Laçın

Laçın Laçın

🇦🇿 Antiterror əməliyyatlarından 1 il ötür!19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata k...
19/09/2024

🇦🇿 Antiterror əməliyyatlarından 1 il ötür!

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük qəhrəmanlıq göstərdilər və bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.

Bu əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan 205 hərbçimizi dərin ehtiramla yad edirik

15 sentyabr Vətən müharibəsi şəhidi Elnur Şahmurad oğlu Cabbarovun doğum günüdür.
15/09/2024

15 sentyabr Vətən müharibəsi şəhidi Elnur Şahmurad oğlu Cabbarovun doğum günüdür.

11 sentyabr Vətən müharibəsi şəhidi leytenant Pərvin Vüqar oğlu Əlizadənin doğum günüdür. Leytenant Əlizadə Vətən mühari...
11/09/2024

11 sentyabr Vətən müharibəsi şəhidi leytenant Pərvin Vüqar oğlu Əlizadənin doğum günüdür.

Leytenant Əlizadə Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

20 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Qəhrəmanlıq salnaməmiz - Tovuz döyüşlərindən 4 il ötür 🇦🇿
12/07/2024

Qəhrəmanlıq salnaməmiz - Tovuz döyüşlərindən 4 il ötür 🇦🇿

Laçın Rayonu  Fərraş kəndi ŞƏHİDLƏR
11/07/2024

Laçın Rayonu Fərraş kəndi ŞƏHİDLƏR

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
25/06/2024

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Laçın rayonunun  Dəyhan kənd sakini şəhid  Abbaslı Elgin Ağayar  oğlu 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndind...
12/05/2024

Laçın rayonunun  Dəyhan kənd sakini şəhid  Abbaslı Elgin Ağayar  oğlu 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olmuşdur. 1 sentyabr 1997-ci il tarixdə Sumqayıt ərazisinin Sarıqaya yaşayış massivində yerləşən Laçın rayonu 21 saylı  tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Abbaslı Elgin Ağayar oğlu 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2011-ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
    27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Abbaslı Elgin Ağayar  oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa  rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 10 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.
   Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı və “Cəbrayılın azad olunmasına görə” medalı və  ilə təltif edilmişdir.

Laçın rayonunun Korcabulaq  kənd sakini şəhid Rəhimli Tural Gəray oğlu 27 oktyabr 2001-ci ildə Abşeron  rayonunun Xırdal...
10/02/2024

Laçın rayonunun Korcabulaq  kənd sakini şəhid Rəhimli Tural Gəray oğlu 27 oktyabr 2001-ci ildə Abşeron  rayonunun Xırdalan şəhərində anadan olmuşdur. 01 sentyabr 2008-cı ildə Laçın rayonu 45 saylı  tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2019-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Rəhimli Tural Gəray oğlu  2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşmüşdür..

  27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyyatına başlayan zaman Rəhimli Tural Gəray oğlu hərbiçi olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02 oktyabr 2020-ci il tarixdə Abşeron  rayonu Sulutəpə qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

19/12/2023

Laçın Azərbaycan

11/07/2023
28 oktyabr 2022ci ildə Laçın RPŞ-nin əməkdaşı, Mişni kənd sakini polis serjantı 1991-cil təvəllüdlü İman Abbasov Laçında...
06/12/2022

28 oktyabr 2022ci ildə Laçın RPŞ-nin əməkdaşı, Mişni kənd sakini polis serjantı 1991-cil təvəllüdlü İman Abbasov Laçında xidmət vəzifəsini yerinə yetirərkən odlu silahla ehtiyatsız davranmağı nəticəsində xəsarət alıb hadisə yerindəcə vəfat edib. Onu rəhmətlə anıb ailəsin və yaxınların səbr diləyirik.

Address


Alerts

Be the first to know and let us send you an email when Laçın posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share