Deyerli Xeber

Deyerli Xeber YouTube Kanallarımıza Abonə Olmağı Unutmayın

10/10/2024

Sinəsi açıq geyimlərinə görə təyyarədən qovuldular

İki qadın geyiminə görə təyyarədən qovulub.

Dəyərli TV xəbər verir ki, Los Ancelesdən Orleansa uçan “Spirit Airlines” şirkətinə məxsus təyyarənin stüardessası iki qadın sərnişini geyiminə görə qovub.

Teresa Araujo və rəfiqəsi Tara sosial şəbəkədə mövzunu müzakirəyə çıxardıqdan sonra məsələ böyüyüb. Onlar bildiriblər ki, “crop top” geyindiklərinə görə təyyarədən qovulublar.

09/10/2024

Yeni ildə Azərbaycanda dollar bahalaşacaq

Artıq 2024-cü il başa çatmaq üzrədir. İl sonuna yaxınlaşdıqca cəmiyyət arasında ABŞ dollarının bahalaşacağı ilə bağlı fikirlər səslənir.

Bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması ilə bağlı verdiyi qərar beynəlxaql valyuta bazarında ABŞ dollarının dəyərinin artmasına səbəb olmuşdu.

Bəs dünya valyuta bazarındakı bu proseslərin Azərbaycan manatına təsiri olacaqmı? Ümumiyyətlə yeni ildə ABŞ dolları Azərbaycan manatına nisbətən bahalaşacaqmı?

Deputat baku.ws-ə bildirdi ki, ABŞ dollarının aparıcı səbət valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. EKspertin sözlərinə görə, Azərbaycanda dollara tələb mövsümü olaraq dəyişir.

"Nəzərə alsaq ki, manatın dollara nisbətən məzənnəsi ölkəyə daxil olan valyuta həcmindən asılıdır. Növbəti dövrlərdə də, ölkəyə daxil olan valyutanın həcmində enerji məhsullarının qiyməti həledici olacaq.

Neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biridir", - deyə Vüqar Bayramov bildirib.

V.Bayramov onu da vurğuladı ki, bütövlükdə məzənnənin necə dəyişməsinə gəldikdə isə Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalır:

"Mərkəzi Bank da tədiyyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi, eləcə də valyuta bazarındakı tarazlığı nəzərə almaqla qərar qəbul edir.

Bu konteksdən həm ilin sonu, həm də növbəti ilin əvvəli üçün də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsində həledici olaraq qalacaq".

09/10/2024

Oktyabr pensiyaları sabah ödəniləcək

Sabah Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə oktyabr ayının pensiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulub.

“Dəyərli TV” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumatda qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

08/10/2024

Rüstem Müslümov Qəbələ idman Teşkilatının Baş məşqçisi İntiqam Müəllimin rəhbərliyi ilə çıxış edib

06.10.2024 cü il Suraxanı Rayonu Gənclər və İdman İdarəsinin Pantera döyüş təşkilatçılığı və Kikboks Federasiyası razılığı ilə Setkada Kikboks versiası döyüşləri keçrilmişdir. Həmin Çempioanatda Azərbaycanımızı Təmsil edən 86 kiloqram çəkisi olan Rüstəm Müslümov Qalib olaraq və Fəxri fərmanla təltif edilmişdir. Həmçinin Azərbaycanımızın Təmsilçisi Rüstem Müslümov həmən bu Çempioanatda 86 Kiloqram çeki dərəcəsində iştirak edərək Qəbələ idman Təşkilatının Baş məşqçisi İntiqam Müəllimin rəhbərliyi ilə çıxış etmişdir.

Rüstem Müslümov Qəbələ idman Teşkilatının Baş məşqçisi İntiqam Müəllimin rəhbərliyi ilə çıxış edib06.10.2024 cü il Surax...
08/10/2024

Rüstem Müslümov Qəbələ idman Teşkilatının Baş məşqçisi İntiqam Müəllimin rəhbərliyi ilə çıxış edib

06.10.2024 cü il Suraxanı Rayonu Gənclər və İdman İdarəsinin Pantera döyüş təşkilatçılığı və Kikboks Federasiyası razılığı ilə Setkada Kikboks versiası döyüşləri keçrilmişdir. Həmin Çempioanatda Azərbaycanımızı Təmsil edən 86 kiloqram çəkisi olan Rüstəm Müslümov Qalib olaraq və Fəxri fərmanla təltif edilmişdir. Həmçinin Azərbaycanımızın Təmsilçisi Rüstem Müslümov həmən bu Çempioanatda 86 Kiloqram çəki dərəcəsində iştirak edərək Qəbələ idman Təşkilatının Baş məşqçisi İntiqam Müəllimin rəhbərliyi ilə çıxış etmişdir.

08/10/2024

Makron Azərbaycana qarşı rədd cavabı aldı

Fransa Beynəlxalq Frankofoniya Təşkilatını artıq öz çirkin hədəflərinin qurbanına çevirir. Ölkənin Villers-Cotterêts və Paris şəhərlərində davam edən Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, təşkilatın profili mədəniyyət yönümlüdür. Lakin ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.

Bəs nədən Fransa ölkənin üzləşdiyi problemləri həll etmək əvəzinə, min kilometrlərlə uzaqda olan bir dövlətin daxili işlərinə qarışır? Bəllidir ki, gələn ayın ortalarında Azərbaycan beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Dünyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları, bütövlükdə 70 minə yaxın qonaq ölkəmizə təşrif buyuracaq. Azərbaycanın nüfuzu və reytinqi daha da artacaq və bu da Fransa kimi dövlətlərin mənafeyinə uyğun deyil. Bu hədəfə çatmaqda ən yaxşı müttəfiq forpost ölkə isə ancaq və ancaq Ermənistan ola bilər. "Kiçik bacı” statuslu koloniya dövlət Ermənistan isə buna mane olmaq üçün dəridən qabıqdan çıxır. Ermənistanın baş naziri tədbir çərçivəsində Azərbaycanla sülh sazişindən dəm vursa da, görünür, “böyük bacısı” Fransanın sözündən çıxa bilməyib. COP29 sammitinin keçirilməsinə mane ola bilməyən iki dövlət, indi hər vəchlə onun nüfuzunu, əhəmiyətini aşağılamağa çalışmaq qərarına gəliblər.

Fransa liderinin riyakarlığı o həddə çatıb ki, bu istiqamətdə hətta bəzi ölkələrə təzyiq göstərir. Məsələn, əldə etdiyimiz məlumata görə, beynəlxalq sammitdə iştirak etmək istəyən dövlətləri Bakıya gəlməkdən çəkinməyə çalışır. Belə bir tələb Nigeriyaya gəlib. Lakin bu ölkənin prezidenti Bole Tinubu Makronun hədə və tələblərinə baxmayaraq tədbirdə iştirak edəcəyini açıqlayıb. Bunu Fransa prezidentinin fiaskosu hesab etmək olar. Gözləmək olar ki, bu cür təxribatçı fəaliyyət hələ davam edəcək. Bu çirkin və riyakar fəaliyyətdə isə yenə də Ermənistandan aktiv istifadə olunur.

Əvvəldən də proqnoz edirdik ki, Ermənistan riyakarcasına, ikiüzlü xislətinə uyğun olaraq siyasət yürütməkdə davam edəcək. Məsələn, Ermənistan rəhbərliyi əvvəldən bəyan edirdi ki, COP 29-da iştirak edə bilər. Məhz Fransa səfəri zamanı Paşinyanın mövqeyində dəyişiklik hiss olunur. Azərbaycan XİN yaydığı bəyanatda da bunu təsdiq edir. XİN bildirib ki, Ermənistan XİN Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etmək kimi cəfəng bəyanat yayıb. “Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur. Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır”.

Beləliklə, Paşinyanın Fransa səfərinin əsl mahiyyəti bəlli olur. “Bacılar”ın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Əksinə, daha aqressiv və sərt formada Azərbaycanı hədəfə alınır. Təsadüfi deyil ki, hər iki ölkənin mediasında da Azərbaycana, COP29-a qarşı hədyanların sayı artır.

O ki qaldı Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatının sammitinə dəvət olunmasına - bu da nonsensdir. Axı Ermənistanın bu quruma nə dəxli var? Sadəcə, görünən odur ki, Fransa artıq bu təşkilatı Azərbaycana qarşı tribunaya çevirir. Sual olunur - axı Ermənistanın Fransa mədəniyyətinə və dilinə nə aidiyyatı var? Ermənistanda fransız dilinin öyrənilməsi ilə bağlı real mənzərəni nəzərə alsaq, o zaman sözügedən ölkənin Beynəlxalq Frankofoniya təşkilatına üzvlüyünü, yalnız gender bərabərliyi ilə əlaqələndirmək olar. Sadəcə, “böyük bacı Fransa” “kiçik bacı Ermənistanı” öz yanında görmək istəyib. Beynəlxalq Frankofoniya təşkilatının 54 üzvü, 7 assosiativ, 27 müşahidəçi üzvü var. Təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmi” kimi qələmə verilir.

Paşinyanın Makrondan aldığı tapşırıq və göstərişlərə gəldikdə isə, ola bilsin baş nazir Ermənistanda “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın elan etdiyi payız etirazları qabağı Yelisey sarayından dəstək qazanmağa da çalışıb. Eyni zamanda erməni müxalifətinin satqınlıqla bağlı ittihamlarında dəstək qazanmaq da var. Bundan əvvəl Fransa Ermənistanın qərbyönlü lideri Nikol Paşinyana özünün “demokratik dəyərlərini” qorumaq və Rusiyanın “təhdidlərindən və aşkar düşmənçiliyindən” qorunmaq üçün hər cür köməklik edəcəyini vəd etdiyi barədə xəbərlər yayılmışdı. Vəd edilib ki, ona Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdə dəstək olunacaq.

İndidən deyə bilərik ki, Fransa və Ermənistan liderlərinin növbəti görüşü anti-Azərbaycan qüvvələrin növbəti təxribatı fiasko ilə nəticələnəcək. Azərbaycan bütün beynəlxalq tədbirlər kimi bu tədbiri də yüksək səviyyədə keçirəcək. İtirən isə şübhəsiz Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, çıxış yolu qonşularla mehriban münasibətlərin qurulmasından gedir. Bu yol həm də Ermənistanın nicatı ola bilər. Əks halda xalqını və dövlətinin bədbəxtliklərini daha da artırmış olacaq.

Paşinyanın Makrondan aldığı tapşırıq və göstərişlərə gəldikdə isə, ola bilsin baş nazir Ermənistanda “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın elan etdiyi payız etirazları qabağı Yelisey sarayından dəstək qazanmağa da çalışıb. Eyni zamanda erməni müxalifətinin satqınlıqla bağlı ittihamlarında dəstək qazanmaq da var. Bundan əvvəl Fransa Ermənistanın qərbyönlü lideri Nikol Paşinyana özünün “demokratik dəyərlərini” qorumaq və Rusiyanın “təhdidlərindən və aşkar düşmənçiliyindən” qorunmaq üçün hər cür köməklik edəcəyini vəd etdiyi barədə xəbərlər yayılmışdı. Vəd edilib ki, ona Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdə dəstək olunacaq.



İndidən deyə bilərik ki, Fransa və Ermənistan liderlərinin növbəti görüşü anti-Azərbaycan qüvvələrin növbəti təxribatı fiasko ilə nəticələnəcək. Azərbaycan bütün beynəlxalq tədbirlər kimi bu tədbiri də yüksək səviyyədə keçirəcək. İtirən isə şübhəsiz Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, çıxış yolu qonşularla mehriban münasibətlərin qurulmasından gedir. Bu yol həm də Ermənistanın nicatı ola bilər. Əks halda xalqını və dövlətinin bədbəxtliklərini daha da artırmış olacaq.

08/10/2024

Mayis Bərxudarov vəzifəsindən azad edildi

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.

Dəyərli TV xəbər verir ki, General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin 44 günlük Qarabağ savaşında rəhbərlik etdiyi hərbi hissə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

06/10/2024

DTX məlumat yaydı - Bu tarixdə…

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilmişdir.

Dəyərli TV xəbər verir ki, Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilmiş və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak etmişdir.

Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilmişlər. Daha sonra Şuranın iclası öz işinə başlamışdır.

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

Həmçinin qeyd olunmuşdur ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılmışdır.

06/10/2024

Aparıcı Zaurun adı məhkəmədə hallandı : “Pul yığılarkən…”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dəyərli TV Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Aynur Bayramova ifadə verib.

O bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib: “Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb. O, Zaur Baxşəliyevin verilişindən gəlmişdi. Nuridə özü Zaurla danışıb, xəstəni onun verilişindən gətirib. Çek də Zaura təqdim olunub. Bu hadisə Zaur Baxşəliyevin “Bizimləsən” verilişində talassemiyalı xəstələrə pul yığlan zaman baş verib. Nuridə də həmin verilişə gedib, Zaurla görüşüb”.

Aynur Bayramova qeyd edib ki, zərərçəkənlər Taleh Hacı Məmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Daha sonra ifadə verən zərərçəkən Şahbacı İsayeva bildirib ki, Aynur Bayramova ilə Talassemiya Mərkəzində ayrılan ayrıca otaqda görüşüb: “Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar?.. Ona bu şəraiti Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı. Aynur Bayramova Zaurun verilişində talassemiyalı uşaqlara pul yığılarkən 60 min manat pulun da onlar tərəfindən qarşılanacağını deyib. Mən ümumilikdə onlara 20 min dollar pul vermişəm, cəmi 3500-nü qaytarıblar. Qalan pulumu tələb edirəm”.

Aynur Bayramova zərərçəkənin sualına cavab olaraq bildirib ki, o “Antalya Medical Park”ın əməkdaşı olub, ona görə də mərkəzdə ona xəstə qəbulu üçün şərait yaradıblar.

Hakim Azad Məcidov bildirib ki, Talassemiya Mərkəzinə bununla bağlı sorğu göndərilib, lakin Aynur Bayramovanı tanımadıqlarını deyiblər. “Aynur, sən beş il ərzində Türkiyəyə qan aparmısan, heç soruşan olmayıbmı ki, niyə və hara aparırsan?”, – deyə hakim soruşub.

Aynur Bayramova isə Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman adlı xanımın icazəsi olduğunu bildirib.

Növbəti proses oktyabrın 9-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

05/10/2024

Dollarla dolu çantaları pəncərədən atan QADIN MƏMUR SAXLANILDI - 3 ölkədə daşınmaz əmlakı var imiş

Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) Xmelnitski Regional Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbərini saxlayıb.

Dəyərli TV Strana.ua-ya istinadla xəbər verir ki, o, 6 milyon dollar dəyərində qanunsuz varlanmada təqsirli bilinib.

Məmur barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu dəqiqləşdirilir. Onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.

Tibbi-sosial ekspertiza mərkəzinin rəhbəri Tatyana Krupa və onun pensiya fondunun regional idarəsinə rəhbərlik edən oğlu hərbi xidmətdən yayınanlardan milyonlar qazanıblar.

Axtarışlar zamanı onlar 6 milyon dollar pul və qızıl-zinət əşyaları aşkar ediblər. Eyni zamanda qadın içərisində yarım milyon dollar olan iki çantanı pəncərədən atmağa çalışıb. İnternetdə oğlunun dollarlarla dolu çarpayıda uzandığını, pul yığınlarını çeşidlədiyini və sığalladığını göstərən video da yayılıb. Bundan əlavə, məlum olub ki, onların Ukraynada 30 mülkü, doqquz avtomobili, Xmelnitskidə otel və restoran kompleksi , Avstriya , İspaniya və Türkiyədə daşınmaz əmlakı və 2,3 milyon dollarlıq xarici hesabları var. Həmçinin məlum olub ki, məmur ailə üzvləri əlil kimi qeydiyyata alındıqları üçün səfərbərlikdən və xaricə səfərdən möhlət hüququna malikdirlər.

03/10/2024

Bu dərmanlar əhaliyə pulsuz veriləcək

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Olaylar bildirir ki, İclası açan komitənin sədri Əhliman Əmiraslanov gündəliyin birinci məsələsi - Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib.

Sonra Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib.

Gündəliyin ikinci məsələsi -"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri deyib ki, təklif olunan əlavə və dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.

İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" təqdim olunan qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəvac verə edəcək bu layihədə sözügedən qanunlara bütövlükdə 80-dən çox mahiyyət xarakterli, eləcə də 100-dən artlq texniki, stilistik və redaktə xarakterli dəyişiklik təklif olunur. Çoxsaylı kəmiyyət dəyişikliyi və bu xüsusda dərman vasitələrinin pozitiv siyahısı, şərti kompensasiya məbləği kimi anlayışların milli qanunvericilikdə ilk dəfə təsbit olunması mütərəqqi dəyişikliklərin əhəmiyyətini sübut edir. Layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilmiş və geniş şəkildə araşdırılıb. Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilmişdir ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır.

Bundan başqa layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə), icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb:

"Həmçinin qeyd edim ki, ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq: "Sizlərə təqdim olunan qanun layihəsi də bütün bu sistemli islahatların tərkib hissəsidir. Əlavə olaraq qeyd etmək istərdim ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb".

Sonra komitə sədri Əhliman Əmiraslanov gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi barədə məlumat verib, təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb.

Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə edilib.

😃😃
03/10/2024

😃😃

Address

Bərdə Şəhər
Barda
0900

Telephone

+994506367835

Website

https://youtube.com/@bunlari_bilirdinizmi?si=nZggP1Xss7bVVQtL, https://whatsapp.com/channel/0029

Alerts

Be the first to know and let us send you an email when Deyerli Xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share