Bakufakt.tv

Bakufakt.tv 🎥 Audiovizual məzmunun istehsalı və yayımı ilə məşğul olan aparıcı innovativ və kreativ sosial Tv

14/08/2026
20/06/2026
Kabo-Verde millisinin qapıçısı Vozinyanın izləyicilərinin sayı 14 milyona yaxınlaşır.Dünya çempionatının qrup mərhələsin...
18/06/2026

Kabo-Verde millisinin qapıçısı Vozinyanın izləyicilərinin sayı 14 milyona yaxınlaşır.

Dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya ilə matçın adamı seçilən qolkiper hər gün daha çox məşhurlaşır.

Xatırladaq ki, Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi. Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.

Həmçinin qolkiperin İspaniya ilə matçdan sonra 50 minlik instaqram hesabı 2 milyona çıxmışdı.

Bu gün onun anasına da ABŞ-yə gəlmək üçün viza verilib.

Alimlər beyni 45 dəqiqəyə "yenidən işə salmağın" yolunu tapıblarAlmaniya və İsveçrədən olan alimlər qrupu sübut edib ki,...
28/02/2026

Alimlər beyni 45 dəqiqəyə "yenidən işə salmağın" yolunu tapıblar

Almaniya və İsveçrədən olan alimlər qrupu sübut edib ki, cəmi 45 dəqiqəlik qısa bir yuxu beyni "yenidən işə sala" və onun öyrənmə qabiliyyətini və elastikliyini bərpa edə bilər.

"NeuroImage" jurnalında dərc olunmuş bir araşdırma, beyin funksiyasının bərpası üçün səkkiz saatlıq məcburi gecə yuxusunun tələb olunduğu mifini təkzib edir. Məlum olur ki, beynimiz gün ərzində sinaptik yorğunluq toplayır: sinir hüceyrələri arasındakı əlaqələr güclənir ki, məlumatı yadda saxlaya bilək, lakin axşama doğru bu həddindən artıq yüklənmə yeni məlumatı qavramaq qabiliyyətimizi azaldır.

Cenevrə Universitetinin professoru Kristof Nissen və həmkarları aşkar ediblər ki, hətta qısa yuxular belə mövcud xatirələri silmədən həddindən artıq sinaptik aktivliyi azaldır. Sadə dillə desək, beyin yeni məlumatlar üçün yer açır.

Təcrübədə iyirmi sağlam könüllü iştirak etdi. Bir gün onlara orta hesabla 45 dəqiqəlik yuxuya getməyə icazə verildi, növbəti gün onlardan eyni müddət ərzində oyaq qalmaları istəndi. Alimlər neyron funksiyasında dəyişikliklər müşahidə etdilər.

Nəticələr təəccüblü idi: yuxudan sonra beyində sinaptik güc azalıb, yeni əlaqələr yaratmaq qabiliyyəti isə əksinə, xeyli artıb. İştirakçılar oxşar oyaqlıq dövründən sonraya nisbətən yeni material öyrənməyə daha yaxşı hazırlaşıblar.

Nissen vurğulayır ki, gündüz yuxuları yüksək stress şəraitində performansı dəstəkləyə bilər.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşfin çox böyük praktik əhəmiyyəti var. Musiqiçilərdən və idmançılardan tutmuş hava nəqliyyatı dispetçerlərinə və sürücülərə qədər daimi diqqət və sürətli reaksiya tələb edən peşələrdə qısa bir yuxu performansı artırmaq üçün qanuni və təhlükəsiz bir vasitəyə çevrilə bilər.

18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanı - Uilyam Ceyms SidisYüksək zəkaları ilə adlarını tarixə yazmı...
28/02/2026

18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanı - Uilyam Ceyms Sidis

Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal kimi Albert Eynşteyn, İsaak Nyuton və Nikola Tesla kimi şəxslərin adlarını çəkmək olar.
Dünya tarixində iz qoymuş bir çox alim, tarixçi və ixtiraçıda IQ səviyyəsi 150-dən çoxdur.
IQ İntellekt əmsalı (ingiliscə intelligence quotient -IQ «ay-kyü») insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi sayılır.
Albert Eynşteynin IQ-si 160, İsaak Nyutonun 190, Mark Zukerberqin isə 152-dir. Bu insanlar dahi kimi tanınırlar. Onların hər biri uğurları ilə tarix yaradıb. Ancaq bir zamanlar bu dünyada 250 ilə 300 arasında IQ-si olan bir insan da yaşayıb.
Uilyam Ceyms Sidis
Uilyam Ceyms Sidis ən ağıllı insan, uşaq dahisi və fövqəladə bir riyaziyyatçı idi. Eyni zamanda çoxlu dil bilir, bacarıqlı bir yazıçı idi. Ancaq təəssüf ki, bir çoxları onun adını eşitməyib.
Uilyam Ceyms Sidis kim idi?
Uilyam Ceyms Sidis 1 aprel 1898-ci ildə Nyu Yorkda anadan olub. ABŞ-dan Rusiyaya köçən bir yəhudi ailənin uşağı idi. Atası Boris Harvarddan 4 dərəcə qazanan nümunəvi psixoloq, anası isə həkim idi.
Uilyamın parlaq zəkaya sahib olacağı gözlənilirdi, çünki valideynləri də çox ağıllı idi. Ancaq zəkası gözləniləndən daha çox oldu.
Uilyam 8 aylıq olanda əlifbanı öyrənməyə başlayıb. 18 aylıq Uilyam artıq «The New York Times» qəzetini oxuya bilirdi.Balaca dahi 8 yaşına qədər Latın, Yunan, Fransız, Rus, Alman, İvrit, Türk və Erməni dillərini öyrəndi.
Bu 8 dilə əlavə olaraq, öz dilini də icad etdi və bu dilə «Vendergood» adını verdi.
Ailəsi onun dahi olduğunu bilirdi. Buna görə, atası onu Harvardda oxutmağa çalışdı. Ancaq bu tələb rədd edildi, çünki o zaman Uilyam 9 yaşında idi.
Uilyam iki il sonra, 11 yaşında Harvard instutuna qəbul edildi. Uilyam 1909-cu ildə Harvarda qəbul edilən ən gənc insan kimi də tarixə düşüb.
1910-cu ilə qədər riyaziyyat biliyi zirvəyə qalxdı və professorlar kimi tədrisə başladı. Uiyamın uğurları dildən dilə yayıldı və «möhtəşəm oğlan» adı qazandı. O, 16 yaşında bakalavr təhsilini başa vurdu.
Gənc yaşlarında üstün zəkası və istedadları ilə mətbuatın diqqət mərkəzində olan Uilyam özünü «New York Times» qəzetinin manşetlərində gördü. Ancaq gənc yaşda gələn bu şöhrət onun üçün bir yandan da yorucu idi.
Uilyam uşaqlıqdan öyrənməkdən ləzzət alsa da, yetkinlik yaşına çatdığı zaman düşüncəsi dəyişdi və atasını bu şöhrətdə günahlandırdı. Atası 1923-cü ildə vəfat edəndə Uilyam onun dəfnində iştirak etməkdən imtina etdi.
Uilyamın atası, Boris
Şöhrətdən yorulan Uilyam adi bir həyat sürmək istədi və ofis işlərinə başladı. Ancaq bu müddət ərzində də xalq tərəfindən sevilməyə, axtarılmağa davam etdi və yenidən iş yerlərini dəyişmək məcburiyyətində qaldı. Jurnalistlər onun 1924-cü ildə həftədə 23 dollarlıq bir işdə işlədiyini aşkar etdilər. Jurnalistlər bunu da qəzetlərə manşet etdi. Üilyam fərqli təxəllüslərdən istifadə edərək bir çox dəyərli kitablar da yazıb.
Həyatında dönüş nöqtəsi isə həbsxanaya məhkum edildiyi zaman olub. Sosialist olan Uilyam 1919-cu il 1 may nümayişləri zamanı hökumət tərəfindən həbs edildi və 18 ay həbs cəzasına məhkum olundu.
Ancaq ailəsi onun həbsxanaya düşməsini qəbul edə bilmədi və əvəzinə 2 il sanatoriyada qalmasını tələb etdilər. Sidis həm iştirak etdiyi nümayişlərə görə, həm də ateist olduğu üçün xalqın sevgisini itirməyə başladı. Yüksəlməsi ilə medianın diqqət mərkəzinə çevrilən Sidis, enişi ilə də yenidən medianın diqqət mərkəzində oldu.
Sidis ömrünün son illərini elmdən uzaq keçirdi. Pul qazanmaq üçün kiçik işlər gördü və 17 iyul 1944-cü ildə 46 yaşında beyin qanamasından vəfat etdi.
Ömrünün son illərində öyrəndiyi dillərin sayı 40-a çatmışdı. 250 -300 arasında IQ-sü olduğu deyilən, dünyanı dəyişdirə biləcək qədər ağıllı olan bu adam təəssüf ki, gənc yaşda vəfat edib.

28/02/2026

Qaqaş Rusyətdə şmotka satır.)

İnsan tək-tək baxanda qəddar deyil. Amma sistemin içinə düşəndə — xüsusən də pul, rəqabət və diqqət iqtisadiyyatı işə dü...
29/01/2026

İnsan tək-tək baxanda qəddar deyil. Amma sistemin içinə düşəndə — xüsusən də pul, rəqabət və diqqət iqtisadiyyatı işə düşəndə hisslər məzmun, ağrı resurs, ölüm isə “story”yə çevrilir. Orda artıq “bu doğrudurmu?” sualı yox olur, yerini “işləyirmi?” alır.

Reklam bunu icad etməyib, sadəcə güzgü tutub.
Cəmiyyət nəyi daha çox paylaşırsa, nəyi daha çox izləyirsə, nəylə daha tez reaksiya verirsə sistem də onu çoxaldır. Pinqvin ona görə var idi ki, sevimli idi. Ölüm ona görə var ki, dayandırır, sarsıdır, klik gətirir.

Ən acısı da budur, hisslər dəyərdən düşəndə, onları qoruyan da olmur. Hamı “toxunan kontent” istəyir, amma toxunulan insanı düşünən azdır.

Yəni problem tək reklamdakı adamlar deyil.

Problem odur ki, pul olan yerdə vicdanı mexanizmə tapşırmışıq. Mexanizmin də mərhəməti olmur.

29/01/2026

İnsan qalmağı da, getməyi də bilməlidir, bacarmalıdır. Qalmaq sevgi tələb edir, amma getmək daha çox şüur. Çünki bəzən bir adamda qalmaq özündən imtina deməkdir, bir evdə qalmaq nəfəsini daraltmaq, bir hekayədə qalmaq isə artıq bitmiş bir səhifəni zorla oxumaqdır.

Vaz keçmək məğlubiyyət deyil. Əl çəkmək zəiflik deyil. Buraxmaq laqeydlik deyil. Bunlar insanın özünə hörmət etməsinin formalarıdır. Hər şeydən əvvəl isə azad qalma instinktidir.

Zamanında gedə bilmək o deməkdir ki, insan nə dağıdır, nə də intiqam alır. Qapını çırpmır, iz buraxmaq üçün geri baxmır. Sadəcə anlayır ki, artıq bu məkanda, bu münasibətdə, bu hekayədə qalmaq onu özündən uzaqlaşdırır. Ona görə də gedərkən söz çoxaltmır, izah axtarmır, günah paylamır.

Belə gedən insan ardınca səs-küy yox, sükut qoyur. Çünki sükut burada qaçış deyil, daxili qərarın, barışığın və yetkinliyin göstəricisidir. Və bəzən insanın verə biləcəyi ən aydın, ən dürüst cavab məhz bu sükutdur... 🤍

29/01/2026

Address

Fevvarələr Meydanı 22
Baku

Alerts

Be the first to know and let us send you an email when Bakufakt.tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share