Day.Az İnternet Portalı

Day.Az İnternet Portalı Day.Az İnternet Portalının rəsmi Facebook səhifəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığ...
31/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Bişkekə gedən yol — Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında rolu necə dəyişir
31/08/2026

Bişkekə gedən yol — Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında rolu necə dəyişir

31/08/2026

Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərini işıqlandırmaq üçün Azərbaycan media nümayəndələri həmin ölkəyə yola düşür.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə av...
30/08/2026

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri, həmçinin Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

30/08/2026

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib. 23 nəfərin axtarışı isə davam etdirilir.

30/08/2026

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.Aktyorun Paşaköy kəndind...
29/08/2026

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

Aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Ötən gün 67 cinayət hadisəsinin üstü açılıb
29/08/2026

Ötən gün 67 cinayət hadisəsinin üstü açılıb

Paytaxtın Yasamal rayonunda tələbə faciəli şəkildə həyatını itirib
29/08/2026

Paytaxtın Yasamal rayonunda tələbə faciəli şəkildə həyatını itirib

Bu marşrutların hərəkət sxemi dəyişdirildi
29/08/2026

Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Day.Az İnternet Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Day.Az İnternet Portalı:

Shortcuts

Share