Oğuz və oğuzlular

Oğuz və oğuzlular Bu səhifədə Oğuz rayonu və görkəmli şəxsləri haqqında məlumatlarla tanış ola bilərsiniz. Mehparə

Vətən müharibəsindəki ilk qələbəmizin - SİMASI🇦🇿05.10.2020 — Cəbrayıl azad edildi.O gün bu bayrağı qaldıran gəncin kim o...
04/10/2025

Vətən müharibəsindəki ilk qələbəmizin - SİMASI🇦🇿

05.10.2020 — Cəbrayıl azad edildi.
O gün bu bayrağı qaldıran gəncin kim olduğunu heç kim bilmirdi.
Ailəsi, yaxınları günlərlə, həftələrlə ondan xəbər ala bilmədi.
Və, bu şəkil yayıldı —
Üzündə maska, əlində silah, qəlbində Vətən sevgisi ilə o dayanmışdı.
Ən doğmaları belə onu çətinliklə tanıdı, amma qürurla tanıdı!

Adı gizli qaldı, amma ruhu, əzmi, vətən sevgisi bütün Azərbaycan üçün simvola çevrildi.
O, təkcə bir əsgər deyildi — o, Zəfərin siması idi. 🇦🇿
O, oğuzlu qəhrəman- Ramin Şabanov Bayraməli oğlu.
Bütün Azərbaycan xalqının qürur duyduğu bir qəhrəman. Müharıbə qaydalarına görə adı gizli saxlanılan qəhrəman!

QARABAĞ” komandasının baş məşqçisi Q.Qurbanov komandanın simvolik formasını   Azərbaycan Respublikasının Prezidenti İlha...
04/10/2025

QARABAĞ” komandasının baş məşqçisi Q.Qurbanov komandanın simvolik formasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Şücaətə görə", "Füzulinin azad olunması", "Cəbrayılın azad olunması" və "Qubadlının azad olunması" medalları ilə təltif edilmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor, II Qarabağ müharibəsinin qəhrəmanı, qazi Polad Rzayevə (I Qarabağ müharibəsinin şəhidi Tofiq Oğuzun oğluna) təqdim edir.

🇦🇿 Oğuz rayonunun yaranma günü – 8 avqust ❤️Böyük Qafqazın cənub yamacında, əsrarəngiz təbiəti və zəngin tarixi ilə tanı...
08/08/2025

🇦🇿 Oğuz rayonunun yaranma günü – 8 avqust ❤️

Böyük Qafqazın cənub yamacında, əsrarəngiz təbiəti və zəngin tarixi ilə tanınan Oğuz rayonu (1930–1991-ci illərdə Vartaşen) 8 avqust 1930-cu ildə inzibati rayon kimi təşkil olunub.

Ərazisi 1077 kv.km olan Oğuz şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ və Ağdaş, cənub və qərbdən isə Şəki ilə həmsərhəddir. Rayon mərkəzi — Oğuz şəhəri uzun illər kənd (1961-ci ilə qədər), daha sonra şəhər tipli qəsəbə (1961–1968) statusunda olmuş, 1969-cu ildə isə rayon tabeliyində şəhər elan edilmişdir.

1991-ci ilin fevralında Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə rayonun tarixi adı özünə qaytarılaraq Oğuz adlandırılmışdır.
Oğuz — tarixlə bu gün arasında körpü, təbiətin qoynunda bir cənnət guşəsi.

🎉 95 yaşın mübarək, doğma Oğuzum!
Həm cavan, həm qoca Oğuzum…
Tarixin yaddaşında əsrlərin izi,
təbiətində min bir rəngin gözəlliyi var. Qafqazın İsveçrəsi adlanan,
yaşıllığı ilə könülləri oxşayan,
dağlarının sərin mehində tarix yatan, çaylarının şırıltısında ümid axan, Oğuzum.

Böyük Qafqazın qoynunda ucalan,
tarixi ilə fəxr edən, sabahına ümidlə baxan Oğuz,
sən həmişə gəncsən —
çünki ruhun təravətli,
amma eyni zamanda müdriksən —
çünki yaddaşın zəngin! ❤️
Doğma Oğuzun 95 yaşının tamam olması münasibətilə bütün oğuzluları və oğuz sevərləri təbrik edirəm. Doğma Oğuzun qoynunda şən, firavan, sağlam yaşamanız diləklərimlə🥰

M. Bəkirova

Əslən Oğuzun Xaçmaz kəndindən olan  tanınmış sima, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov  avqust...
02/08/2025

Əslən Oğuzun Xaçmaz kəndindən olan tanınmış sima, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov
avqustun 2-də müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Bütün oğuzlular adından yaxınlarına və əzizlərinə baş sağlığı, verir, Ənvər Seyidova Allahdan rəhmət diləyirik.
Ə.Seyidov Yasamal qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin 🥀 🥀

1949-cu il mart ayının 29-da Oğuz rayonunda dünyaya gələn Ənvər Seyidovun həyat yolu çox keşməkeşli olub. Kiçik yaşlarında atasını itirən müəllif avtobioqrafik roman olan "Təlatüm"də keşməkeşli həyatının müxtəlif dövrlərini qələmə almışdı. Həyatın acı sınaqları ilə üz-üzə qalan və hər dəfə də bu sınaqlardan qalib çıxan Ənvər Seyidov əmək fəaliyyətinə də çox erkən başlayıb. Ailə vəziyyəti ilə bağlı Bakıya köçən və 49 saylı orta məktəbin sonuncu sinfində oxuyan Ə.Seyidov Şıxov qəsəbəsində yerləşən sanatoriya-xəstəxanada maşinist-ocaqçı vəzifəsində çalışmağa başlayır. Orta təhsilini başa vuran ili Bakı şəhər Rabitə Elektro Texnikumuna qəbul olur və poçt texniki ixtisasına yiyələnir.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Ə.Seyidov işlədiyi sahədə də öz çalışqanlığı ilə diqqəti cəlb edir. Ali təhsilində və çalışdığı sahədəki uğurlarına görə 19 yaşlı Ənvər Seyidovu partiya sıralarına qəbul edirlər. Bu öz dövrü üçün çox böyük nailiyyət idi.

1972-ci ilin avqust ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sisteminə işə qəbul olunan Ə.Seyidov bu tarixdən başlayaraq notariat kontorunda məsləhətçi, Respublika DDF arxivinin müdiri, Notariat və VVA idarəsində baş məsləhətçi, Zaqatala və Cəlilabad rayon məhkəmələrində hakim, daha sonra Cəlilabad rayon məhkəməsinin sədri vəzifələrində çalışıb.

1990-cı ilin avqust ayından 2000-ci ilin iyul ayına kimi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib.

Ənvər Seyidovun ustalıqla qələmə aldığı, bir-birindən ağır cinayətlərin məhv etdiyi, söndürdüyü insan talelərinin öz əksini tapdığı "Təlatüm" və "Gürzə" romanları məhz belə böyük və həyati təcrübədən qaynaqlanaraq ərsəyə gəlmişdir.

Azərbaycanın müstəqillik dövrünə qədəm qoyduğu təlatümlü bir dövrü əhatə edən "Təlatüm" romanında Qarabağ savaşı fonunda ölkənin parçalanması üçün həyata keçirilən gizli planlar və siyasi oyunların pərdəarxası məqamlarına da toxunulub. Müəllif həyat hadisələrinə əsaslanan epizodları ustalıqla qələmə alaraq oxucunun diqqətini çəkə bilib. Təsadüfi deyil ki, müəllif dərhal da romanla eyni vaxtda ekranlaşdırılan "Təlatüm" filminə və romanına görə "Azərbaycanın bütövlüyü uğrunda" İctimai Birliyinin "Qızıl Qılınc" mükafatı ilə təltif olunub
2008-ci ildə isə Ənvər Seyidov "Qızıl Qələm" mükafatına layiq görülüb.

Elə həmin il Azərbaycan Cümhuriyyətinin 90 illiyi və Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar keçirilən I mükafatı qazanıb. Müəllifin ikinci romanı olan "Gürzə" də oxucular tərəfindən eyni uğurla qarşılanıb və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə roman əsasında beş bölümdən ibarət eyniadlı televiziya filmi nümayiş etdirilib.

O, "Azərbaycan Respublikası Məhkəmə icratında beynəlxalq hüquq normalarının tətbiqi" kitabının da müəllifidir. "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları", 2009-cu ildə isə "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" dərsliklərinin müəllifi, hüquq elmləri namizədi Ənvər Seyidov Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Onun gərgin əməyi, məhsuldar fəaliyyəti yüksək qiymətləndirilmiş, 1995-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Təftiş Qrupunun rəhbəri seçilib.

1997-ci ildə polkovnik hərbi rütbəsi verilmiş, Respublika "Əsilzadələr Məclisi"nin üzvü seçilib.

1990-cı ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Həmkarlar Komitəsinin sədri olan Ə.Seyidov "Əməkdə fərqlənmə medalı", SSRİ bilik cəmiyyətinin qızıl döş nişanı, I, II dərəcəli "Əla sərhədçi" döş nişanı, ordu quruculuğu ilə bağlı 7 medalla təltif olunub.

I ixtisas dərəcəli hakim Ənvər Seyidov hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi idi.

30/07/2025

Oğuzlu alim, biologiya üzrə fəlsəfə doktoru Qəzənfər Əliyevlə müsahibəmiz maraqlı məqamlarla zəngin oldu. Elmi yanaşmaları və aydın fikirləri söhbətimizi daha da axıcı və dinamik etdi.
Qəzənfər müəllimə səmimi müsahibəyə görə təşəkkür edirəm.

04/07/2025

🌟 Qaranlıqdan İşığa – Zəhra Novruzovanın işıqlı dünyası

Zəhranın gözləri zəif görür, amma ruhunun işığı uzaqlara qədər gedib çatır.
O, səssiz mübarizənin, görünməyən gücün, əngəlləri aşan istedadın adıdır.

Zəhra Novruzova Ruslan qızı, 18 avqust 2011-ci ildə Oğuz rayonunda dünyaya gəlib. Halhazırda Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayır. Doğulduğu gündən gözdə qlaukoma xəstəliyi ilə üz-üzə qalıb. Təəssüf ki, bir gözündə görmə tam itib, digər gözü isə zəif görür. Amma Zəhranın duymaq və duyurmaq qabiliyyəti onu digərlərindən fərqləndirir.
Heç bir musiqi təhsili almadan, sadəcə ürəyinin səsi ilə sintizatorda ifalar etməyə başlayıb.
Notları görmədən hiss edən bu balaca istedad, dünyanı melodiyalarla anlatmağa çalışır.
Bir il evdə fərdi təhsil aldıqdan sonra hazırda Bakının 5 nömrəli gözdən əlillər üçün internat məktəbinin 3-cü sinfində təhsil alır. Hal-hazırda bəzi səbəblərdən dərsə davam edə bilməsə də, daxilindəki musiqi sevgisi onu dayandırmır.

Zəhra bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Uşaq İncəsənət Festivalında iştirak edərək birinci mərhələni uğurla keçib və ikinci tura vəsiqə qazanıb. Bu uğur sadəcə festival üçün deyil, bir həyatın qələbəsi üçündür.

Biz Zəhraya gələcəkdə parlaq səhnələrdə, böyük uğurların içində yer almasını arzu edirik.
Onun hekayəsi bir daha sübut edir ki, qaranlıq ancaq fiziki cəhətdən ola bilər, amma əzmkarlıq və istedadın işığı hər şeyi aydınladır.

✨ Zəhraya ürəkdən uğurlar! Qoy həyat yolun işıqla dolsun, balaca ulduz!

28 iyun 2025-ci il tarixdə  Vətən müharibəsi şəhidi Cəfərli Şahin Şamıl oğlunun doğum günü münasibətilə Qumlaq kəndinin ...
29/06/2025

28 iyun 2025-ci il tarixdə Vətən müharibəsi şəhidi Cəfərli Şahin Şamıl oğlunun doğum günü münasibətilə Qumlaq kəndinin çıxışında ucaldılan abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimində
rayon rəhbərliyi, Oğuz rayon MKS-nin Xalxalq Qışlaq və Ərmənət kənd kitabxana filiallarının əməkdaşları, İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin bir qrup müəllimi və şagirdləri, kənd ictimaiyyəti, şəhid ailələri iştirak ediblər.

Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000–2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində təhsil alıb.

Vətənpərvərliyi ilə seçilən Şahin Cəfərlinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad olunması idi. O, 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak edib. 2020-ci ilin sentyabrında səfərbərlik elan olunduqda hərbi təlim toplanışına cəlb edilib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib , 1 oktyabr tarixində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. O, 2 oktyabr 2020-ci il tarixində doğulduğu Xalxalqışlaq kəndində torpağa tapşırılıb.
Bir qız övladı vətənə əmanətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

🆘 OĞUZUN YARDIMSEVƏR İNSANLARINA MÜRACİƏT 🆘Əziz həmrayonlular!Bu sözləri yazmaq mənim üçün asan deyil, amma bir insanın ...
06/06/2025

🆘 OĞUZUN YARDIMSEVƏR İNSANLARINA MÜRACİƏT 🆘

Əziz həmrayonlular!

Bu sözləri yazmaq mənim üçün asan deyil, amma bir insanın həyatına ümid olmaq ümidi ilə sizə üz tuturam. Oğuz rayon Baş Daşağıl kənd sakini, klub işçisi Abdurəfiyev Rəhimin oğlu 21 yaşlı gəncimizin ağır xəstəliklə – onkoloji xəstəlik- qan xərçəngi ilə mübarizə aparır.

Hazırda onun həyatı bahalı müalicə və ya əməliyyat tələb edir. Ailənin maddi durumu bu xərcləri qarşılayacaq gücdə deyil. Onun atası mənə müraciət edib, yardım istədi. Mən də bu çağırışı öz adımdan, vicdanımın səsi ilə sizlərlə bölüşürəm.

Oğuz hər zaman birlik, mərhəmət və insanlıq nümunəsi göstərib. İnanıram ki, bu dəfə də bir cana nəfəs olmaq üçün birləşəcəyik.

Xahiş edirəm, bu paylaşımı imkan daxilində paylaşın və yayımlayın. Yardım edə bilməsəniz belə, bir paylaşım bəlkə də həyatını dəyişə bilər.

Allah hər kəsin balasını qorusun! 💔
Təşəkkür edirəm!

Bu gün Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sincan kənd kitabxanasında oğuzlu yazar Rövşən Şəriflə görüş tə...
04/06/2025

Bu gün Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sincan kənd kitabxanasında oğuzlu yazar Rövşən Şəriflə görüş təşkil edilib.
Rövşən Şərif altı kitabın müəllifidir. Sizi onun qısa tərcüməyi halı ilə tanış edirəm.
1957-ci ildə Oğuz rayonunun Dəymədağlı kəndində anadan olub. 1974-cü ildə Sincan kənd orta məktəbini bitirib. Sonra ADU-də təhsil alıb.
Sovetlər dövründə ölkənin ən yaxşı tərbiyəçi-müəllimi adını alıb. "Azərbaycan" və "Səhər" qəzetlərində, ANS şirkətlər qrupunda fəaliyyət göstərib. Hazırda təqaüdçüdür, Bakı şəhərində yaşayır və ədəbi yaradıcılıqla məşğul olur. Altı kitabın müəllifidir.
1. "Uzaqdan gələn yollar"
2. "Yarımçıq ev"
3. "Zəmanəmizin qəhrəmanları"
4. "Sincan"
5. "Övliyalaşmış şəhidlər"
6. "Humay".
Hörmətli Rövşən müəllimə yeni yaradıcılıq uğurları arzulayırıq.

23/05/2025

Oğuz rayon Mərkəzi Kitabxananın başlatdığı "Oğuzun tanınmış simaları " layihəsinin növbəti qonağı Oğuzun tanınmış xanım siması, şairə Şükufə İbrahimova (Ruhludur).
Layihənin məqsədi Oğuzun sayılıb seçilən, tanınmış ziyalılarını, şair, yazıçılarını, yaradıcı insanlarını daha geniş auditoriyaya tanıdılması, onların yaradıcılığı və gördüyü işlər haqqında məlumatı özlərindən dinləmək,gənclər arasında kitab oximağa marağı daha da artırmaqdır.


Address

Oğuz Rayonu
Oguz
4800

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Oğuz və oğuzlular posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oğuz və oğuzlular:

Share