EL TV

EL TV EL Regional TV Company, is an independent tv-broadcasting company which the main office located at the Yevlakh town.

Trampın polis tərəfindən çəkilən fotosu ilə 7 milyon pul qazanacaq. Bu şəkli suvenirlərin üzərinə yapışdırılacaq...  Yum...
29/08/2023

Trampın polis tərəfindən çəkilən fotosu ilə 7 milyon pul qazanacaq. Bu şəkli suvenirlərin üzərinə yapışdırılacaq... Yumurtadan yun qırxmağı, daşdan pul çıxarmağı ilə Tramp rəhmətlik babasına oxşayıb. O da çox fürsətcil kişi olub. Təkcə bir faktı deyim. Alyaskada "qızıl qızdırması" başlayanda baba Tramp da bu sahədə bəxtini sınayanlardan biri olub. Bərbərliklə qazandığı pulun bir hissəsini bu sahəyə yatırmaq istəyib. Lakin yolun yarısında başa düşüb ki, bu ağır iş onun səhhəti üçün deyil. Sərt soyuğu olan sıldırımlı bir aşırımda dayanmağa məcbur olub, lakin geri dönməyib. Bu aşırım o qədər təhlükəli idi ki, atlar yuxarıdan yıxılıb tələf olurdu, lakin şaxta sayəsində çürümürdü. Baba Tramp orada yolun yarısından qayıdan bir neçə nəfərə biznes təklifi etdi: mənim üçün tikinti materialı gətirin və yaxşı pul qazanın. Beləcə bir neçə aydan sonra qızılaxtaranlar üçün həmin ərazidə ilk hotel inşa edildi. Mehmanxana restoranı isə donmuş at cəsədlərindən qonaqlara yemək təklif edirdi...

Əlilliyi olan şəxslərin diqqətinə!“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım...
09/02/2023

Əlilliyi olan şəxslərin diqqətinə!

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir. Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir.

- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi;
- dövlət qurumlarına ünvanlanan ərizələrin, şikayətlərin və digər müraciətlərin tərtib edilməsi;
- dövlət orqanlarından və digər qurumlardan daxil olmuş rəsmi sənədlərin məzmunun izah edilməsi;
- digər növ hüquqi məsləhət xidmətlərinin göstərilməsi.

Hüquqi yardım xidməti üçün həftənin I-V günləri saat 10.00-dan 18.00-dək əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:

E-mail: [email protected]
Telefon və Whatsapp nömrələri: +994 514540529

01/02/2020

Announce

29/12/2019

"ARANDAN KƏPƏZƏ" verilişinin ANONSU: ArbAran Tv-də növbəti mövzu DAŞINMAZ ƏMLAKın İCBARİ SIĞORTASIna həsr edilmişdir. Verilişin qonaqları: ekspertlər, "Standart Sığorta" Şirkətinin Yevlax nümayəndəliyinin rəhbəri Qalib Qurbanov və "AtaSığorta" ASC Yevlax filialının direktoru Elgün Umarovdur.
Veriliş 28/12/2019-cu il tarixində, saat 19:00 da ArbKəpəz TV efirindən canlı (www.kepeztv.az/canli) yayımlanacaq.

PRESS RELEASE  23 oktyabr 2019cu il tarixdə, ARBAran TV şirkətində "Ailə-məişət (Qadın və uşaqlara qarşı şiddət) zorakıl...
24/10/2019

PRESS RELEASE
23 oktyabr 2019cu il tarixdə, ARBAran TV şirkətində "Ailə-məişət (Qadın və uşaqlara qarşı şiddət) zorakılığına son!" mövzusunda televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək İB icra etdiyi Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə dəvət edilmiş mütəxəssislər, layihə rəhbəri Əntiqə Muradova və AVK üzvü, vəkil Sevda Bəkirova ailə-məişət zorakılını doğuran hallar, buna qarşı mübarizədən danışdılar. Bildirildi ki, ailə-məişət zəminində, xüsusilə qadın və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında dövlət və cəmiyyətin əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və bülletenlər (flayer) paylandı.
Veriliş 02/11/2019-cu il tarixində, saat 19:00 da, verilişin təkrarı isə bazar günü, 03/10/2019-cu il tarixdə, saat 16:30 da ArbKəpəz TV efirindən canlı (www.kepeztv.az/canli ) yayımlanacaq.

PRESS RELIZ16 oktyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində "Ailədə uşaqların tərbiyəsi və valideyn məsuliyyəti" tel...
16/10/2019

PRESS RELIZ
16 oktyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində "Ailədə uşaqların tərbiyəsi və valideyn məsuliyyəti" televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssislər, layihə rəhbəri Əntiqə Muradova və “LOGOS” Psixoloji Nitq İnkişafı Mərkəzinin icraçı direktoru Günay Hüseynova uşaq psixologiyasının həssaslığı və ailədə düzgün tərbiyə metodlarından danışdılar. Müzakirələrdə bildirildi ki, gələcəyimiz olan uşaqların tərbiyəsi təkcə məktəblərin deyil, həmçinin ailələrin də üzərinə ciddi məsuliyyət qoyur. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylandı.
Ailələrdə uşaqların fərd deyil, şəxsiyyət kimi böyüməsi istiqamətində valideynlərə tövsiyə edilən dəyərli məsləhətlər tamaşaçılarda xüsusi maraq doğurdu. Veriliş başa çatdıqdan sonra auditoriya iştirakçıları ekspert-psixoloqun məsləhətlərini yüksək qiymətləndirdilər.
Veriliş 26/10/2019-cu il tarixində, saat 19:00 da, verilişin təkrarı isə bazar günü, 27/10/2019-cu il tarixdə, saat 16:30 da ArbKəpəz TV efirindən canlı (www.kepeztv.az/canli ) yayımlanacaq.
“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi ŞurasıYoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsi...
10/10/2019

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək İB.
PRESS RELİZ
"Uzunömürlü ailələrin sirri" mövzusunda ArbAran TV-də ictimai teledebat keçirildi.
09 oktyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində "Uzunömürlü ailələrin sirri" televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssislər, layihə rəhbəri Əntiqə Muradova və pedaqoq, ziyalı Sərdar Məmmədov milli-mənəvi dəyərlərimiz və adət ənənələrimizin ailə institutunun formalaşmasında əhəmiyyətindən danışdılar. Müzakirələrdə bildirildi ki, ailənin təməlinin düzgün qurulması onun uzunömürlü olmasına zəmin yaradır. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylandı.
Ailələrin möhkəm təməl üzərində qurulması, ailə quran tərəflərin vəzifə və öhdəliklərinin düzgün dərk edilməsi vacib şərt olaraq vurğulandı.
Veriliş 19/10/2019-cu il tarixində, saat 19:00 da, verilişin təkrarı isə 20/10/2019-cu il tarixdə, saat 16:30 da ArbKəpəz TV efirindən canlı (www.kepeztv.az/canli ) yayımlanacaq.
“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi ŞurasıYoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsi...
02/10/2019

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək İB.

PRESS RELİZ
"Ailənin təməli necə olmalıdır?" mövzusunda ArbAran TV-də ictimai teledebat keçirildi.
02 oktyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində "Ailənin təməli necə olmalıdır?" televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssislər, layihə rəhbəri Əntiqə Muradova və əməkdar müəllim Şükür Mehdiyev müasir dövrümüzdə sağlam ailə münasibətlərinin formalaşdırılmasına təsir edən amillərdən danışdılar. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylandı.
Sağlam ailə modelinin tətbiqi və bu sahədə təbliğat işinin gücləndirilməsinin vacibliyini vurğulayan Sükür müəllim, ailələrin möhkəm təməl üzərində qurulmasının həmişə Azərbaycan dövlətinin himayəsində olduğunu diqqətə çatdırdı. Auditoriya iştirakçılarından, pedaqoq S. Məmmədov ailə dəyərlərinin insanlara hələ kiçik yaşlarından, orta məktəb illərindən aşılanmasından danışdı.
Veriliş 12/10/2019-cu il tarixində, saat 19:00 da ArbKəpəz TV efirindən yayımlanacaq.
“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin mətbuat xidməti

PRESS RELEASE"Boşanmaların statistikası və bunu doğuran səbəblər" mövzusunda ArbAran TV-də təşkil edilmiş ictimai telede...
26/09/2019

PRESS RELEASE
"Boşanmaların statistikası və bunu doğuran səbəblər" mövzusunda ArbAran TV-də təşkil edilmiş ictimai teledebat verilişinin
25 sentyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində "Boşanmaların statistikası və bunu doğuran səbəblər" mövzusunda televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssislər, layihə rəhbəri Əntiqə Muradova və tanınmış jurnalist, AMEA Fəlsəfə İnstitutunun dissertantı Şöhrət Eyvazov son dövrlər yeni ailə quran cütlüklərin ailə münasibətlərini düzgün tənzimləyə bilməmələri üzündən boşanma problemlərilə üzləşdiklərindən danışdılar. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylandı.
Ailə problemlərinin gərginləşməsinin son həddə boşanmalara səbəb olması, bunun qarşısının alınması üçün hansı önləyici tədbirlərin görülməsi barədə maraqlı təkliflər verildi. Auditoriya iştirakçılarının rastlaşdıqları neqativ amillərlə bağlı nümunə çəkdikləri misallar mövzu üzrə aparılan diskussiyalarda daha çox müzakirələrə səbəb oldu. Boşanmaların azaldılması üçün maarifləndirmənin əhəmiyyəti, vaxtaçırı ictimai müzakirələrin aparılmasının önəmi vurğulandı.
Veriliş 12/10/2019-cu il tarixində, saat 18:30 da ArbKəpəz TV efirindən yayımlanacaq.
“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin mətbuat xidməti

"Ailələrin dağılmasına səbəb olan neqativ amillərin təsiri" mövzusunda ArbAran TV-də təşkil edilmiş ictimai teledebat ve...
19/09/2019

"Ailələrin dağılmasına səbəb olan neqativ amillərin təsiri" mövzusunda ArbAran TV-də təşkil edilmiş ictimai teledebat verilişinin
PRESS RELEASE
18 sentyabr 2019-cu il tarixdə, ARBAran TV şirkətində " Ailə münasibətlərinin tənzimlənməsində milli və beynəlxalq qanunvericilik" mövzusunda televiziya verilişi keçirilmişdir.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə köməkliyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssis, AVK üzvü, Yevlax rayon Vəkillər Bürosunun Direktoru Fərhad Məmmədov indiki dövrdə ailələrin dağılmasına səbəb olan bir sıra faktorların təsirindən danışdı. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildirdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylandı.

Ailə problemlərinin səbəblərinin aşkar edilməsi və bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti barədə verilən təkliflər maraqla qarşılandı. Auditoriya iştirakçılarının rastlaşdıqları neqativ amillərlə bağlı nümunə çəkdikləri misallar mövzu üzrə aparılan diskussiyalara təkan vermiş oldu.
Veriliş 28/09/2019-cu il tarixində, saat 18:30 da ArbKəpəz TV efirindən yayımlanacaq.
“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin mətbuat xidməti

05/08/2019

11 sayli Ərazi Vergilər İdarəsi- e-qaimə və hesab faktura barədə mütəxəssis rəyi

30/07/2019

Agjabedi sheheri, Ekoloji Informasiya IB tedbiri/iyul2019.

Address

Yevlakh

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994223366811

Alerts

Be the first to know and let us send you an email when EL TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EL TV:

Share