Yeni Balakən qəzeti

Yeni Balakən qəzeti İctimai-siyasi qəzet. Redaktor: Ramazan Abal

30/09/2025
Balakəndə Neyrocərrahların Regional Toplantısı Keçirildi27 sentyabr 2025-ci il tarixində Balakən Rayon Mərkəzi Xəstəxana...
29/09/2025

Balakəndə Neyrocərrahların Regional Toplantısı Keçirildi

27 sentyabr 2025-ci il tarixində Balakən Rayon Mərkəzi Xəstəxanasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının təşəbbüsü ilə “Baş beyin və onurğa beyninin travmatik və damar mənşəli zədələnmələrinin ixtisaslı tibbi yardıma qədər qiymətləndirilməsi” mövzusunda regional toplantı keçirildi.
Tədbirdə Balakən, Zaqatala və Qax rayon mərkəzi xəstəxanalarının həkim-mütəxəssisləri iştirak etdilər. Toplantıdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək abidə və məzarlar üzərinə tər çiçəklər qoydular, şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

Tədbirin Rəsmi Açılışı

Balakən MRX-nın akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Açılış nitqində xəstəxananın direktoru Dilbər Quliyeva toplantının regional əhəmiyyətini vurğulayaraq bildirdi:
“Regional toplantı bölgədə fəaliyyət göstərən həkim-mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, yeni biliklərin əldə olunması və müasir yanaşmaların tətbiqi baxımından geniş imkanlar yaradır.”

Elmi Məruzələr və Təqdimatlar

Toplantı çərçivəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının aparıcı həkimləri aşağıdakı mövzularda məruzələrlə çıxış etdilər:
Azər Zeynalov — Kəllə-beyin travmaları
Anar Abbasov — Onurğa beyin travmaları
Elşən Hüseynzadə — Baş beyin qansızmaları
Rafael Bayramov — Uşaq baş beyin patologiyaları
Səbinə Rəhimova (reanimatoloq) — Reanimasiya tədbirləri

Fikir Mübadiləsi və Suallar

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı, həkimlər arasında elmi fikir mübadiləsi aparıldı. Toplantı bölgədə neyrocərrahiyyə sahəsində biliklərin artırılması və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirildi.

Yeni Balakən
https://yenibalaken.az/balak%c9%99nd%c9%99-neyroc%c9%99rrahlarin-regional-toplantisi-kecirildi/

Balakəndə  Anım Gününün beşinci ildönümü qeyd olundu.Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakən rayonunda şəhidləri...
27/09/2025

Balakəndə Anım Gününün beşinci ildönümü qeyd olundu.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakən rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım Gününün beşinci ildönümünə həsr edilən ümumrayon tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin məsul şəxsləri,YAP Balakən rayon təşkilatı,siyasi rəhbər Azad Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Anım günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası həyata keçirilib.Rayonun Qazbinə,Katex ərazilərində yol kənarlarındakı sahələrə şam ağacları əkilib.Sonra Balakən şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərimizin məzarlarına tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Daha sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Ümumrayon tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Balakən şəhidlərinə həsr edilmiş film nümayiş etdirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan ordusunun misilsiz fədakarlığı, yüksək peşəkarlığı və əzmi nəticəsində mümkün olub. Bu müharibədə Azərbaycan əsgəri dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi yazdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız daim xalqımızın qəlbində yaşayacaqdır. 27 sentyabr Anım Gününün xalqımız üçün milli birlik rəmzi olduğunu qeyd edən rayon rəhbəri vətənpərvərlik ruhunun gənc nəsillərə ötürülməsinin vacibliyini, milli həmrəyliyin və birliyin xalqımızın qüdrətinin əsas dayağı olduğunu diqqətə çatdırıb, müqəddəs şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda aparılan böyük quruculuq işlərindən bəhs edib.
Tədbirdə şəhid anası Gülşən Kərimova, şəhid atası Şəmsəddin Tuhumov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını qeyd ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbçilərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs edən çıxışçılar, həmçinin, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər ifa olunub və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Yeni Balakən
https://yenibalaken.az/balak%c9%99nd%c9%99-anim-gununun-besinci-ildonumu-qeyd-olundu/

Balakəndə Təhsilin Təhlükəsizliyi Üzrə Səmimi Görüş: Direktorlar, Rəhbərlər və Polis Bir Arada.Ölkəmizin bir çox yerində...
24/09/2025

Balakəndə Təhsilin Təhlükəsizliyi Üzrə Səmimi Görüş: Direktorlar, Rəhbərlər və Polis Bir Arada.

Ölkəmizin bir çox yerində yeni dərs ili bir sıra narahat edici hadisələrlə başlayır.Bu barədə sosial şəbəkələrdə,televiziyada müəyyən görüntüləri də izləyirik.Balakəndə belə hadisələrə qarşı qabaqlayıcı,maarifləndirici işlər aparılır,tədbirlər görülür.Bu mövzuda bu gün Balakən rayonunda,Təhsil sektorunun inzibati binasında Balakən Polis Şöbəsinin,şöbənin rəisi Çingiz Aslanovun təşkilatçılığı,Balakən İcra Hakimiyyətinin başçısı İslam Rzayevin,rayon prokuroru Camal Bağırovun,təhsil sektorunun müdiri Mehparə Murtuzəliyevanın iştirakıyla Balakən rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirildi.
“Balakən təhsili bizim qürurumuzdur” — İslam Rzayev.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbiri açaraq təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdi, rayon təhsilinin uğurlarından danışaraq hər zaman Balakən təhsilinin belə xoş xəbərlərini eşitmək,yüksək nəticələrini görmək istədiyini bildirdi.Rəhbər onu da qeyd etdi ki, Balakən rayonu ən çox generalı,Vətən Müharibəsi qəhrəmanı olan rayondur..Sonra sözü rayon polis şöbəsinin rəisi Çingiz Aslanova verdi.

“Biz bu halların Balakəndə baş verməsinə imkan verməyəcəyik” — Çingiz Aslanov.

Çingiz müəllim çıxışında respublikada bəzi rayonların məktəblərində baş verən,sosial şəbəkələrdə görüntüləri yayılmış xoş olmayan hadisələr barədə geniş,ətraflı məlumat verdi.Balakən Polis Şöbəsinin belə bir görüşü,tədbiri təşkil etməsində məqsədinin də məhz belə hadisələrin Balakəndə baş verməməsi,qarsının alınması,qabaqlayıcı tədbirlərin görülməsi,məktəb polis əlaqələrinin gücləndirmək,məsələni qarşılıqlı olaraq daim diqqətdə,nəzarətdə saxlamaqdır.Çingiz Aslanov onu da vurğuladı ki,Balakənlilər dövlətə,dövlətçiliyə sədaqətlidirlər.Rəis çıxışında Polis Akademiyasından,bu il Polis Akademiyasına qəbulda Balakənli məzunların göstərdiyi həm kəmiyyətcə həm də keyfiyyətcə yüksək nəticələrdən bəhs etdi.Çingiz müəllim onu da qeyd etdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Daanov Canpolad Alı oğlu Balakənlidir, Balakən şəhər Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu olub.

“Haqqın pozulmasına göz yummarıq” — Camal Bağırov.
Rayon prokuroru Camal Bağırov çıxış edərək Balakən prokurorluğunun da belə məsələlərdə həssas olduğunu,Azərbaycan Respublikasının vətəndaşlarının konstitusion haqlarının,həmçinin təhsil alma haqlarının pozulmamasını diqqətdə saxlayır,haqq və hüquq pozuntularına qarşı ciddi mübarizə apardıqlarını bildirdi.

“Bu tədbir yerində və vacib idi” — Mehparə Murtuzəliyeva.
Tehsil sektorunun müdiri Mehparə Murtuzəliyeva qonaqlara belə gözəl tədbirin təşkili və iştiraklarından dolayı təşəkkür etdi,yerində bir tədbir olduğunu,məktəblərin istənilən neqativ hallara qarşı polis təşkilatıyla birgə mübarizə aparacaqlarını bildirdi.
Rayon rəhbəri İslam Rzayev,polis rəisi Çingiz Aslanov ciddi nizam intizama malik məktəblərə misal çəkərkən birinci Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbi nümunə göstərərək,məktəbin direktoru Şəfiqə Tütünçüyevadan,onun fəaliyyətindən razılıqlarını bildirdilər.
Tədbirdə polis şöbəsi tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirildi.Tədbir aşağıdakı mövzuları əhatə edirdi.Mövzular konkret və hədəfli idi:
• Qadağan olunmuş əşyaların məktəblərə gətirilməsi
• Erkən nikah və sosial şəbəkə riskləri
• Hüquqazidd davranışların RPŞ-yə ötürülməsi
• Məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət
• Nəzarətsiz sahələrə diqqətin artırılması
• Müşahidə kameralarının quraşdırılması
• Təhsildən yayınan şagirdlərin evlərdə araşdırılması
• Risq qrupuna daxil olan şagirdlərin nəzarətə götürülməsi
• Kriminal aləmə meyilli davranışların aşkarlanması
Təhsil təkcə öyrətmək deyil, qorumaqdır.
Balakəndə keçirilən bu tədbir bir daha göstərdi ki, təhsil təkcə dərs proqramı ilə məhdudlaşmır. O, gənclərin təhlükəsizliyi, hüquqlarının qorunması və sağlam gələcəyinin təminatıdır. Polis, prokurorluq, icra hakimiyyəti və təhsil sektoru bir masa ətrafında toplaşaraq bu məsuliyyəti bölüşdülər.
Bu görüş — sadəcə bir tədbir deyil, bir çağırışdır. Çağırış o valideynədir ki, övladının davranışına biganə qalmasın. Çağırış o müəllimədir ki, sinifdəki hər baxışın arxasında bir hekayə olduğunu unutmasın. Çağırış o cəmiyyətədir ki, gənclərin gələcəyinə sahib çıxsın...
Ramazan Abal
https://yenibalaken.az/balak%c9%99nd%c9%99-t%c9%99hsilin-t%c9%99hluk%c9%99sizliyi-uzr%c9%99-s%c9%99mimi-gorus-direktorlar-r%c9%99hb%c9%99rl%c9%99r-v%c9%99-polis-bir-arada/

“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatıBu gün Balakən Mədəniyyət Mərkəzi daha b...
23/09/2025

“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatı
Bu gün Balakən Mədəniyyət Mərkəzi daha bir mənalı tədbirə ev sahibliyi etdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbiçi mayor Şaban Daşdəmirovun qələmindən çıxan “44 Günlük Savaşda Balakən Fədailəri” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və digər sahələrdən qonaqlar iştirak etdilər. Kitaba önsöz yazan tanınmış tarixçi alim Akif Məmmədlinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Digər natiqlər də kitabın məzmunu, mövzunun əhəmiyyəti və müəllifin yaradıcılığı haqqında geniş çıxışlar etdilər.
Kitab Mingəçevir Poliqrafiya Mərkəzində çap olunmuş, yüksək zövqlə hazırlanmışdır. Təcrübəli dizayner Rübabə xanımın dizaynı və müəllifin ideyası əsasında ərsəyə gələn bu nəşrdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarını fəda etmiş Balakənli şəhidlərin hər birinin rəngli fotosu, bioqrafik məlumatı və müəllifin onlar üçün yazdığı şeirlər yer alır. Bu kitab yalnız bir nəşr deyil – o, həm də bir xatirə, bir tarix, bir vəfa nümunəsidir.
Qələm sahibi Şaban Daşdəmirov – yazarlıq sahəsində “Şaban Abdulla” imzası ilə tanınan – bu əsəri ilə həm öz yaradıcılıq gücünü, həm də vətənə olan sevgisini bir daha sübut etmişdir. Ona yeni-yeni əsərlər yazmağı, yaradıcılığında uğurlar və ilham arzulayırıq.
Yeni Balakən
https://yenibalaken.az/44-gunluk-savasda-balak%c9%99n-f%c9%99ail%c9%99ri-q%c9%99hr%c9%99manliqla-dolu-bir-kitabin-t%c9%99qdimati/

“Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur”.23 sentyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzi və Mərk...
23/09/2025

“Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur”.
23 sentyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur” adlı ədəbi-bədii kompozisiya təşkil olundu.
Tədbirdə mədəniyyət işçiləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mədəniyyət Mərkəzinin foyesində Mərkəzi Kitabxananın hazırladığı kitab sərgisi, eləcə də Mədəniyyət Mərkəzinin filialları və İncəsənət məktəbinin təşkil etdiyi rəsm sərgisi iştirakçıların diqqətinə təqdim olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edənlər arasında Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri A.Ağayev, şəhid anaları G.Kərimova və A.Bayramova, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant H.Muradov, Vətən müharibəsi iştirakçısı, Tarix- diyarşünaslıq muzeyinin direktoru T.Musayev və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü R.Xutra olub. Onlar çıxışlarında bu günün həm kədər, həm də qürur günü olduğunu vurğulayaraq, kədərin itirilən övladlar, qardaşlar və dostlarla, qürurun isə onların göstərdiyi igidlik, fədakarlıq və Vətən sevgisi ilə bağlı olduğunu bildiriblər.
Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik mövzusunda şeirlər ifa edilib, musiqi nömrələri və xoreoqrafik rəqs nümunələri nümayiş olunub.
Zöhrə Bakeyeva
https://yenibalaken.az/s%c9%99hidlik-zirv%c9%99si-v%c9%99t%c9%99n%c9%99-sevgid%c9%99n-dogan-qurur/

Dövlət Suverenliyi Gününə həsr olunmuş Xəmsə bilik yarışı – Balakəndə gənclərin zəfəriAzərbaycan Respublikası Prezidenti...
19/09/2025

Dövlət Suverenliyi Gününə həsr olunmuş Xəmsə bilik yarışı – Balakəndə gənclərin zəfəri
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Balakən rayonunda gənclərin iştirakı ilə mənalı və maarifləndirici tədbir təşkil olundu.
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təşəbbüsü, Gənclər və İdman İdarəsi, eləcə də rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblər arasında “Xəmsə” intellektual bilik yarışı keçirildi. Yarışda rayonun müxtəlif məktəblərindən bilikli, savadlı və fəal gənclər iştirak edərək öz intellektual bacarıqlarını nümayiş etdirdilər.
Tədbirin təşkilində YAP Balakən rayon təşkilatının sədri Azad Balayevin təşəbbüskarlığı xüsusi qeyd olunmalıdır. Gənclərin bilik və savada yönləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlı yetişməsi istiqamətində görülən bu cür tədbirlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə də səsləşir. Bu, rayonun və ümumilikdə respublikanın gələcəyinə atılan strateji və mənəvi baxımdan dəyərli addımlardandır.
YAP Balakən təşkilatı, gənclərə verilən siyasi və mənəvi dəstəyin ünvanı olaraq, tədbirin sonunda ənənəsinə sadiq qalaraq partiya sıralarına yeni qəbul olunmuş gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim etdi. Bu, gənclərin ictimai-siyasi həyata daha fəal şəkildə cəlb olunmasına, onların vətənə və dövlətə bağlılıq ruhunda yetişməsinə xidmət edən mühüm bir mərhələdir.
Yeni Balakən

https://yenibalaken.az/dovl%c9%99t-suverenliyi-gunun%c9%99-h%c9%99sr-olunmus-x%c9%99ms%c9%99-bilik-yarisi-balak%c9%99nd%c9%99-g%c9%99ncl%c9%99rin-z%c9%99f%c9%99ri/

Balakən rayonunda Dövlət Suverenliyi Günü qeyd edilibBalakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr - ...
19/09/2025

Balakən rayonunda Dövlət Suverenliyi Günü qeyd edilib

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan icra başçısı İslam Rzayev Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Rayon rəhbəri bildirib ki, 2024-cü il 19 sentyabr tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başlayıb. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin məntiqi yekunu, həm də qəhrəmanlıqla yazılan tariximizin rəsmi dövlət səviyyəsində əbədiləşdirilməsidir. 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.
Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıb. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildirib.
Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Yeni Balakən
https://yenibalaken.az/balak%c9%99n-rayonunda-dovl%c9%99t-suverenliyi-gunu-qeyd-edildi/

18 Sentyabr Milli Musiqi Günü. Balakəndə Musiqi Bayramı: Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm tədbir.1...
18/09/2025

18 Sentyabr Milli Musiqi Günü. Balakəndə Musiqi Bayramı: Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm tədbir.

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında və bu münasibətilə də hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. O cümlədən Balakəndə də.
Bu gün Balakən Uşaq İncəsənət məktəbində “18 Sentyabr Milli Musiqi Günü “,dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə konsert proqramı təşkil olunaraq böyük tədbir keçirildi. Balakən UİM-nin tədbirləri həmişə yüksək səviyyədə,gözəl olur.Bu da növbəti gözəlliklərdən idi. Bu il Üzeyir bəyin anadan olmasının 140 illiyi münasibətilə Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir, həm məzmunu, həm də emosional dərinliyi ilə yadda qaldı. Məktəbin müəllim və şagird kollektivinin ifalarında dahi bəstəkarın əsərlərindən parçalar,ona həsr olunmuş şeirlər səsləndirildi,rəqs nömrələri təqdim edildi. Tambur ustası Eldar Hatıyev və onun yetirməsinin ifasında səslənən haylalar isə tədbirə folklor nəfəsi gətirdi.
Məktəbin direktoru Arifə xanım Tağıyevanın təşkilatçılığı,işgüzarlığı,qabiliyyəti,rəhbərliyi sayəsində Balakən UİM nəinki reqionda, hətta respublikada öncülərdəndir..
Baxmayaraq ki,bu gün reqionun bütün rayonlarında milli musiqi günüylə əlaqədar tədbirlər keçirilirdi,Şəki –Zaqatala Reqional Mədəniyyət İdarəsi tam heyətlə Balakən Uşaq İncəsənət məktəbinin qonağı və “Milli Musiqi Günü” tədbirinin iştirakçısı idilər.
Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır, gənc nəsillərə ilham verir. Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən parlaq nümunədir. Musiqi təkcə səslərdən ibarət deyil – o, ruhun dilidir. Balakəndə bu dil bu gün çox gözəl danışdı...

Yeni Balakən

https://yenibalaken.az/18-sentyabr-milli-musiqi-gunu-balak%c9%99nd%c9%99-musiqi-bayrami-uzeyir-hacib%c9%99ylinin-140-illiyin%c9%99-h%c9%99sr-olunmus-moht%c9%99s%c9%99m-t%c9%99dbir/

Address

Balakən şəhəri Nəsimi Küçəsi
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Yeni Balakən qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yeni Balakən qəzeti:

Share