"Bakı" nəşriyyatı

  • Home
  • "Bakı" nəşriyyatı

"Bakı" nəşriyyatı Dərslik və dərs vəsaitlərinin nəşri üzrə ixtisaslaşmış nəşriyyatdır.

10/01/2021
Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.Ramin Mahmudzad...
10/01/2021

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır.

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır. Kitab “Bakı” nəşriyyatında hazırlanmış və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Ramin Mahmudzadə və İsmayıl Calallının "C++ dilində proqramlaşdırmanın əsasları" kitabı çapdan çıxmışdır. Kitab “Bakı” nəşriyyatında hazırlanmış və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Kitab C++ dilinin nümunəsində proqramlaşdırmanı öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, kitab proqramlaşdırma dillərini deyil, məhz proqramlaşdırmanı öyrənmək istəyənlər üçün faydalı olacaqdır. Bu məqsədlə materialların təqdim edilməsi zamanı “nə üçün” sualına “necə” sualı qədər önəm verilmişdir.
Kitab, ilk növbədə, ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, ondan ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yaralana biləcəkdir.
Kitab informatika üzrə respublika olimpiadalarına hazırlaşanlar üçün də çox faydalı olacaqdır. Belə ki, kitabın xüsusi olaraq “Olimpiada” və “Riyaziyyat” bölümləri məhz bu məqsəd üçün nəzərdə tutulmuşdur. Bundan başqa, kitabda təxminən 150 məsələnin həll proqramı ətraflı izahla verilmişdir. Kitabdakı materialları dərk edərək mənimsəyən şagirdlər respublika olimpiadasının finalınadək gedib çıxa biləcəklər.

Address


Alerts

Be the first to know and let us send you an email when "Bakı" nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to "Bakı" nəşriyyatı:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share