OZAN RADIO

OZAN RADIO A traveling voice of the streets and people, with a focus on supporting creative locals and youth.

OZAN Media Platform is centered around being a traveling voice of the streets and people, with a focus on supporting creative locals and addressing social, environmental, cultural, and educational issues in society.

OZAN Radionun efirində 'AKROPOLİS' verilişinin ilk yayımında Slovyanların Azərbaycana yürüşü haqqında danışırıq.Verilişi...
13/12/2023

OZAN Radionun efirində 'AKROPOLİS' verilişinin ilk yayımında Slovyanların Azərbaycana yürüşü haqqında danışırıq.
Verilişin aparıcılar Miri Seyidov, Əkbər Şirinov və Nəriman Babayev Azərbaycan və dünya tarixinə nəzər yetirəcək, dinləyəcilərimizi maraqlandıran mövzulara toxunacaq və suallara cavab verəcəklər.

.3411

OZAN Radionun efirində 'AKROPOLİS' verilişinin ilk yayımında Slovyanların Azərbaycana yürüşü haqqında danışırıq. Verilişin aparıcılar Miri Seyidov, Əkbər Şirinov və Nəriman Babayev Azərbaycan və dünya

Danışır Yer Kürəsi' verilişinin qonağı, Reagveda qrupunun təsisçisi, Hüseyn, Gəncədə öz musiqi təcrübəsi və ilk çıxışlar...
20/11/2023

Danışır Yer Kürəsi' verilişinin qonağı, Reagveda qrupunun təsisçisi, Hüseyn, Gəncədə öz musiqi təcrübəsi və ilk çıxışları haqqında danışır.
Aparıcılar: Jalə & Lara

'Danışır Yer Kürəsi' verilişinin qonağı, Reagveda qrupunun təsisçisi, Hüseyn, Gəncədə öz musiqi təcrübəsi və ilk çıxışları haqqında danışır. Aparıcılar: Jalə & Lara

7 Oktyabr
04/10/2023

7 Oktyabr

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.Bu ...
18/09/2023

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.

Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Builki Milli Musiqi Günü xüsusilə əlamətdar olacaq. Çünki 30 ildən sonra işğaldan azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Belə ki, Şuşada Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də tanınmış solistlərin iştirakı ilə açıq havada konsert təşkil olunacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet re

Address

160 Vagif Street
G***a

Alerts

Be the first to know and let us send you an email when OZAN RADIO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OZAN RADIO:

Share

Category