Report.az

Report.az Report informasiya agentliyi - www.report.az "Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

❗️ ABŞ avqustun 22-də Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski ...
16/08/2025

❗️ ABŞ avqustun 22-də Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Tramp Zelenskiyə və digərlərinə zəng zamanı üçtərəfli sammiti tez bir zamanda, avqustun 22-də keçirmək istədiyini bildirib”, - məlumatda bildirilib.

Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirmişdi ki, “İstəklilər koalisiyası” tezliklə Rusiya-Ukrayna müharibəsində gələcək addımları müzakirə etmək üçün yeni iclas keçirəcək. Böyük Britaniyanın baş naziri Kir Starmer də sülh razılaşması əldə olunmasa, ölkəsinin Rusiyaya qarşı sanksiyaları artıracağını deyib.

❗️💬 Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın müharibəni tezliklə bitirmək niyyətində...
16/08/2025

❗️💬 Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın müharibəni tezliklə bitirmək niyyətində olmadığını bildirib.

"Report"un xəbərinə görə, Kallas Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünün yekunlarına dair qənaətlərini “X” sosial şəbəkəsində paylaşıb.

"Prezident Trampın sülh razılaşmasına nail olmaq əzmi son dərəcə vacibdir. Aİ və bizim avropalı tərəfdaşlarımız Alyaskadakı görüşdən əvvəl ABŞ Prezidenti ilə koordinasiya üzərində işləyirdilər. Bununla belə, sərt reallıq ondan ibarətdir ki, Rusiyanın bu müharibəni tezliklə bitirmək niyyəti yoxdur", - o yazıb.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin danışıqları uzatmaqda davam edir və bundan qurtulacağına ümid edir: “O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankoricdən ayrılıb”.

Kallas həmçinin qeyd edib ki, ABŞ Rusiyanı ciddi danışıqlara məcbur etmək gücünə malikdir və Aİ Rusiyanın hərəkətlərinin uğur qazanmaması və istənilən sülhün davamlı olması üçün Ukrayna və ABŞ ilə əməkdaşlıq edəcək.

❗️⚠️⚡️⚡️⚡️Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.“Report” bu barədə Rusiyanı...
16/08/2025

❗️⚠️⚡️⚡️⚡️Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

“Report” bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin edilib.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.

❗️⚡️💬 Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib."R...
16/08/2025

❗️⚡️💬 Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ lideri Donald Tramp və Zelenski arasında Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən sonra dünənki söhbətə istinadən yazır.

"Rusiya lideri (Trampla dünənki danışıqlarda - red.) Kiyev qoşunlarının bütün Donetsk vilayətini verəcəyi təqdirdə cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Zelenski bu tələbi rədd edib", - agentlik mənbəyə istinadən xəbər verir.

❗️ ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı deyib ki, Ru...
16/08/2025

❗️ ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərinin bütün ərazisindən çıxarılmasını tələb etməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Tramp telefon danışığı zamanı bildirib ki, Putinin mövqeyi dəyişməyib – o, hələ də Kiyevdən ölkənin şərqindəki Donbasın bütün ərazisinə nəzarəti buraxmasını istəyir”, - məlumatda deyilir.

Agentlik yazır ki, Zelenski Moskva qüvvələrinin qismən nəzarət etdiyi Donetsk və Luqanskdan imtina etmək imkanını dəfələrlə istisna edib.

Mənbələrin bildirdiyinə görə, Rusiya Zaporojya və Xerson vilayətlərinin hazırda nəzarətində olmayan hissələrinə iddialarını dayandırmağa, oradakı cəbhə xəttini faktiki olaraq dondurmağa hazırdır.

Bildirilir ki, Tramp liderlərə Ukraynanın təhlükəsizliyinin NATO-ya aidiyyatı olmadığı təqdirdə onun təminatına kömək etməyə hazır olduğunu bildirib və Putinin bununla razılaşacağını təklif edib.

Həmçinin qeyd edilir ki, bəzi Avropa rəsmiləri Trampın indi Zelenskiyə razılaşma əldə etmək üçün ərazi güzəştlərinə getməsi üçün təzyiq edəcəyindən narahatdır.

Qeyd edək ki, Putinlə danışıqlardan sonra Tramp əvvəlcə Zelenski ilə, daha sonra onunla və Avropa liderləri ilə söhbət edib. Söhbətin təfərrüatları barədə Avropa Komissiyası məlumat yayıb.

16/08/2025

🇦🇿 IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilir.

“Report”un Göygölə ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və digər qonaqlar iştirak edirlər.

Builki festivalın açılış konsertində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gələn sənətçilər çıxış edəcək.

❗️⚡️⚡️⚡️Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirl...
16/08/2025

❗️⚡️⚡️⚡️Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

"Report"un məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

16/08/2025

Narkotikin təsiri altında xüsusi səs və sayrışan işıqlardan istifadə edən, dövlət qeydiyyat nişanı olmadan “Opel” markalı avtomobili idarə edən sürücü həbs edilib.

"Report" xəbər verir ki, sürücü nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər də (plyonka) çəkib.

Həmçinin, sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobili sürücüyə “saxla” işarəsi verilib. Sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da saxlanılıb.

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

16/08/2025

✍️Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!...

🇦🇿Azadlıq uğrunda “Millətçi” damğası alan Xalq şairi Bəxtiyar Vahabzadə

Bu gün sevimli şairimizin anadan olmasından 100 il ötür.

Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlə...
16/08/2025

Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələr verilib.“Report” xəbər verir ki, Prezident İlham ...
16/08/2025

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Address


Telephone

+994774474747

Website

https://t.me/reportnewsaz

Alerts

Be the first to know and let us send you an email when Report.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Report.az:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

REPORT.AZ

“Report-IA” MMC (Report informasiya agentliyi) 2014-cü ildən fəaliyyətə başlayıb. "Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.