Baku Economic Insights

Baku Economic Insights Baku Economic Insights official

Kripto və səhm bazarı üzrə Azərbaycan auditoriyası üçün sadə və etibarlı analizlər.

Maliyyə azadlığı yolunda düzgün məlumatla yanınızdayıq. 📊📈

Bitmex birjası bağlanır və bu xəbər hansısa növbəti İT kompaniyanın bağlanması xəbəri kimi qarşılanmamalıdır. Bu bir epo...
29/07/2026

Bitmex birjası bağlanır və bu xəbər hansısa növbəti İT kompaniyanın bağlanması xəbəri kimi qarşılanmamalıdır. Bu bir epoxanın sonudur.

Artur Xeyes-in esselərinin başını buraxın, amma zamanında yaratdığı bu birja kripto tusovkada standartlar yaratmağa xidmət edib. Bitmexə qədər istifafəçilər kriptonu təkcə spot ilə alıb-sata bilirdi, fyuçers ticarətini onlar gətirib. İndi spot və fyuçers ticarətlərinin həcmini müqayisə etsəniz onların zasluqası daha başadüşülən olar.

Müddətsiz kreditlərdə USD üçün hər 8 saat 0,01% (a.k.a. illik 10,95%) dərəcəsinin olmasını da ilk onlar tətbiq edib. Sonra Binance təkrarlayıb, sonra Bybit və sonra növbəti cex/dex-lər.

Təkcə Bitmexin bağlanması ilə bitmir bu məsələ, Bitmart da bağlanır, Binance avropada məhdudlaşdırılır, HTX Rusiya ilə əlaqəli olması ilə sanksiyaya düşür. Ümumi pul axını, Bitkoin və yerdəqalanlardan çıxaraq Aİ və hesablama infrastrukturlarına köçür. Elə ona görə də skeptiçizm yenidən geri qayıdır.

Əl qərəz, konyuktura...

Mənbə; Telegram

Pulla bağlı ən böyük problem nə qədər qazanmağın deyil, qazandığını necə idarə etməyindir. 💡İnsanların çoxu maaşı artdıq...
22/07/2026

Pulla bağlı ən böyük problem nə qədər qazanmağın deyil, qazandığını necə idarə etməyindir. 💡

İnsanların çoxu maaşı artdıqca xərclərini də artırır və nəticədə illərlə eyni maliyyə dövrəsində hərəkət edir. Lakin maliyyə azadlığına gediş yolu mürəkkəb riyaziyyat deyil — sadəcə doğru vərdişlər sistemidir.

📌 Günün sualı: Əgər sabah gəlir mənbəyin dayansa, mövcud yığımlarınla neçə ay yaşaya bilərsən?

Aşağıda şərhlərdə fikir bölüşün 👇

Nokia-nı batmış hesab edənlər böyük yanılırlar! 🚫📱Bir vaxtlar düyməli telefonları ilə dünyanı fəth edən Nokia, bu gün ci...
20/07/2026

Nokia-nı batmış hesab edənlər böyük yanılırlar! 🚫📱

Bir vaxtlar düyməli telefonları ilə dünyanı fəth edən Nokia, bu gün cibimizdəki smartfonları istehsal etməsə də, pərdəarxasında qlobal texnologiyanı idarə etməyə davam edir. Apple-dan tutmuş Samsung-a qədər hər bir nəhəng hər il Nokia-ya milyardlarla dollar lisenziya haqqı ödəyir.

Sizcə, Nokia-nın strateji olaraq telefon bazarından çəkilib infrastruktura yatırımla etməsi doğru addım idi? 👇

🚀 Dünyanın ilk TRİLYONERİ: Elon Musk!Bəli, səhv oxumadınız. Milyardlar artıq geridə qaldı, dünya maliyyə tarixində yeni ...
26/06/2026

🚀 Dünyanın ilk TRİLYONERİ: Elon Musk!

Bəli, səhv oxumadınız. Milyardlar artıq geridə qaldı, dünya maliyyə tarixində yeni bir səhifə açıldı. Bəs Musk-ı bu zirvəyə daşıyan əsas güc nə oldu? Cavab hamının gözlədiyi kimi Tesla deyil, kosmosu fəth edən SpaceX və onun tarixi IPO-su oldu! 🌌

Maliyyə dünyasında buna "Elon Primi" deyirlər — yəni rəqəmlərə deyil, vizyona qoyulan investisiya.

👇 Sizcə, növbəti trilyoner kim olacaq? Rəylərdə yazın!

❗️ : İran eyni vaxtda Bəhreyn, Küveyt və İraqa raket zərbələri endirir.❗️Bəhreyndə hava həyəcanı siqnalları səsləndirili...
03/06/2026

❗️ :

İran eyni vaxtda Bəhreyn, Küveyt və İraqa raket zərbələri endirir.

❗️Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilir

Yerli mənbələrin məlumatına görə, ölkəyə raket hücumundan sonra Bəhreyndə hava həyəcanı siqnalları işə salınıb.

🔴 Bəhreyn, Küveyt və BƏƏ-də uçuşlar tam dayandırılıb

📌 Məlumata görə, hava hücumu təhlükəsi səbəbindən Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində hava limanlarının fəaliyyəti və bütün aviareyslər müvəqqəti olaraq dayandırılıb.

▪️Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində hava məkanı üzərində nəzarət gücləndirilib.

🇺🇸 CENTCOM: İranın çoxsaylı raket və dronları zərərsizləşdirilib

🔹 ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ və müttəfiq qüvvələr İranın buraxdığı çoxsaylı ballistik raket və pilotsuz uçuş aparatlarını heç bir itki olmadan ələ keçirib.

▪️Məlumata görə, Küveyt və Bəhreyni hədəf alan raketlərin hamısı ya uğursuz olub, ya da hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

▪️Mülki gəmilər üçün təhlükə yaradan üç İran dronu da zərərsizləşdirilib.

🇺🇸CENTCOM cavab tədbiri olaraq İranın Qeşm adasında yerləşən hərbi yerüstü idarəetmə məntəqəsinə zərbə endirdiyini açıqlayıb.

Zəmanətli İmperiya: 600 Milyoneri Olan Ailə!Miras olaraq hazır pul almaq insanı tənbəlləşdirir, bəs hər kəsə bərabər şan...
01/06/2026

Zəmanətli İmperiya: 600 Milyoneri Olan Ailə!

Miras olaraq hazır pul almaq insanı tənbəlləşdirir, bəs hər kəsə bərabər şans və zəmanət vermək necə?

Dünyanın ən qeyri-adi qlobal brendlərinin (Decathlon, Leroy Merlin, Auchan) arxasında tək bir rəhbər yox, Mulliez ailəsinin 1000-dən çox üzvü dayanır. Onların qurduğu sistem kapitalizmlə kommunizmin maraqlı bir sintezidir:

- Miras Yoxdur: Heç bir varis bəxti gətirdiyi üçün bir şirkətin təkbaşına sahibi ola bilməz. 21 yaşına çatan hər bir ailə üzvü karyerasına ən aşağı pillədən — mağazada kassir və ya satıcı kimi başlamalıdır.
- Zəmanət Var: Ailə daxilində yaradılan xüsusi fond (AFM) hər bir üzvə bərabər şərtlər, biznes təhsili və öz layihəsini qurmaq üçün maliyyə zəmanəti verir. Hər kəs hər şeydə pay sahibidir!
- Sərvət Daxildə Qalır: Şirkətlərin səhmlərini kənar şəxslərə satmaq qəti qadağandır. Qazanılan mənfəətin 99%-i lüks həyata deyil, yenidən biznesin böyüməsinə xərclənir.

Nəticə? Eyni soydan gələn 600-dən çox milyoner və nəsillər boyu çökməyən nəhəng bir biznes imperiyası.

Yatarkən pul qazanmaq mümkündür? 😴💰Warren Buffetin məşhur bir sözü var: "Əgər yatarkən pul qazanmağın bir yolunu tapmasa...
28/05/2026

Yatarkən pul qazanmaq mümkündür? 😴💰

Warren Buffetin məşhur bir sözü var: "Əgər yatarkən pul qazanmağın bir yolunu tapmasanız, ölənə qədər işləmək məcburiyyətində qalacaqsınız."

- Aktiv gəlir sizi cari ayda dolandırır.
- Passiv gəlir isə sizin gələcəyinizi və maliyyə azadlığınızı inşa edir.

Həqiqi varlıq yaratmaq üçün hər ay qazancınızın müəyyən hissəsini səhmlərə, fondlara və ya biznes layihələrinə yönəldərək pulların sizin üçün işləməsini təmin edin. 📈

Bəs siz passiv gəlir üçün ilk addımı atmısınız? Rəydə bölüşün! 👇

🚀 0.82$-dan 225$-a: Bir Vizyonun Trilyon Dollarlıq Hekayəsi!Nvidia (NVDA) səhmlərinin bu inanılmaz sıçrayışı sadəcə rəqə...
19/05/2026

🚀 0.82$-dan 225$-a: Bir Vizyonun Trilyon Dollarlıq Hekayəsi!

Nvidia (NVDA) səhmlərinin bu inanılmaz sıçrayışı sadəcə rəqəmlərdən ibarət deyil. Bu, texnologiya dünyasındakı böyük bir eranın dəyişməsinin sübutudur:

🎮 Oyun sənayesindən başladılar...
⛏️ Kripto mayninq dalğasını idarə etdilər...
🤖 Və bu gün Süni İntellekt (AI) inqilabının qəlbinə çevrildilər!

Əgər vaxtilə Nvidia-ya qoyulan hər 1,000$ bu gün 273,000$-dan çox edirsə, deməli investorlar üçün ən mühüm qayda dəyişməz qalır:

"Trendi erkən tutmaq və fundamental gücü olan şirkətlərə uzunmüddətli inanmaq, maliyyə azadlığının ən böyük açarıdır."

Sizcə, növbəti "Nvidia" hansı sektordan çıxacaq? 👇

Türkiyə Qlobal İnvestorların Yeni Mərkəzinə Çevrilir 🇹🇷📈2026-cı ilin aprel ayında rəsmən elan edilən "Güclü İnvestisiya ...
18/05/2026

Türkiyə Qlobal İnvestorların Yeni Mərkəzinə Çevrilir 🇹🇷📈

2026-cı ilin aprel ayında rəsmən elan edilən "Güclü İnvestisiya Mərkəzi Proqramı" Türkiyəni Sinqapur və Dubay ilə rəqabət aparan nəhəng maliyyə qovşağına çevirir.

🔥 Əsas Üstünlüklər:

İstanbul Maliyyə Mərkəzi (IFC): Tranzit ticarət şirkətlərinə 0% korporativ vergi (2047-ci ilə qədər zəmanətlə).

20 İllik Vergi Cənnəti: Ölkəyə köçən xarici investorların xaricdəki gəlirlərinə 0% vergi. Miras vergisi cəmi 1%-dir.

İxracatçılara Dəstək: İstehsalçı və ixracatçı şirkətlər üçün korporativ vergi 9%-ə endirilib.

"Terminal İstanbul": Texnologiya, SaaS və oyun ixracına 100% vergi azadlığı.

Regional Baş Qərargah (HQ): Mərkəzini köçürən qlobal şirkətlərə beynəlxalq gəlirləri üçün 20 illik vergi azadlığı.

Bürokratiyanın Sıfırlanması: "Vahid Rəqəmsal Pəncərə" ilə şirkət qurulması və icazələr tək platformadan sürətlə həll olunur.

📌 Nəticə: Güclü logistika, böyük daxili bazar və aqressiv vergi təşviqləri Türkiyəni regionun bir nömrəli investisiya mərkəzi (hub) edir.

Niyə İnsanların 90%-i Varlana Bilmir? 🧠📉Maliyyə azadlığına nail olmaq təkcə çox pul qazanmaqla bağlı deyil. Əsl fərq qaz...
17/05/2026

Niyə İnsanların 90%-i Varlana Bilmir? 🧠📉

Maliyyə azadlığına nail olmaq təkcə çox pul qazanmaqla bağlı deyil. Əsl fərq qazanılan pulu necə idarə etməkdə və hansı vərdişlərə sahib olmaqdadır. İnsanların böyük əksəriyyəti eyni maliyyə tələlərinə düşdüyü üçün varlana bilmir.

Şəkildə qeyd etdiyimiz 6 əsas maneə:

1️⃣ Maliyyə Savadlığının Yoxluğu: Aktiv və passiv gəlirin fərqini bilməmək.
2️⃣ İstehlak Tələsi: Gəlir artdıqca lüks xərclərin də artması ("Siçan Yarışı").
3️⃣ Maaş Asılılığı: Saxta təhlükəsizlik hissi və risk qorxusu.
4️⃣ Səbirsizlik: Mürəkkəb faizin və zamanın gücünü görməmək.
5️⃣ Ehtiyat Fondunun Yoxluğu: Təcili hallar üçün "təhlükəsizlik yastığı"nın olmaması.
6️⃣ Kasıblıq Tuneli: Strateji planların olmaması və qısamüddətli düşüncə.

🚀 Çıxış Yolu: 10%-lik kütləyə keçmək üçün savadlanmaq, qənaət etmək, investisiya etmək və səbirli olmaq şərtdir!

Sizcə, bu maneələrdən hansını aşmaq ən çətindir? 👇

Address

Baku
1000

Alerts

Be the first to know and let us send you an email when Baku Economic Insights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share