17/07/2026
Allahverdi Rüstəmlinin növbəti uğuru – MİQ-də fiziki tərbiyə fənni üzrə Respublika birincisi onun müdavimi oldu
Fiziki tərbiyə fənni üzrə tanınmış təlimçi Allahverdi Rüstəmli növbəti uğuruna imza atıb. Onun rəhbərliyi ilə MİQ və müəllimlərin sertifikatlaşdırılması imtahanlarına hazırlaşan müəllim Respublika birincisi olub.
Əslən Oğuz rayonundan olan, Şirvanlı kənd tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi kimi çalışan Xətai Zakirov 2026-cı ilin iyun ayında keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında maksimum 60 baldan 58 bal toplayıb.
Daha sonra keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında isə 91.25 bal nəticə göstərən Xətai Zakirov, əmsal üzrə aparılan yekun hesablamaya əsasən 100.375 bal toplayaraq fiziki tərbiyə fənni üzrə Azərbaycan üzrə Respublika birincisi adını qazanıb.
Qeyd edək ki, əldə olunan bu nəticə Allahverdi Rüstəmlinin təlim proqramının növbəti mühüm uğuru kimi qiymətləndirilir. Son illər onun hazırladığı çoxsaylı müəllimlər MİQ və müəllimlərin sertifikatlaşdırılması imtahanlarında yüksək nəticələr göstərərək respublika üzrə ön sıralarda yer almağa davam edirlər.