Mirza Hüseyn Əfəndi Qayıbzadə

Mirza Hüseyn Əfəndi Qayıbzadə Личность
M.F.Axundzadə və M.H.Qayıbzadə xalqımızın ilk arxeoqrafları !

ADA Universitetinin Qazax Mərkəzi 🇦🇿
19/09/2025

ADA Universitetinin Qazax Mərkəzi
🇦🇿

06/09/2025

1925-2025

🇦🇿🤝🇺🇿
Bütün müsəlman Şərqində ilk Azərbaycanlı qadın – Baytarlıq Elmləri Doktoru.
Şəqibə İsmayıl qızı Əhmədova.

Mirza Hüseyn Əfəndi Qayıbzadə  🇦🇿Həmin məktəbdə doqquz il təhsil aldıqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi   məsləhə...
18/08/2025

Mirza Hüseyn Əfəndi Qayıbzadə

🇦🇿
Həmin məktəbdə doqquz il təhsil aldıqdan
sonra həmyerlisi Mirzə Hüseyn əfəndi məsləhəti ilə Peterburqdakı
hərbi topoqrafiya məktəbinə
üz tutub.

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “İlk Hərbi Bayrağımızın yaradıcısı, Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və Respublikamızda ilk hərbi topoqrafiya məktəbinin banisi general-mayor İbrahim Ağa Vəkilov” sərlövhəli məqaləsi “Kaspi” qəzetinin 02 avqust 2025-ci il tarixli 29(4230) saylı buraxılışında dərc edilmişdir.

İbrahim ağa Vəkilov Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. O, 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasının Qırax Salahlı kəndində anadan olub. 1864-cü ildə on bir yaşı olarkən atası Paşa ağa vəfat edib. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olub. Həmin məktəbdə doqquz il təhsil aldıqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhəti ilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə üz tutub. 1879-cu ildə həmin hərbi məktəbi bitirdikdən sonra qulluq etmək üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahında çalışıb.

Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz (səh.15).
https://www.kaspi.az/storage/newspapers/files/kaspi-2025-08-01.pdf

12/08/2025

MÜFTİNİN VƏFATI MÜNASİBƏTİLƏ
Zaqafqasiya müftisi Hüseyn əfəndi Qayıbovun vəfatı münasibətilə Salyandan idarəmizə böylə bir teleqraf çəkilmişdir:
«Zaqafqasiya müftisinin vəfatı münasibətilə müsəlmanların ümumi müsibətindən qeyri-qabili-təqdir bir dərəcədə mütəəssir olaraq Allah-Təala həzrətlərindən mərhum ruhani atamıza rəhmətlər və ailəsinə bu böyük müsibətdə səbri-cəmil əta buyurmalarını istirham edəriz».
Əli bəy Qasımov, Hidayət bəy Sultanov, Seyidağa Ağalarov, Əlipaşa Axundov, Mirhüseyn Qasımov, Böyükağa Talıblı.
Bakıda ibtidai rus-müsəlman şəhər məktəbləri uşaqları müfti əfəndinin vəfatı münasibətilə əklil əvəzinə Bakıda müsəlman yetimlər evi nəfinə 50 manat ianə vermişlərdir.
«Açıq söz», 27.02.1917, N413

"Müftinin ruhuna dua məclisi"Fevralın 23-də pəncşənbə günü yeddinci şəhər rus-müsəlman məktəbində məktəbin müəllimi biri...
12/08/2025

"Müftinin ruhuna dua məclisi"

Fevralın 23-də pəncşənbə günü yeddinci şəhər rus-müsəlman məktəbində məktəbin müəllimi birinci məhəllə mollası Ətaullah əfəndi tərəfindən mərhum müfti Hüseyn əfəndi Qayıbov ruhuna Fatihə məclisi tərtib edilib, müfti həzrətlərinin tərcümeyi-halına aid və mövqeyə münasib şagirdlər də söz söyləyib, dua və Fatihə oxunmuşdur.

"Açıq söz", 26.02.1917, N412

Address

Qazax

Website

Alerts

Be the first to know and let us send you an email when Mirza Hüseyn Əfəndi Qayıbzadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share