25/11/2022
Bu gün Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan yəhudiləri öz tarixi köklərini, milli adət-ənənələrini yaşadırlar. Onlar Azərbaycan dilini, musiqilərimizi, milli mətbəximizi və digər ənənələrimizi yaşadıqları ölkələrdə qürurla təbliğ edirlər. Azərbaycan dövləti və cəmiyyəti ölkəmizdə yaşayan yəhudilərin problemlərinə daim həssas yanaşıb, onların adət-ənənələrinə, mədəniyyətlərinə hörmət bəsləyiblər.
Noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunduqdan sonra yekdilliklə qəbul edildi. İsraildə səfirlik açılması ilə b...