
02/08/2025
🎬 2 Avqust ölkəmizdə “Milli Kino Günü” kimi qeyd olunur. Bu əlamətdar tarix Bakı Media Mərkəzi üçün də xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan tarixinin öyrənilməsi və yaşadılması Bakı Media Mərkəzinin fəaliyyətində hər zaman əsas prioritet olub. Yarandığı gündən bu yana Mərkəz ölkəmizin müxtəlif tarixi dövrlərini əhatə edən və geniş ictimai maraq doğuran bir sıra sənədli və bədii filmlər ərsəyə gətirib. Bunlar arasında “Tağıyev”, “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Şuşa, sən azadsan!”, “Bir günəş altında” və “Sonuncu” kimi ekran əsərləri xüsusilə seçilir.
Milli Kino Günü münasibətilə bu filmlərdən seçilmiş kiçik fraqmentləri sizinlə bölüşür, Azərbaycan kino sənətinə töhfə verən bütün yaradıcı insanları və kinosevərləri ürəkdən təbrik edirik!