Açıq kitab - achiqkitab.az

Açıq kitab - achiqkitab.az “Açıq kitab” elektron kitabxana yüzlərlə elmi, bədii materialları, lüğətləri, habelə, tədris vəsaitlərini özündə cəmləşdirir.

"Açıq kitab" elektron kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (Az.TM) elektron formatlı ödənişsiz mütaliə portalıdır. Gənclərin mütaliəyə marağını artırmaq məqsədi ilə yaradılan bu portal bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqunu, mütəmadi qaydada arxivləşdirməklə yanaşı, yüzlərlə bədii ədəbiyyat nümunələrinin, mətn və m

aterialların, lüğətlərin, müxtəlif sahələrə dair digər elmi, publisistik ədəbiyyatların, eləcə də dünya dillərinə tərcümə edilmiş Azərbaycan ədəbiyyatının, həmçinin Azərbaycan dilinə tərcümə edilmiş dünya ədəbiyyatlarının elektron versiyasına öz səhifələrində yer ayırır. Dünyanın aparıcı nəşriyyatları ilə əməkdaşlıq edən kitabxana oxuculara onlayn mütaliəyə şərait yaratmaqla bərabər, adıçəkilən nəşrlərdən kağız və elektron daşıyıcıları formatında istifadəyə də imkan verir. Kitabxana, həmçinin ölkənin digər nəşr qurumları tərəfindən ərsəyə gətirilən yeni kitablara və onların reklamına da yer ayırır. Kitabxanada rusdilli mütaliəçilər üçün xüsusi bölüm də fəaliyyət göstərir. Hazırda portalın ingilis, alman, türk, ərəb, ispan, fars və fransız dili versiyaları üzərində işlər gedir. Kitabxanaya daxil olanlar, Tərcümə Mərkəzinin kitab nəşrləri ilə yanaşı, "Xəzər" dünya ədəbiyyatı jurnalının və "Aydın yol" ədəbi-ictimai qəzetinin onlayn versiyasını da izləyə, onları elektron və kağız formatında əldə edə bilərlər.

Address

Bakı şəhəri, Nəsimi Rayonu, Topçubaşov Küçəsi 74
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Açıq kitab - achiqkitab.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Açıq kitab - achiqkitab.az:

Share