Shownews.az

Shownews.az Shownews.az saytının "Facebook" səhifəsi

08/08/2025

Müğənni Aysun İsmayılova qızı Sevginin 1 yaşı münasibətilə bağlı paylaşım edib.

Sənətçi qızına ürəksözlərini yazıb:

“Bir il öncə bizi bir bədəndən ayıracaqlar deyə çox ağlamışdım. Sonra səni ilk qucağıma alanda, səsini eşidəndə sevincdən ağladım.Qızım sən mənim gücüm, nəfəsimsən. Mən sənə görə hər zaman ayaqda duracağam. Sənə söz verirəm ki, özüm yaşaya bilmədiyim xoşbəxt həyatı sənə yaşada bilmək üçün əlimdən gələni edəcəyəm. Sən mənim yaşadığım çətinlikləri yaşamayacaqsan! Mən sənə həm ana, həm də ata olacağam. Sənin heçkimə ehtiyacın olmayacaq. Rəbbim bundan sonra bəxtini gözəl yazsın, balam. Heçnədən yarım qalmayasan, inşallah. Sən körpə olsan da, o qədər ağıllı və hissiyatlı uşaqsan…
Sən ananın can parçasısan. Ana səni canından çox sevir, qızım. Sevginin nə olduğunu səninlə bildim, Sevgim. Çox şükür ki, ana olaraq məni seçmisən və mənim balam olmusan .İlk yaşın mübarək, qızım”.

08/08/2025

“Türkiyədə “Radisson” oteldə 110 manata dönər görən “Miss Azərbaycan” Səmra Hüseynova təəccübünü gizlətməyib. Menyunu çəkən model sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

07/08/2025

Nabranda ailəvi istirahət mərkəzi.

04/08/2025

Sizcə bu dedikləri doğru ola bilər?

03/08/2025

Xalq artisti Aygün Kazımova ötən gün növbəti yay konserti ilə sevənlərinin qarşısına çıxıb. “Baku Castle Bilgah” restoranda baş tutan konsertdə ölkənin əsas ulduzunu dinləyənlər sırasında dünyaca məşhur italyan opera və estrada müğənnisi Alessandro Safina da olub. Safinanı tamaşaçılar arasında görən diva öz növbəsində ona jest edib. Konsertdən digər maraqlı görüntüləri bu gün təqdim edəcəyik.

02/08/2025

Müğənni Almaxanım Əhmədli yeni doğulan oğlu ilə ilk dəfə kamera önünə keçib. Sosial şəbəkədə paylaşım edən sənətçi eyni zamanda yeni mahnısının anonsunu verib.

01/08/2025

“Bahalı həyatı yaşamağı sevdiyim üçün qınaqlara tuş gəlirəm. Niyə? Kiminsə pulunu oğurlamıram. Niyə mənə qarşı bu qədər neqativiniz var? Bəli, gizlətmirəm. Mən lüksü sevirəm. Qaldığım oteldə günəş eynəklərimi silmələsələr, havalana bilərəm. Yəni, hovuz kənarında uzananda hər saat yaxınlaşıb eynəklərimi silməlidirlər. Bu da olmursa, o nə tətil, nə istirahətdir?! Mənim kimi insanlar çoxdur”.Sosial şəbəkədə tətil paylaşımlarına yazılan şərhlərdən danışan sosial şəbəkə fenomeni insanları sevgiyə səsləyib:“Vallah, nə qədər yaşayacağıq özümüz də bilmirik. Könül qırmayın, qəlb sındırmayın. Mən sevgi insanıyam. Bu tətili də sevgilimə görə edirəm. Məndən olsa, Qaxda qalardım. Sevgilim dedi səni bronzlaşmış görmək istəyirəm. Ona görə Bodrumda 2 həftəlik günəş vannasına gəldim. Burdan birbaşa evimizə, Qaxa gedəcəyəm. Düşünürəm ki, mənə nifrət edənlər həyatı darıxdırıcı adamlardır”.

Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib. Bu haqda Mədəniyyət Nazirliyi Axşam.az-ın sorğusuna cavab...
01/08/2025

Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib.

Bu haqda Mədəniyyət Nazirliyi Axşam.az-ın sorğusuna cavab olaraq deyib. Mərhumla vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Xanəndə 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin.

31/07/2025

"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı".
Bunu 106.3 radiosunda Kazım Sübhanın qonağı olan müğənni Elçin Cəfərov deyib.

Əfsnəvi müğənni Maykl Ceksonun  corabı satılıb.OLAY yazır ki,  1997-ci ildə Fransanın Nîmes şəhərində verdiyi konsertdə ...
31/07/2025

Əfsnəvi müğənni Maykl Ceksonun corabı satılıb.

OLAY yazır ki, 1997-ci ildə Fransanın Nîmes şəhərində verdiyi konsertdə geyindiyi, daş naxışlı ağ corab soyunma otağında bir texniki işçi tərəfindən tapılıb.

Həmin corab hərracda 8.822 ( 14997 azn) dollara satılıb.

31/07/2025

Bu il yay tətilinin ən unudulmaz günlərindən biri Cenifer Lopezin konserti oldu 😍

Bu konsert üçün Toliklə Bakıdan birbaşa Şərm Əl Şeyxə gəlmişik. Yalnız Rixos otellər şəbəkəsində qalanlar üçün eksklüziv konsert idi.

Ötən il də yay tətilini bu oteldə keçirib, razı qaldığımız üçün yenə gəldik 😍 nə yaxşı da gəldik.

Konsert çox əyləncəli, maraqlı keçdi. Cenifer isə superdir. Bütün zalı coşdururdu. Üçüncü dəfə yenə onun konsertinə gedərəm ❤️😊

Castin Timberleykin Bakı konsertində bir qız ərə getmək üçün müğənnidən kömək istəyib. AZXEBER.COM
27/07/2025

Castin Timberleykin Bakı konsertində bir qız ərə getmək üçün müğənnidən kömək istəyib.
AZXEBER.COM

Address

Baku
10111

Alerts

Be the first to know and let us send you an email when Shownews.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share