Trend İnformasiya Agentliyi

  • Home
  • Trend İnformasiya Agentliyi

Trend İnformasiya Agentliyi TREND müstəqil informasiya agentliyi 1995-ci ildə Azərbaycanda yaradılıb

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəf...
24/12/2025

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, avqustun 17-də Azərbaycana 5 günlük turist kimi gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əla...
24/12/2025

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək.

Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr – 4 yanvar tarixlərində Bakı–Qəbələ–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Həmçinin Bakı–Ağstafa–Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər olacaq. Qatar 26–31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə Ağstafadan hərəkətə başlayacaq. 1–4 yanvar tarixlərində isə qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20 olacaq.

Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərlər.

Bakı–Ağdam–Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq. Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5 əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Tələbat artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması nəzərdə tutulur.

31 dekabr – 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünva...
24/12/2025

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm".

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Trend x...
24/12/2025

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

23/12/2025

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

23/12/2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi,SUP.VC və Bolt-un birgə təşkilatçılığı ilə həyata keçirilən Bolt Akselerasiya Proqramı sürücü və kuryerlərə yönəlmiş innovativ həllərin inkişafını dəstəkləyən xüsusi təşəbbüsdür. Proqram 8 həftəlik t....

Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulları...
23/12/2025

Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər görülür.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:

- 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),

- 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və

- 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq

- 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),

- 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),

- 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

23/12/2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. Təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçiri...

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olm...
23/12/2025

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihədə bildirilib ki, "Ümumi təhsil haqqında" Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əs...
23/12/2025

Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

23/12/2025

m10, Mastercard ilə əməkdaşlıq çərçivəsində ilk rəqəmsal ödəniş kartını təqdim edib. Yeni m10 kartı dərhal tətbiqdə aktivləşir və istifadəçinin mövcud cüzdan balansını əks etdirir, əlavə hesab açmağa ehtiyac qalmır. Kart həmçinin Apple Pay və Google Pay ilə t...

Address


Alerts

Be the first to know and let us send you an email when Trend İnformasiya Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trend İnformasiya Agentliyi:

  • Want your business to be the top-listed Media Company?

Share