Qafqazinfo.az

  • Home
  • Qafqazinfo.az

Qafqazinfo.az Azərbaycanın ictimai, siyasi və sosial xəbər portalı

31/07/2025

İyulun 20-si Səbail rayonu Bibiheybət qəsəbəsində ö*lümlə nəticələnən ağır qəzanın görüntüsü yayılıb.

Şahidlərin sözlərinə görə, qırmızı işıqda keçən motosiklet idarəetmədən çıxaraq aşıb. Sükanı buraxan sürücü qadın sərnişinlə birgə yola yıxılıb. Bir müddət öz-özünə hərəkət edən motosiklet daha sonra dəmir maneəyə çırpılaraq aşıb.

Aldığı zərbənin təsirindən sərnişin - İnci adlı gənc qız hadisə yerində dünyasını dəyişib. Sürücünün ayaqları amputasiya olunub.

31/07/2025

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

Binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanim...
31/07/2025

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib.

O, gecə saatlarında iş başında dünyasını dəyişib.

56 yaşlı həkimin ö*lüm səbəbi araşdırılır.

31/07/2025

Dünyada ən bahalı qidalar reklam olunarkən, Qəzzada insanlar yeməyə heç nə tapmır...
Onlar hazırda aclıqla üz-üzədir. Sadəcə, yaşamaq istəyirlər...

30/07/2025

Dünyaşöhrətli violonçel (çello) ifaçısı Stjepan Hauser “Sən gəlməz oldun” musiqisini ifa edib.

Qeyd edək ki, musiqiçinin təkcə instaqram hesabında 8 milyondan çox izləyicisi var.

30/07/2025

Leandro Andrade “Qarabağ”ın yeni maskotu ilə zarafatlaşdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn”a qarşı cavab oyunundan (1:) sonra keçirilən mətbuat konfransında jurn...
30/07/2025

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn”a qarşı cavab oyunundan (1:) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ” tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?
- Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

- Bu mövsüm "Qarabağ"dan nə gözləyək?
- 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunu burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, "Qarabağ" deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafmız birə-beş artacaq. Çox azarkeş futbolun 50 faiz gözəlləşməsi və inkişafının sürətlənməsidir.

- Ötən ay komanda Ağdama səfər etdi. Allahverdi Bağırovun məzarı ziyarət edilməmişdi. Niyə bu ziyarət olunmadı? Şəxsi olaraq ziyarət etmisiz?
- Etməmişəm. Orada sıx qrafik tutulmuşdu. Dəqiqələr də, bölünmüşdü. Həm hazırlığın sıx anında səfərə getdik. Məqsəd kuboku ora aparmaq idi. Bir neçə şəhərdə görüşlər keçirdik. Proqramımızda məzarın üzərinə getmək ayrılmamışdı. Amma həmişə onu yad edirik, bizim qəhrəmanımızdır, ürəyimizdədir. Mənim xüsusən belə insanlara çox böyük dəyər verirəm. Bəlkə onu sala bilərdik proqrama. Bizi də düzgün başa düşün. Yəqin ki, çalışarıq onu da edək. Hər bir halda burdan ora aparmaq, yol getmək, yorğunçuluq oldu, görüşlər etdik. Hətta son görüşümüzdə Füzuliyə döndük, vaxtımız yox idi. Dörd şəhərdə olduq. Füzulidə daha geniş görüşümüz olacaqdı, sadəcə təyyarə gözləyirdi. Sabah artıq məşqimiz olacaqdı. Ona görə bizi düzgün başa düşün. Bizdən küsməyin, narazı olmayın. Nə hörmətsizlikdir, nə də başqa şey.

“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu hər iki oyunun nəticəsin...
30/07/2025

“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu hər iki oyunun nəticəsinə görə ( 3:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Bu isə ən azı Ağdam təmsilçisinin birbaşa Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanması deməkdir. Yəni azarkeşlər “Qarabağ”ı bu mövsüm də avrokubokların əsas mərhələsində görəcək.

Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadə başa çatan “Qarabağ” - “Şelburn” matçından lentə aldığı fotoları təqdim edirik:

Bir neçə gün əvvəl Gəncədə “DNK Hospital”a müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.Bu ...
30/07/2025

Bir neçə gün əvvəl Gəncədə “DNK Hospital”a müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları bildirib.

Onların sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə “DNK Hospital” klinikasının qarşısında həkimlərə etiraz etmişdilər.

Onlar bildirmişdilər ki, Ayaz vəfat edib, lakin həkimlər onun meyitini məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar.

Xəstəxana rəsmiləri isə bu iddiaları təkzib etmişdi.

Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli olub və iki övladı var.

“Qarabağ”-“Şelburn” qarşılaşması başa çatdı. “Qarabağ” hər iki oyunda qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırdı...
30/07/2025

“Qarabağ”-“Şelburn” qarşılaşması başa çatdı. “Qarabağ” hər iki oyunda qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırdı.

“Qarabağ” 44-cü dəqiqədə hesabı açır. Ceyms Norris avtoqol müəllifi olur.“QARABAĞ” 1: 0 “ŞELBRUN”
30/07/2025

“Qarabağ” 44-cü dəqiqədə hesabı açır. Ceyms Norris avtoqol müəllifi olur.

“QARABAĞ” 1: 0 “ŞELBRUN”

30/07/2025

KƏHƏRin hekayəsi başladı! 🐎

Kəhər mövsümün ilk ev oyununda, Çempionlar Liqası qarşılaşmasında – “Qarabağ” - “Şelburn” matçında

Address

Bakı şəhəri, Nərimanov Rayonu, Vladimir Mayakovski Küçəsi, 8/9. M10

Telephone

+994554900596

Website

https://t.me/qafqazinfo, https://az.m.wikipedia.org/wiki/Qafqazinfo

Alerts

Be the first to know and let us send you an email when Qafqazinfo.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qafqazinfo.az:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share