FÜZULi - serhedden salamlar

FÜZULi - serhedden salamlar VƏTƏN TORPAĞI Daha nə itirəcəyik?Məncə qazanmaq vaxtı gəlib çatıb! Füzuli — Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş rayonlarından biri.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruça

y, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Ərazi 1386 km²
Əhali 105000 nəfər
Nəqliyyat vas. kodu 19
Telefon kodu 141
Poçt kodu (Mərkəzi PŞ) AZ 1900
Yaşayış məntəqələrinin sayı 51
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Yağlıvənd, Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olundu, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Fizuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işöaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Fizuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Füzuli rayonunun kəndləri

FÜZULI RAYONUNUN AŞAĞIDAKI KƏNDLƏRI VAR
Böyük Bəhmənli, Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Araz Yağlıvənd, Arayatlı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətyarlı, Zərgər, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzdək, Aşaği Rəfədinli, Üçbulaq, Govşad, Cuvarlı, Xələfşə, Çimən, Quraşdırma ev və s.. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edib. Füzulidə yağ-pendir və dəmir-beton məmulatı zavodları, toxuculuq fabriki, daş karxanası, pambıqtəmizləmə zavodu, üzüm emalı müəssisələri, taxıl məhsulları kombinatı var idi. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. fəaliyyət göstəririb.

23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun kəndlərinin bir hissəsi işğal edilib. Erməni işğalçıları tərəfindən 145 mədəni və məişət obyekti, 15 tarixi abidə, onlarla məktəb, klub, o cümlədən xeyli sayda müəssisə yandırılıb və ya dağıdılıb.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir……..

Address

Füzuli
AZ1900

Alerts

Be the first to know and let us send you an email when FÜZULi - serhedden salamlar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share