elaz.info

elaz.info Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from elaz.info, News & Media Website, Baku.

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, İngiltərə nəhəngi "Mançester Yunayted"dən "Qalatasaray"ın ulduzu Cimbom 40 milyon avro tələb etdi... Premyer Liqa təmsilçisi "Mançester Yunayted" "Qalatasaray"ın ötən mövsüm İngiltərə çempionatından transfer etdiyi Qabriel Sara üçün təklif edib. İngiltərə klubu bir müddətdir ki, ulduz futbolçunu izləyir və təkliflə klub rəhbərliyi ilə əlaqə saxlayıb. Nadir HÜSEYNOV

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, Ədirnədə dəhşətli hadisə! Kişi arvadını və oğlunu boğaraq öldürdükdən sonra intihara cəhd edib. Ədirnədə kişi mübahisə zəminində arvadını və 9 yaşlı oğlunu boğaraq öldürüb. Dəhşətli qətllərdən sonra həmin şəxs bıçaqla intihara cəhd edib. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Aydan

04/08/2025

“Niyə birdən qocaldım?” sualının elmi cavabı. tapıldı. Elm adamları qocalmanın düşündüyümüz kimi yavaş və davamlı inkişaf etmədiyini ortaya qoydular. Əksinə, 34, 60 və 78 yaşlarında kəskin surətdə sürətlənir. Yavaşlayan maddələr mübadiləsindən ürək-damar sistemindəki azalmaya və immunitet sisteminin zəifləməsinə qədər, qocalma prosesində bu üç əsas sıçrayış bədənin bioloji fəaliyyətində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Mütəxəssislər bu kritik yaşlarda tədbir görülməklə sağlam yaşlanmanın mümkün olduğunu bildirirlər....

Rusiya dövlət informasiya agentliyi TASS-ın Xankəndi şəhərini “Stepanakert” adlandırmasından sonra Azərbaycan tərəfinin ...
04/08/2025

Rusiya dövlət informasiya agentliyi TASS-ın Xankəndi şəhərini “Stepanakert” adlandırmasından sonra Azərbaycan tərəfinin cavabı çox möhtəşəm oldu. Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) kimi qeyd edən AZƏRTACA dəstək olaraq Rusiyanın adlarını dəyişdiyi türk şəhərləri barədə kiçik bir araşdırma aparmaq qərarına gəldim. Rusiya şəhərlərinin adları türk kökündən gəlir....

Rusiya dövlət informasiya agentliyi TASS-ın Xankəndi şəhərini “Stepanakert” adlandırmasından sonra Azərbaycan tərəfinin cavabı çox möhtəşəm oldu. Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalin...

04/08/2025

Qızıl Ordada 1290-cı ildə Noqay xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirir. Öz dövlətinin coğrafiyasını gücləndirmək üçün Şərq üzərində yürüşlərə hazırlaşırdı. Onun ən böyük rəqibi isə, 1295-ci ildə Təbrizdə "elxan" elan edilən Mahmud Qazan xan idi. Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlanmış idi. Toxta xan hər nə olursa olsun onun ərazilərini ələ keçirməyi qarşısına məqsəd qoymuş idi....

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyir ki, guya Azərbaycanda iranəsilli məhbuslarla p*s rəftar edilir. Bu iddealar barədə isə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə şərh bildirib. "Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar....

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, "Qurşaqlar və yollar" ("İpək yolu") layihəsi çərçivəsində Çin bu ilin 1-ci yarımilində müxtəlif ölkələrə $125 milyard sərmayə qoyub. 2013-cü ildə layihəyə start veriləndən 2025-ci ilədək Çinin qoyduğu cəmi sərmayə məbləği $1,3 trilyon olub. Yəni bu ilin 6 ayında sərmayə qoyuluşu 13 ilin 10%-i həcmində olub. Belə getsə, ilin sonunadək 20%-ə çatacaq! Nəzərə alın ki, Çin sərmayə qoyuluşunu yuanla həyata keçirir. Layihəyə qoşulan ölkələr yavaş-yavaş dollar dövriyyəsindən çıxırlar... ABŞ hay-küylü şou göstərir, Çin isə sakitcə işini görür. Asif ŞƏFƏQQƏTOV

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, Rusiya Aİ-nin qaz bazarında 40%-ə yaxın paya malik idi. Aİ dedi ki, bu bizi Rusiyadan asılı hala salır, biz müstəqil olmalıyıq... və Rusiyadan qaz alışına son qoydu. İyulun sonunda Tramp Ursula von der Leyeni məcbur etdi ki, Aİ 3,5 il ərzində ABŞ-dan $750 milyardlıq qaz almalıdır. Əks halda özündən küssün. Əslində Aİ-də bu məbləğə uyğun qaz tələbatı yoxdur, bu qədər qazı almaq üçün Aİ bütün “yaşıl” energetikasını dayandırmalıdır....

Sovetin Brejnev dövründə belə bir deyim var idi: Fəhlə özünü elə aparır ki, guya işləyir; dövlət özünü elə aparır ki, gu...
04/08/2025

Sovetin Brejnev dövründə belə bir deyim var idi: Fəhlə özünü elə aparır ki, guya işləyir; dövlət özünü elə aparır ki, guya maaş verir. İndi ABŞ-Aİ tarif danışıqları da buna oxşayır: ABŞ özünü elə aparır ki, guya Aİ-yə $750 milyardlıq enerji daşıyıcıları, $100+ milyardlıq silah satacaq, Aİ-dən $600 milyardlıq investisiya alacaq; Aİ də özünü elə aparır ki, guya bunları etməyə pulu var. Asif ŞƏFƏQQƏTOV Siyasi şərhçi

Sovetin Brejnev dövründə belə bir deyim var idi: Fəhlə özünü elə aparır ki, guya işləyir; dövlət özünü elə aparır ki, guya maaş verir. İndi ABŞ-Aİ tarif danışıqları da buna oxşayır: ABŞ özünü elə aparır ki, guya Aİ-yə $750 milyardlıq enerji daşıyıcıları, $...

04/08/2025

Ötən gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilməsi sadəcə qlobal biznes məsələsi və ya SOCAR-ın fəaliyyət dairəsinin genişlənməsi deyil. Bu, həm də o deməkdir ki, ortada Bakı və Ankaranın böyük enerji siyasəti var, Türk dünyasının geoiqtisadi birliyinin ərsəyə gətirilməsi planı var. Belə ki, bu addımın atılması ilə türk dövlətləri arasında enerji diplomatiyasının daha bir nümunəsi həyata keçir. Azərbaycan qazı Türkiyə …...

Parisdə yaşayan diaspor liderlərimizdən Aytən Muradova mənə olduqca maraqlı bir siyasi klip göndərib. "Dənizin o tayında...
04/08/2025

Parisdə yaşayan diaspor liderlərimizdən Aytən Muradova mənə olduqca maraqlı bir siyasi klip göndərib. "Dənizin o tayında - Azadlıq" (Outre - Mer Debout Liberte) adlı bu klipdə Emmanuel Makronun simasında müasir Fransa dövlətinin vəhşi kolonializm -sömürgəçilik siyasəti ifşa olunur. Əminəm ki, rep musiqisi üzərində qurulmuş bu klip tezliklə Fransanın siyasi dairələrində ciddi ajiotaj doğuracaq. P.S. Hazırda Azərbaycana qarşı neoimperiya siyasəti yürüdən Putin Rusiyasını da ifşa etmək üçün bu cür kliplər ərsəyə gətirə bilərik. ("Dənizin o tayında - Azadlıq" klipini rəy bölümündəki keçid üzərindən izləyə bilərsiniz) Bəybala MİRZƏYEV Siyasi şərhçi

Parisdə yaşayan diaspor liderlərimizdən Aytən Muradova mənə olduqca maraqlı bir siyasi klip göndərib. "Dənizin o tayında - Azadlıq" (Outre - Mer Debout Liberte) adlı bu klipdə Emmanuel Makronun simasında müasir Fransa dövlətinin vəhşi kolonializm -sömürgəçilik siyasəti ifş...

04/08/2025

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliy biildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub. AYDAN

Address

Baku

Website

http://elaz.info/, https://www.facebook.com/elaz.info

Alerts

Be the first to know and let us send you an email when elaz.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share