Gender & Media Watch

Gender & Media Watch Bu təşəbbüs Azərbaycan media və sosial mediasında gender diskriminativ narrativlərin və gender nifrət nitqinin müəyyən edilməsi üçün başladılıb.

16/05/2026

Bir əsr əvvəl, qadınların təhsil almasının belə nadir olduğu bir dövrdə Nigar Şıxlinskaya kimi qadınlar tibb sahəsində çalışaraq cəmiyyət üçün nümunə yaradır, başqa qadınlara da səhiyyə sahəsində oxumağa və çalışmağa yol açırdı. Bu gün bir qadın həkimin efirdə qadının “səsi çıxmamalıdır” mesajı verməsi faciəvidir. Eyni məntiqlə sual qoya bilərik ki, əgər qadının səsi çıxmamalıdırsa, oftalmoloq Leyda Kazımovanın bu verilişdə nə işi var?
Bu bizim hamımızı düşündürməlidir. Və nümunə çəkiləcəksə, o nümunəni diqqətlə seçməliyik. Sizcə cəmiyyət üçün hansı daha işıqlı görünür? Qadınların yolunu açanlar, yoxsa onları yenidən susdurmağa çalışanlar?

06/05/2026

Bugün heç kim boşanmalarının səbəbinin içki və narkotik aludəçisi olan kişilər olmasından, qadınlara və uşaqlara qarşı psixoloji və fiziki zorakılıqlardan, eləcə də partnyorların psixoloji uyğunsuzluğundan danışmır. Bu faktorları araşdırmaq əvəzinə isə ən asan yol seçilir - qadını günahlandırmaq.

30/04/2026

Ombudsman aparatından müraciətimizə cavab gəldi.

Artıq Azərbaycanda bütün mətbuat bu xəbəri yayımlamağa başlayıb. Müraciətlərimiz boşa getmədi.
23/04/2026

Artıq Azərbaycanda bütün mətbuat bu xəbəri yayımlamağa başlayıb. Müraciətlərimiz boşa getmədi.

📢 Qlobal çağırışların artdığı bir dövrdə qadınların liderlikdə iştirakı yalnız bərabərlik məsələsi deyil, həm də daha in...
22/04/2026

📢 Qlobal çağırışların artdığı bir dövrdə qadınların liderlikdə iştirakı yalnız bərabərlik məsələsi deyil, həm də daha inklüziv və dayanıqlı cəmiyyətlərin qurulmasının əsas şərtlərindən biridir.

Bu kontekstdə, 20 aprel tarixində Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri ilə tərəfdaşlıq çərçivəsində Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzi tərəfindən “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçirildi.

Tədbirin açılış hissəsində Litvanın Baş naziri xanım İnqa Ruqinienenin xüsusi olaraq bu tədbir üçün hazırlanmış video müraciəti, həmçinin Finlandiyanın keçmiş prezidenti xanım Tarya Halonenin Kitabıstan üçün verdiyi eksklüziv müsahibədən qadın hüquqlarının qorunması və qadın liderliyinin təşviqi ilə bağlı hissənin nümayiş etdirilməsi böyük marağa səbəb oldu.

Panel Gender & Media Watch-un rəhbəri, Kitabıstanın həmtəsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə baş tutdu və beynəlxalq və yerli ekspertlər qadınların liderlikdə rolu, qərarqəbuletmə proseslərində iştirakı, sülh quruculuğu, biznes və sosial sahibkarlıq sahələrindəki mövqeyi ətrafında fikir mübadiləsi apardılar.

Böyük ictimai diqqəti cəlb edən bu tədbir diplomatik korpus nümayəndələrini, beynəlxalq təşkilatların nümayəndələrini, yerli və xarici ekspertləri, vətəndaş cəmiyyəti fəallarını, eləcə də mövzu ilə maraqlanan ictimaiyyəti bir araya gətirərək çoxşaxəli dialoq üçün mühüm platforma rolunu oynadı.

16/04/2026

Absurd olan budur ki, Azərbaycan dilinin qaydalarına zidd olaraq Şura deyir ki, “Adamlar və Qadınlar” ifadəsi fikir azadlığıdır, ancaq aktyor Əlibəy Məmmədlinin aprel ayında Azərbaycan Dövlət Mahnı Teatrında “Adamlar və Qadınlar” adlı stand-up proqramı Teatr rəhbərliyi və Mədəniyyət Nazirliyinə müraciətimizdən sonra ləğv olunur. Daha sonra isə “Adəmlər və Həvvalar” adı ilə başqa bir məkanda, başqa tarixdə keçiriləcəyi ilə bağlı afişa yayımlayır. Belə bir sual yaranır, sizcə Audiovizual Şura Gender & Media Watch-un müraciətlərinə niyə davamlı olaraq inkaredici münasibət sərgiləyir?

20 aprel tarixində saat 18:45-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri, Gender & Media Watch və Kitabıstan Tə...
14/04/2026

20 aprel tarixində saat 18:45-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin tərəfdaşlığı və birgə təşkilatçılığı ilə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçiriləcək.
Kitabıstanın həmtəsisçisi və Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçiriləcək panel müzakirəsində Şimali Avropa, Baltik ölkələri və Azərbaycandan olan ekspertlər çıxış edərək qlobal çağırışlar fonunda qadın liderliyinin əhəmiyyətini vurğulayan müxtəlif mövzulara toxunacaqlar.

Tədbir ingilis dilində keçiriləcək və sinxron tərcümə olacaq. İştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyatdan keçən şəxslərə təsdiq və tədbirin keçiriləcəyi məkan e-poçt vasitəsilə göndəriləcək.

Son qeydiyyat tarixi 17 apreldir. Yalnız iştirakı təsdiqlənən şəxslər tədbirdə iştirak edə biləcək.

Gəlin, birlikdə qadın liderliyinin gücləndirilməsi və daha inklüziv, dayanıqlı gələcəyin qurulması üçün dialoqun bir parçası olaq.

🗓 Tarix: 20 aprel, saat 18:45

Qeydiyyat: https://forms.gle/KSUNB5Dt7Mqidu3F6

Embassy of Denmark in Türkiye
Estonian Embassy in Ankara
Finland in South Caucasus
Embassy of Latvia in Azerbaijan
Lietuvos ambasada Azerbaidžane / Embassy of Lithuania in Azerbaijan
Embassy of Sweden in Baku
Kitabıstan

10/04/2026

Daşkəsəndə təcavüzə məruz qalan Firəngiz Əliyevanın hüquqlarının müdafiəsi ilə bağlı başlatdığımız 48 saatlıq imza toplama kampaniyası dünən yekunlaşdı.
Bu gün Ombudsman Səbinə Əliyevaya ünvanlanan müraciət məktublarını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatına şəxsən təqdim etdik, əlavə olaraq da poçt vasitəsilə də göndərdik.
Ümid edirik ki, yaxın zamanda Firəngiz Əliyevanın hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılacaq. Çünki qanunun aliliyi təmin olunmalıdır.

Daşkəsəndə təcavüzə məruz qalan Firəngiz Əliyevanın hüquqlarının müdafiəsi üçün Ombudsmana müraciət məktubu hazırlayıb i...
08/04/2026

Daşkəsəndə təcavüzə məruz qalan Firəngiz Əliyevanın hüquqlarının müdafiəsi üçün Ombudsmana müraciət məktubu hazırlayıb imza toplama kampaniyası həyata keçiririk.

Əgər siz də bu prosesə qoşulmaq istəyirsinizsə, rəy bölməsində paylaşılan linkə keçid edərək Telegram kanalımızdakı məktubu yükləyə, ad,soyadınızı və tarixi qeyd edib [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Gəlin, Firəngiz Əliyevanın hüquqlarını birlikdə müdafiə edək!

06/04/2026

Daşkəsəndə 65 yaşlı Firəngiz Əliyevanın təcavüzə məruz qalmasına dair əlavə cinayət faktları və təcavüzkarın cinayət məsuliyyətindən yayınması üçün psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı iddialar var.
Bu məsələnin nəzarətə götürülməsi, cinayətin bütün epizodları barədə ictimaiyyətə ətraflı məlumat verilməsinin təmin edilməsi üçün Gender & Media Watch olaraq Ombudsman Səbinə Əliyevaya müraciət məktubu göndərəcəyik. Bütün izləyicilərimizi də bu müraciətə qoşulmağa səsləyirik.

30/03/2026

65 yaşında 24 yaşlı bir şəxs tərəfindən təcavüzə məruz qalasan, məhkəmə tibbi ekspertizası bu zorlanma faktını təsdiq edə, hüquq mühafizə orqanlarına müraciət etdiyinə görə təcavüzkarın qardaşı səni qumbara ilə partlatmaqla hədələyə.
Buradan hüquq mühafizə orqanlarına qadın hüquqlarının müdafiəçisi kimi müraciət edirəm ki, bu cinayət faktı ciddi nəzarətə götürülsün və istintaq tədbirinin gedişatı ilə bağlı ictimaiyyətə məlumat verilsin. Çünki ədalətin gecikməsi ədalətsizliyin özüdür.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Gender & Media Watch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share