the political situation, the US may temporarily focus on security, energy, transport and natural resources, but in the long term, the Washington establishment will return to its traditional policy of supporting democracy and human rights. Any economic and political cooperation will be linked precisely to the issue of human rights and freedoms.
Under the Trump administration, Azerbaijan will likely be able to accelerate the implementation of the West-East transport corridor and strengthen its technological and investment partnership with the United States.
However, reforms in the political and economic spheres are necessary to achieve a long-term and sustainable partnership with the United States. This also applies to creating conditions for civil society institutions and free media to operate. Without this, bilateral relations may face a period of stagnation and deterioration in the future.
Farid Gahramanov