Nakhchivan Gundeliyi

Nakhchivan Gundeliyi Naxçıvanda baş vermiş hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin!

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin...
27/03/2023

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib.

Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın tərkibindəki elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

2022-ci ildə təhsil tarixinə daha bir parlaq səhifə yazıldı – Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalındı. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində ötən il sentyabrın 15-də - Bilik Günündə 360 şagird yerlik ikimərtəbəli məktəb binası istifadəyə verildi.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.

Yeni şok faktlar...Vasif Talıbov İrana torpaq satıb!
20/01/2023

Yeni şok faktlar...
Vasif Talıbov İrana torpaq satıb!

Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayətin üstünü açırıq! “AzPolitika.info”-ya daxil olan məlumata görə, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, y...

Naxçıvan xanı istefaya getdi.
21/12/2022

Naxçıvan xanı istefaya getdi.

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

Vasif Talıbov istefa verdi!Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara əsasən, bu gün Naxçıvan Muxtar Respubli...
21/12/2022

Vasif Talıbov istefa verdi!

Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara əsasən, bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclası keçirilib.

İclasda Ali Məclisin sədri Vasif Talıbov öz vəzifəsindən istefa verdiyini bildirib və istefa ərizəsini təqdim edib. Vasif Talıbov 1995-ci ilin dekabrından etibarən bu vəzifəni icra edirdi.

Naxçıvandakı yeyinti və mənimsəmənin sonu görünmür.Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura...
15/12/2022

Naxçıvandakı yeyinti və mənimsəmənin sonu görünmür.

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunub.

Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "xüsusi külli miqdarda" vəsaiti, Muxtar Respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunur.

Qeyd edək ki, bundan öncə də Naxçıvan MR DGK-nin şöbə rəisi Əsgərov Mənsur 132 milyon manat, Naxçıvan MR Maliyyə naziri Rafael Əliyev 144 milyon manat mənimsəməyə görə həbs olunublar.

Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:- Naxçıvanın xanı Vasif Talıbov eks prezident He...
08/12/2022

Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:

- Naxçıvanın xanı Vasif Talıbov eks prezident Heydər Əliyevin bacısı qızı Sevil Sultanova ilə ailə həyatı qurub.

- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı

- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu

- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu

- “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı

- Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni

- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası

- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı

- Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub

- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası

- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri

- Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi

- DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Dünyamalı oğlu Novruzov - Yeznəsinin atası

- Azərbaycan parlamentinin 25 ildir deputatı, "Şöhrət" ordenli - Siyavuş Dünyamalı oğlu Novruzov - Vasifin bacısı ərinin əmisi, yəni yeznəsinin əmisi

- "Cahan Holding"in prezidenti, Naxçıvanın Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Futbol Federasiyasının sədri, Naxçıvan parlamentinin deputatı - Vüqar Zakir oğlu Abbasov - Vasif Talıbovun ailə biznesini idarə edən şəxs, ən yaxın güvəndiyi dostu.

- Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri Bəylər Eyyubov - Vasif Talıbovun bacanağı

Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvanda tikdirdiyi ...
07/12/2022

Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvanda tikdirdiyi it damından danışıb:

“Sosial şəbəkədəki hesabımda həmin it damının fotosunu paylaşmışam. Həmin it damı əməlli-başlı villadır. Təsəvvür edin ki, Naxçıvanda insanlar evində pul verib qaz ala, yandıra bilmir. Xalq artisti vardı, Vasif Talıbovun xoşuna gəlməyən bir söz demişdi, işdən çıxarmışdılar. Həmin xalq artistinin evi Seymur Talıbovun it damının yanında daxma idi. Halbuki xalq artisti 40-50 il Azərbaycan mədəniyyətinə xidmət edib. Talıbovlar, ümumiyyətlə, Naxçıvanda yerli əhalini bəyənmirlər.

Təsəvvür edin ki, gedib Banqladeşdən, Afrikadan özlərinə xidmətçi gətirirlər, amma işsiz-gücsüz yerli əhaliyə iş vermirlər. Təbii ki, bu da insanlarda Vasif Talıbova qəzəb yaradıb, ona qarşı xalqda olduqca aqressiv münasibət formalaşdırıb. Xalqlar yaralı aslanlara oxşayır, diktatorlar da aslanın belinə minmiş biriləridir. Bilirlər ki, aslanın belindən düşən ki, parça-tikə olacaqlar. Vasif Talıbov da bu gün həmin durumdadır. Onun kreslodan bu şəkildə iki əlli yapışması bu münasibətdən formalaşır. Artıq Naxçıvanda Vasif Talıbov dərəbəyliyi bitib. Yaxın zamanda bu rəsmiləşəcək”.

06/12/2022

Qüdrət Həsənquliyevdən Vasif Talıbova ağır sözlər !

Deputat Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbovla bağlı sensasiyalı fikirlər səsləndirib.O, Nax...
04/12/2022

Deputat Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbovla bağlı sensasiyalı fikirlər səsləndirib.

O, Naxçıvana bu il mərkəzi büdcədən 487 milyon manat ayrılmasının absurd olduğuna da diqqəti çəkib və bunun digər rayonlarla müqayisədə çox böyük vəsait olduğunu deyib.

Daha sonra bir neçə ilə əvvəl prezident İlham Əliyevin Vasif Talıbovun qəbuluna çağırıb şəffaf işləməsini tələb etdiyini, ancaq bundan dərs çıxarılmadığını deyir.

"Vasif Talıbov çox iddialı, təkəbbürlü adamdır", - deyən deputat onun yerli sakinlərə çox qəddar olduğunu bildirib.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbovla bağlı sensasiyalı fikirlər səsləndirib.

03/12/2022

Naxçıvan xanı Vasif Talıbovun qudası kef sadə bir Naxçıvanlının bir illik qazancını bir məclisdə xərcləyir.

01/12/2022

Seymur Talıbov 60 illik bir yolu cəmi 20 ilə necə qət edib? - Azərbaycanın “ən fərasətli” oğlanı

Muxtar Respublikada qeydə alınan bu cinayət faktları fonunda, bütün diqqətlər yenidən Talıbovlar ailəsinin üzərinə yönəl...
01/12/2022

Muxtar Respublikada qeydə alınan bu cinayət faktları fonunda, bütün diqqətlər yenidən Talıbovlar ailəsinin üzərinə yönəlib. 30 ilə yaxındır Naxçıvanı “dəmir yumruğu” ilə idarə edən Vasif Talıbov və onun ailə üzvlərinin bu müddət ərzində böyük sərvətlər əldə etdikləri əvvəllər də sirr deyildi. Bununla belə, mənimsəmənin miqyası bu səviyyədə təsəvvür olunmurdu. İndi üzə çıxır ki, Talıbovlar ailə sərvətlərinin böyük bir hissəsini xarici banklara transfer ediblər, həmçinin dünyanın müxtəlif yerlərindən özlərinə sayısız-hesabsız mülklər alıblar.

Ətraflı

https://buta.ws/news/33784/talibovlarin-dubaydaki-mulkleri-siyahi?fbclid=IwAR0NaXHfRMJPgrtfwXEoQtqhut_dTQouK56f1ptqFksKUH0wrZAGIV7xRqM

Talıbovların Dubaydakı mülkləri - Siyahı

Address

Ordubad

Alerts

Be the first to know and let us send you an email when Nakhchivan Gundeliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share