SHEKİ MEDİA

SHEKİ MEDİA 🔴 ƏN SON VACİB XƏBƏRLƏR

• "Sheki Media" xəbər portalı 2018-ci ildən şimal-qərb bölgəsinin xəbər ehtiyacını qarşılamaq üçün fəaliyyət göstərir.

• Dünyadan, ölkədən, Şəkidən operativ şəkildə ən son maraqlı və vacib xəbərləri izləyicilərimizə çatdırmağa çalışırıq.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsilhaqları və plan yerl...
10/08/2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsilhaqları və plan yerləri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Modern.az-ın “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsilhaqqı 4500-5000 manat arasında dəyişir.

Tibb ixtisası üzrə illik təhsilhaqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib.

Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsilhaqlarının azaldığını göstərir. Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsilhaqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsilhaqqı 1500 manat azalıb.

Stomatologiya ixtisasında ötən il 6000 manat olan illik təhsilhaqqı bu il 4500 manata endirilib. Bu ixtisas üzrə də ödəniş 1500 manat azalıb.

Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsilhaqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib. Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb.

Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsilhaqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.

Plan yerlərinə gəlincə, Azərbaycan bölməsində Tibb ixtisasına 520, Stomatologiyaya 75, Əczaçılığa 60, İctimai səhiyyəyə 60, Tibb bacısı (qardaşı) işinə 60, Fizioterapiyaya 40 yer ayrılıb.

Bundan əlavə, tədrisi ingilis dilində Tibb ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub və illik təhsilhaqqı 5000 manatdır.

Rus bölməsində isə Tibb ixtisasına 65, Stomatologiyaya 25, Əczaçılığa 20, İctimai səhiyyəyə 20 plan yeri ayrılıb.

“Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çanın Azərbaycanda çəkilən filmi “Tanrının zirehi: Ultimatum”un çəkilişləri...
10/08/2026

“Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çanın Azərbaycanda çəkilən filmi “Tanrının zirehi: Ultimatum”un çəkilişləri davam edir.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, filmin süjetinin mərkəzində “Asiya şahini”nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır.

Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır.

Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq. Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.

“İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır”, - deyə Ceki Çan bildirib.

Qeyd edək ki, “Tanrının zirehi: Ultimatum” filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb."SHEKİ.MEDİA" xəbər verir ki, hadisə səhər saatlarında ...
10/08/2026

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"SHEKİ.MEDİA" xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisində baş verib.

“Hyundai”, “KİA” və “Toyota" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

2 nəfər isə xəsarət alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaqatalalı məktəblilər Nigar Məmmədova, Əhməd Osmanlı və Nailə Aslanova Çinin paytaxtı Pekində keçirilən “RobotChallenge...
09/08/2026

Zaqatalalı məktəblilər Nigar Məmmədova, Əhməd Osmanlı və Nailə Aslanova Çinin paytaxtı Pekində keçirilən “RobotChallenge” olimpiadasında I yerə layiq görülüblər.

Rayon məktəblərində təhsil alan şagirdlər qazandıqları uğurla Azərbaycana dünya birinciliyini gətiriblər.

Gənc istedadlarımızı bu möhtəşəm nailiyyət münasibətilə təbrik edirik! 🇦🇿🏆

Paylaşdı: ZAQATALA_NEWS

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."SHEKİ.MEDİA"nın məlumatına görə, hadisə gecə saat 23 rad...
09/08/2026

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"SHEKİ.MEDİA"nın məlumatına görə, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ 21099" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza zamanı daha bir nəfər – Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun ...
09/08/2026

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib.

Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb.

A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. İsgəndərovaya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun müalicəsi Qax RMX-nın Reanimasiya şöbəsində davam etdirilir.

📍Şahdağ Milli Parkı, İsmayıllı bölməsiŞahdağ Milli Parkının İsmayıllı bölməsi ərazisində həyata keçirilən Avropa zubrunu...
09/08/2026

📍Şahdağ Milli Parkı, İsmayıllı bölməsi

Şahdağ Milli Parkının İsmayıllı bölməsi ərazisində həyata keçirilən Avropa zubrunun (Bison bonasus) Azərbaycan təbiətinə reintroduksiyası layihəsi çərçivəsində il ərzində mütəmadi monitorinqlər davam etdirilir. Monitorinqlərin əsas məqsədi növün təbii yaşayış mühitinə uğurlu adaptasiyasını izləmək, populyasiyanın inkişaf dinamikasını qiymətləndirmək və onun uzunmüddətli mühafizəsini təmin etməkdir.

Müşahidələr zamanı zubrların sağlamlıq vəziyyəti, çoxalma göstəriciləri, hərəkət arealları və təbii mühitə uyğunlaşma səviyyəsi qiymətləndirilir.

2026-cı ilin iyul ayının sonunda keçirilmiş son monitorinqin nəticələrinə əsasən, cari ildə doğulan 8 bala da daxil olmaqla, Şahdağ Milli Parkında Avropa zubrlarının ümumi sayı 89 başa çatıb.

Əldə olunan nəticələr populyasiyanın sabit artım nümayiş etdirdiyini və təbii ekosistemə uğurla inteqrasiya olunduğunu göstərir.

Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətbuat Şurasın...
09/08/2026

Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib.

“İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin!”, - o qeyd edib.

Qeyd edək ki, Çingiz Əli oğlu Əliyev 29 iyun 1944-cü ildə Füzuli şəhərində doğulub. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1991-ci ildə Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

Ədəbi yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda yayımlanan “Xatirələr” şeiri ilə başlayıb. Şeirlər, hekayələr, publisistik yazılar və bədii tərcümələr müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub.

Uzun illər “Gənclik” nəşriyyatında və Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi olub. Müxtəlif beynəlxalq ədəbi tədbirlərdə Azərbaycanı təmsil edib.

Çingiz Əlioğlu Beynəlxalq “Kalevala” Cəmiyyətinin üzvü olub.

🌧️Avqustun 11-dən Şəkidə havanın arabir yağıntılı keçəcəyi, temperaturun 5-6 dərəcə enəcəyi gözlənilir.
09/08/2026

🌧️Avqustun 11-dən Şəkidə havanın arabir yağıntılı keçəcəyi, temperaturun 5-6 dərəcə enəcəyi gözlənilir.

Bəzi məkanlar sadəcə məkan deyil.Onların yaddaşı, hekayəsi və ruhu var.1895-ci ildə Hacı Məmmədsadiq Əliyev tərəfindən“M...
08/08/2026

Bəzi məkanlar sadəcə məkan deyil.
Onların yaddaşı, hekayəsi və ruhu var.

1895-ci ildə Hacı Məmmədsadiq Əliyev tərəfindən
“Məmmədi­yyə” binası kimi inşa edilən bina 1925-ci ildən Azərbaycanda ilk “Birinci Ekran” tipli kinoteatr kimi fəaliyyətə başlayıb. Kinoteatrın adı “Yeni Yol” olub.

2005-ci ildə “VMF Holding”, “ANS Şirkətlər Qrupu” və “Milli Qəhrəman Çingiz Mustafayev adına Fond” tərəfindən tam bərpa olunaraq “Çingiz Klub” adı ilə fəaliyyətə başlayıb. İndi həmin hekayəyə yeni bir səhifə əlavə olunur.

ŞƏKİDƏ KİNONUN BİR TARİXİ VAR.

Bu gün isə həmin ənənə "CineCafe" ilə davam edir. 🎬

Bir məkan. Bir tarix. Bir kino hekayəsi.

1925-dən bu günə…
Bu hekayənin yeni adı — CineCafe 🎥🍿

CineCafe Sheki

Address

Sheki

Alerts

Be the first to know and let us send you an email when SHEKİ MEDİA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SHEKİ MEDİA:

Shortcuts

Share