Sheki Media

Sheki Media 🔴 ƏN SON VACİB XƏBƏRLƏR

• "Sheki Media" xəbər portalı 2018-ci ildən şimal-qərb bölgəsinin xəbər ehtiyacını qarşılamaq üçün fəaliyyət göstərir.

• Dünyadan, ölkədən, Şəkidən operativ şəkildə ən son maraqlı və vacib xəbərləri izləyicilərimizə çatdırmağa çalışırıq.

Bu gün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddəti əks etdi...
30/10/2025

Bu gün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə bu gün yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb: “Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub. Bildiririk ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.

Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik. Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.

Xəbər verdiyimiz kimi, Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var."Sheki.Media" xəbər verir k...
30/10/2025

Xəbər verdiyimiz kimi, Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

"Sheki.Media" xəbər verir ki, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.Hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyz...
30/10/2025

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

Hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir neçə həftədən sonra "e-Tabib" tətbiqində "103 xidməti" fəaliyyətə başlayacaq."Report" xəbər verir ki, bu sözləri TƏB...
30/10/2025

Bir neçə həftədən sonra "e-Tabib" tətbiqində "103 xidməti" fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinin 90 faiz işi elektronlaşdırılacaq.

"e-Tabib" tətbiqində olacaq "103 xidməti" sayəsində xəstəxana ambulansın təxmini çatma vaxtını görə biləcək", - E.Məmmədli qeyd edib

Balakən rayonu növbəti dəfə Xurma Festivalına ev sahibliyi edib.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kənd Təs...
30/10/2025

Balakən rayonu növbəti dəfə Xurma Festivalına ev sahibliyi edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də nazirliyin strukturuna daxil olan Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi, Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə V Xurma Festivalı həyata keçirilib.

Festivalda təşkilatçı qurumların nümayəndələri, ətraf rayonlardan gələn qonaqlar, xurma istehsalı ilə məşğul olan şəxslər və rayon sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində festival iştirakçıları üçün xurma bağına ekskursiya təşkil olunub, xurma ağacları əkilib.

Festivalın keçirilməsində məqsəd meyvəçiliyin inkişafına təkan vermək, yerli məhsulların xarici bazarlara çıxarılmasını stimullaşdırılması, eyni zamanda milli dəyərlərin, qonaqpərvərliyin və rayonun turizm potensialının genişləndirilməsidir.

Festival çərçivəsində Balakən Rayon Mədəniyyət Mərkəzinin kollektivi, “Cahan” avar xalq kollektivi, “Qubek” və “Fidanlar” rəqs qrupları, “Nənələr” ingiloy və “Ebel” avar folklor qrupları, Bakı şəhərindən dəvət edilən müğənnilərin rəngarəng musiqi nümunələri təqdim edilib.

Festivalda xurmadan hazırlanan kulinariya məhsulları, kənd təsərrüfatı məhsullarının sərgisi nümayiş etdirilib.

📍Oktyabrın 26-da Şəkidə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Pakizə Aydının birgə təşkilatçılığı ilə Br...
30/10/2025

📍Oktyabrın 26-da Şəkidə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Pakizə Aydının birgə təşkilatçılığı ilə Breyn Rinq üzrə regional kubok keçirilib.

Turnirdə regionun 12 komandası iki kubok uğrunda mübarizə aparıblar.

Regional kubokun sahibi - "Bongomia", regional kiçik kubokun sahibi isə "Rəvan Oğuz" komandası olub.

Qaliblər kubok, medallar və diplomlar ilə mükafatlandırılıblar.

‼️DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı İslam Rzayev saxlanıldıBalakən Rayon İcra Hakimiyyətində əməliyyat keçi...
30/10/2025

‼️DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı İslam Rzayev saxlanıldı

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

"Sheki.Media" Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti keçirir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxslərin saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək.

ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri verib.Tramp bu barədə “Truth Socia...
30/10/2025

ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri verib.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Digər ölkələrdəki sınaq proqramları səbəbindən Müharibə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, ABŞ digər ölkələrlə müqayisədə daha çox nüvə silahına sahibdir.

30/10/2025

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir.

Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir.

Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Balakən, Göyçay, Beyləqan, İmişli, Zaqatala, Naftalan, Culfa, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə 2 mm-dək qeydə alınır.

Hazırda əksər yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 28, Goranboyda 27, Naftalanda 24, Tərtərdə 23, Şəki, Tovuz, Neftçala, Gəncədə 20, Culfa, Ağdam, Bərdədə 18, Zəngilan, Kəlbəcərdə 17, Qobustan, Şəmkirdə 16, Zərdabda 15 m/s-dək güclənir.

Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30-u axşamadək davam edəcəyi, 31-də hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

29/10/2025

📍Şəkidə təhlükə ilə üz-üzə qalan kənd sakinləri

2025–2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələ...
29/10/2025

2025–2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 81 063 şagird təhsil alır, məktəbəhazırlıq qruplarında isə 5 293 uşağın təlim-tərbiyəsi təşkil olunur. Bu təhsil prosesini həyata keçirən müəllimlərin sayı 10 411 nəfərdir.
‎
"Sheki.Media" xəbər verir ki, ‎bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, regionda fəaliyyət göstərən təhsil müəssisələri arasında 3 lisey, 1 birbaşa tabe lisey, 2 məktəb-lisey, 1 gimnaziya, 1 internet tipli lisey, 3 internat tipli inteqrasiya təlimli gimnaziya, 8 ibtidai məktəb, 73 ümumi orta məktəb və 258 tam orta məktəb olmaqla cəmi 350 təhsil müəssisəsi fəaliyyət göstərir.
‎
‎Məktəbəqədər təhsil sahəsində isə 204 müəssisədə 7 602 uşağın təlim-tərbiyəsi ilə 983 tərbiyəçi məşğul olur. Bundan əlavə, regionda 12 məktəbdənkənar təhsil müəssisəsi də fəaliyyət göstərir.

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profi...
29/10/2025

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sheki.Media"ya verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.

Address

Sheki

Alerts

Be the first to know and let us send you an email when Sheki Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sheki Media:

Share