BizimXəbər.Tv

BizimXəbər.Tv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BizimXəbər.Tv, Qosabulaq.

28/07/2025

Şərhsiz

22/07/2025

Binəqədi rayon İH-nin başçısı Elxan Allahverdiyev Ev adı altında ,Yaşıllığın
qırdırıb obyekt Tikintisinə icazə verir...
BŞİH-nin başçısı cənəb Eldar Əziziv qanunsuz OBYEKT TİKİNTİSİNƏ NƏ DEYƏCƏK?

Bu gün Azərbaycanda Milli Mətbuat GünüdürBu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. XIX əsrin sonlar...
22/07/2025

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verəcək.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

21/07/2025

Aeroport yolundakı ağır qəzanın VİDEOsu

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Eyni istiqamətdə hərəkət edən "Toyota Land Cruiser" markalı avtomobil "BYD" markalı taksiyə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Avtomobillərdəki şəxslərdən ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

18/07/2025

Saleh Məmmədovun qalmaqallı kadrı. 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi Nazim Eynallı təbiəti məhf edir

16/07/2025

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video

16/07/2025

Ucarın başçısı Mənsur Məmmədovun qardaşı rayonun Su Meliorasiya İdarəsini belə talan edir

Ucar rayonu sakinləri Seyidov Sadiq Əhməd oğlu, Ağayev Mahir Məhəmməd oğlu, Dadaşov Müşfiq Şakir oğlu,Səfərov Zahid Mikayıl oğlu, Kərimova Mətanət Rasim qızı, Rəhimova Bənövşə Qasım qızı, Nəsirova Nəzrin Vahid qızı və digərləri tərəfindən geniş ictimaiyyətin diqətinə çatdırılması məqsədi ilə Aktualinfo.org-un elektron poçtuna məktub ünvanlanıb. Məktubda deyilir.
Biz, Ucar rayonunun bir qrup sakini olaraq, rayon ərazisində baş verən ciddi qanunsuzluq və talançılıq halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq zərurəti hiss edirik.
Son bir ay ərzində Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 552 metrdən çox uzunluğa malik, böyük diametrli su boruları qanunsuz şəkildə yerdən qazılaraq çıxarılıb və satılıb. Əldə etdiyimiz məlumata görə, həmin borular bu idarənin balansında deyil və onların satılması tamamilə qanunsuzdur. Bu, açıq-aşkar dövlət əmlakının mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halıdır.
Ən narahatedici məqam isə odur ki, bu qanunsuz əməliyyatları həyata keçirən şəxslər — idarənin müdiri Müşfiq Məmmədov və onun müavini Zaur Əzizov cəzasızlıq mühiti içində daha da azğınlaşaraq sakinlərə məxsus su və kanalizasiya borularına da göz dikə bilərlər. Bu faktlar Ucar sakinlərini ciddi narahat edir.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, Müşfiq Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun doğma qardaşıdır. Bu səbəbdən onun məsuliyyətdən yayınması və toxunulmazlıq mühiti yaradılması ilə bağlı şübhələrimiz artmaqdadır.
Sonuncu belə qanunsuz əməliyyat Məlikballı Qurban küçəsi ilə üzbəüz yerləşən yaşayış binasının ərazisində həyata keçirilib. Bu fakt çoxsaylı şahid ifadələri və vizual sübutlarla təsdiqlənir.
Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsus texnikalar pullu, şəxsi işlərə cəlb edilir.Ancaq kəndlərdə su kanalları lildən, qamışdan və kol-kosdan qətiyyən təmizlənilmir. 100-200 metr məsafədə aparılan təmizlik işləri üçün tərtib edilmiş. sənədlərdə bu rəqəmi 100 dəfə şişirdib ayrılan vəsaiti talan edirlər.
Biz, Ucar sakinləri olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu məsələni ciddi və obyektiv şəkildə araşdırmağı, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin qanun qarşısında cavab verməsini təmin etməyi tələb edirik.
Bu cür hallar nəinki vətəndaşların əmlak və təhlükəsizlik hüquqlarına təhdiddir, eyni zamanda dövlətin nüfuzuna və qanunun aliliyinə açıq hörmətsizlikdir. Məsuliyyətli və şəffaf media nümayəndələrindən bu məsələyə diqqət ayırmağı və ictimailəşdirməklə bizə dəstək göstərməyi xahiş edirik.

15/07/2025

Alim Qasımov bu dəfə studiyada rep dedi - VİDEO

Xalq artisti Alim Qasımov yeni paylaşımı ilə gündəm olub.

Xanəndə bu dəfə studiyada rep oxuması ilə diqqət çəkib.

Onun videosu sosial şəbəkədə yayılıb və "Tezliklə" şərhi yazılıb. A.Qasımov reper Kölgə ilə rep deyəcək.

Qeyd edək ki, bundan əvvəl də o, məclisdə rep deməsi ilə gündəmə gəlmişdi.

Address

Qosabulaq

Alerts

Be the first to know and let us send you an email when BizimXəbər.Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizimXəbər.Tv:

Share