Parlaq İmzalar Nəşriyyatı

  • Home
  • Parlaq İmzalar Nəşriyyatı

Parlaq İmzalar Nəşriyyatı Düşünərək yaşayanlar üçün... Biz düşündük ki, ən müqəddəs iş kitab ərsəyə gətirməkdir. Bəzən keyfiyyət naminə bir kitabın üzərində iki ay işlədik.
(210)

Cəmiyyətimizin xilasının, parlaq gələcəyimizin yalnız kitabla mümkün olduğunu dərk edərək, kitab qoxusu ilə məst olan bir kollektivlə, elə də asan olmayacağını anladığımız bu məsuliyyətli işə başladıq. Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir. Bunun üçün kitabın işlənilməsinə çap keyfiyyətin

ə yüksək həddə diqqət yetirdik. Bəzən bir cümlənin düzgün ifadə olunmasına görə kitabın çapını bir gün yubatdıq, oldu ki, bir kitabı 6-7 dəfə təkrar oxuduq. Biz düşündük ki, ən üstün insan kitab oxuyan insandır. Bunun üçün ən şərəfli işin kitab oxuyan şəxslərə xidmət etmək olduğunu özümüzə prinsip qəbul etdik və ilk dəfə olaraq oxucular üçün hər birinin hazırlanması və icrası günlərlə vaxt alan müxtəlif xidmətlər yaratdıq. Kitab alanlara müştəri deməyə, anbardakı kitablara “mal” deməyə, kitab haqqında “satmaq-almaq” ifadəsi işlətməyə utandıq. Bunun üçün bizim müştərilərimiz yoxdur, bizim OXUCULARIMIZ var, bizim anbarda “mal”ımız yox, XƏZİNƏMİZ var, bizim kitablarımızı alanlar yox, KİTABLARIMIZA QOVUŞANLAR var. Biz – ilk dəfə olaraq kitablarımıza zəmanət verdik. Belə ki, oxuduğunuz kitab xoşunuza gəlməsə, kitabı rahatlıqla geri qaytara bilərsiniz. Biz – ilk dəfə olaraq rayonda və ya şəhərkənarında yaşamasından asılı olmayaraq, hər kəsin kitaba əli çatsın deyə “bütün Azərbaycana kitabların pulsuz çatdırılması” xidmətinə başladıq. Belə ki, artıq bu kampaniya ilə ucqar rayonlarda yaşayanlar belə 2-3 gün ərzində kitablarımızı rahatlıqla əldə edirlər, özü də paytaxtdakı qiymətə. Biz – ilk dəfə olaraq aktiv kitab oxuyanlara fərq qoyaraq və önəm verərək, onlar üçün xüsusi güzəştləri özündə cəmləyən “Aktiv Oxucu Kampaniyası”na başladıq. Belə ki, bu kampaniyanın üzvləri kitabları 20-30 % endirimlə əldə edirlər. Biz – ilk dəfə olaraq hər kitab nəşr olunanda oxucular məlumatlansın deyə “növbəti kitab” sms-məlumat xidmətinə başladıq. Belə ki, artıq bu xidmət vasitəsi ilə yüzlərlə oxucu yeni kitablarımız nəşr olunanda bu şad xəbəri telefonundan oxuyur.

Üzərində rəqəm yazılmış kağızlar, heç vaxt üzərinə hərflər döşənmiş kağızlardan üstün ola bilməyəcək. Heç vaxt rəqəmli kağızları toplayanlar, hərfli kağızlara sahib olanlardan üstün ola bilməyəcək. Rəqəmli kağızlar daim enib-qalxacaq, hərfli kağızlar isə həmişə öz qüvvəsində qalacaq.

Qəhrəmanların alt-üst olan həyatlarını pandemiyadan post-müharibə dövrünə qədər izləyən bir hekayə sizi gözləyir. “Atmos...
18/11/2025

Qəhrəmanların alt-üst olan həyatlarını pandemiyadan post-müharibə dövrünə qədər izləyən bir hekayə sizi gözləyir.

“Atmosferə uyğun mahnı qoy” bütün kitab mağazalarında və parlaqimzalar.az-da.

 -in qələmindən “Atmosferə uyğun mahnı qoy indi bütün mağazalarda və parlaqimzalar.az-da.
22/10/2025

-in qələmindən “Atmosferə uyğun mahnı qoy indi bütün mağazalarda və parlaqimzalar.az-da.

77-ci Frankfurt Kitab sərgisində Azərbaycan öz stendi ilə təmsil olunur 📚“Parlaq İmzalar” nəşriyyatı olaraq bu önəmli sə...
17/10/2025

77-ci Frankfurt Kitab sərgisində Azərbaycan öz stendi ilə təmsil olunur 📚

“Parlaq İmzalar” nəşriyyatı olaraq bu önəmli sərgidə iştirak edirik. Nəşriyyatı direktorumuz Nurman Tariq təmsil edir 💛

Sərgidə yerli müəlliflərimizin roman-hekayə kitabları nümayiş olunur və kitablarımızın xarici dillərdə nəşri ilə bağlı nəşriyyatlarla müzakirə və danışıqlar aparılır ✨️

Əziz dostlar, kitablarımızın müzakirə edildiyi və fərqli oxucuların bir-biri ilə tanış olduğu Parlaq Oxucular Klubuna ye...
10/10/2025

Əziz dostlar, kitablarımızın müzakirə edildiyi və fərqli oxucuların bir-biri ilə tanış olduğu Parlaq Oxucular Klubuna yeni üzvlərin qəbul olunmasına start verdik. Bu klub vasitəsilə məqsədimiz daimi oxucularımızla yaxından tanış olmaq, onlara müxtəlif imtiyazlar vermək, təkcə kitab müzakirələri ilə məhdudlaşmayan maraqlı və parlaq fəaliyyətlər həyata keçirməkdir. Çünki oxucu candır 💛

Nəzərə almağınızı xahiş edirik ki, məqsədimiz kluba çox sayda insanın cəlb edilməsi deyil, bunun üçün də üzvlük seçim əsasında olacaq. Buna görə sorğulara dolğun və ətraflı cavab verməyinizi xahiş edirik.

📍 -ın "Bio" bölməsindəki linkdən indi qeydiyyatdan keçərək kluba üzv olmaq şansı əldə edin.

Əziz dostlar, XI Bakı Beynəlxalq Kitab sərgisi də başa çatdı. Bu gözəl kitab bayramına gələn bütün ziyarərçilərə, oxucul...
10/10/2025

Əziz dostlar, XI Bakı Beynəlxalq Kitab sərgisi də başa çatdı. Bu gözəl kitab bayramına gələn bütün ziyarərçilərə, oxucularımıza, dəyərli könüllülərimizə dərindən təşəkkür edirik 💛

Növbəti sərgilərdə görüşənədək ✨️

"Şokolad ayı" kitabının müəllifi, dəyərli pedaqoq Günel Əkbərin oktyabrın 5-i "Parlaq İmzalar" nəşriyyatının stendində i...
04/10/2025

"Şokolad ayı" kitabının müəllifi, dəyərli pedaqoq Günel Əkbərin oktyabrın 5-i "Parlaq İmzalar" nəşriyyatının stendində imza mərasimi olacaq 💛

Hər biriniz dəvətlisiniz ✨️

Əziz oxucular, oktyabrın 5-i saat 15:00-da "Parlaq İmzalar" nəşriyyatının stendində yazıçı İlqar Kamilin "9-cu mərtəbə" ...
02/10/2025

Əziz oxucular, oktyabrın 5-i saat 15:00-da "Parlaq İmzalar" nəşriyyatının stendində yazıçı İlqar Kamilin "9-cu mərtəbə" kitabının təqdimat və imza mərasimi keçirələcək 💛

Hər biriniz dəvətlisiniz ✨️

Oktyabrın 4-ü saat 13:00-da fəlsəfəşünas Emin İmanlının nəşriyyatımızın stendində imza və görüş günü keçirələcək 💛Hər bi...
01/10/2025

Oktyabrın 4-ü saat 13:00-da fəlsəfəşünas Emin İmanlının nəşriyyatımızın stendində imza və görüş günü keçirələcək 💛

Hər biriniz dəvətlisiniz ✨️

Debüt romanı “Kor nöqtə” ilə oxucuların diqqətini cəlb edən Naiq Babayev qəhrəmanların alt-üst olan həyatlarını pandemiy...
30/09/2025

Debüt romanı “Kor nöqtə” ilə oxucuların diqqətini cəlb edən Naiq Babayev qəhrəmanların alt-üst olan həyatlarını pandemiyadan post-müharibə dövrünə qədər izləyən bir hekayə ilə qarşımızdadır. “Atmosferə uyğun mahnı qoy” cəsarətli bir qələmdən çıxan, eşq, peşmanlıq və mahnıların gücü haqqında yazılmış unudulmaz bir romandır ✨️

5 oktyabr saat 17:00-da Bakı Beynəlxalq sərgisində "Atmosferə uyğun mahnı qoy" kitabının təqdimat və imza mərasimi keçiriləcək 💛

Oktyabrın 5, 6, 7-si “Panda Pan və Alma ağacı”, “Azel” və “Tuflinlər” kitablarının müəllifi Amin XI Bakı Beynəlxalq Kita...
30/09/2025

Oktyabrın 5, 6, 7-si “Panda Pan və Alma ağacı”, “Azel” və “Tuflinlər” kitablarının müəllifi Amin XI Bakı Beynəlxalq Kitab sərgisində “Parlaq İmzalar” nəşriyyatının stendində olacaq 💛

Əziz valideynlər, övladlarınızı da sərgiyə gətirərək onlara unudulmaz bir gün bəxş edin 🥰🎉

Oktyabrın 5-i saat 13:00-da uşaq psixoloqu Elmir İsgəndərovun imza və görüş günü keçirələcək 💛Hər biriniz dəvətlisiniz ✨...
29/09/2025

Oktyabrın 5-i saat 13:00-da uşaq psixoloqu Elmir İsgəndərovun imza və görüş günü keçirələcək 💛

Hər biriniz dəvətlisiniz ✨️

Əziz oxucular, oktyabrın 3-ü saat 13:00-da ailə psixoloqu Pərvin Nəsirsoyun XI Bakı Beynəlxalq Kitab sərgisində imza və ...
29/09/2025

Əziz oxucular, oktyabrın 3-ü saat 13:00-da ailə psixoloqu Pərvin Nəsirsoyun XI Bakı Beynəlxalq Kitab sərgisində imza və görüş günü keçirələcək 💛

Hər biriniz dəvətlisiniz ✨️

Address

Qara Qarayev Prospekti 82A

AZ1096

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994559697259

Website

https://forms.gle/WEDH2PDy8S9Dm4GX8

Alerts

Be the first to know and let us send you an email when Parlaq İmzalar Nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Parlaq İmzalar Nəşriyyatı:

  • Want your business to be the top-listed Media Company?

Share

Our Story

Cəmiyyətimizin xilasının, parlaq gələcəyimizin yalnız kitabla mümkün olduğunu dərk edərək, kitab qoxusu ilə məst olan bir kollektivlə, elə də asan olmayacağını anladığımız bu məsuliyyətli işə başladıq. Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir. Biz düşündük ki, ən müqəddəs iş kitab ərsəyə gətirməkdir. Bunun üçün kitabın işlənilməsinə çap keyfiyyətinə yüksək həddə diqqət yetirdik. Bəzən bir cümlənin düzgün ifadə olunmasına görə kitabın çapını bir gün yubatdıq, oldu ki, bir kitabı 6-7 dəfə təkrar oxuduq. Bəzən keyfiyyət naminə bir kitabın üzərində iki ay işlədik. Biz düşündük ki, ən üstün insan kitab oxuyan insandır. Bunun üçün ən şərəfli işin kitab oxuyan şəxslərə xidmət etmək olduğunu özümüzə prinsip qəbul etdik və ilk dəfə olaraq oxucular üçün hər birinin hazırlanması və icrası günlərlə vaxt alan müxtəlif xidmətlər yaratdıq. Kitab alanlara müştəri deməyə, anbardakı kitablara “mal” deməyə, kitab haqqında “satmaq-almaq” ifadəsi işlətməyə utandıq. Bunun üçün bizim müştərilərimiz yoxdur, bizim OXUCULARIMIZ var, bizim anbarda “mal”ımız yox, XƏZİNƏMİZ var, bizim kitablarımızı alanlar yox, KİTABLARIMIZA QOVUŞANLAR var. Biz – ilk dəfə olaraq kitablarımıza zəmanət verdik. Belə ki, oxuduğunuz kitab xoşunuza gəlməsə, kitabı rahatlıqla geri qaytara bilərsiniz. Biz – ilk dəfə olaraq rayonda və ya şəhərkənarında yaşamasından asılı olmayaraq, hər kəsin kitaba əli çatsın deyə “bütün Azərbaycana kitabların pulsuz çatdırılması” xidmətinə başladıq. Belə ki, artıq bu kampaniya ilə ucqar rayonlarda yaşayanlar belə 2-3 gün ərzində kitablarımızı rahatlıqla əldə edirlər, özü də paytaxtdakı qiymətə. Biz – ilk dəfə olaraq hər kitab nəşr olunanda oxucular məlumatlansın deyə “növbəti kitab” sms-məlumat xidmətinə başladıq. Belə ki, artıq bu xidmət vasitəsi ilə yüzlərlə oxucu yeni kitablarımız nəşr olunanda bu şad xəbəri telefonundan oxuyur. Üzərində rəqəm yazılmış kağızlar, heç vaxt üzərinə hərflər döşənmiş kağızlardan üstün ola bilməyəcək. Heç vaxt rəqəmli kağızları toplayanlar, hərfli kağızlara sahib olanlardan üstün ola bilməyəcək. Rəqəmli kağızlar daim enib-qalxacaq, hərfli kağızlar isə həmişə öz qüvvəsində qalacaq.