Xeber Media

Xeber Media Xebermedia.info

23/07/2026
AİD Group ətrafında yeni iddialar: Nigar Fərhad və Arzu Əliyevanın saxlanılması ilə bağlı məlumat yayılıbXaricdə təhsil ...
08/07/2026

AİD Group ətrafında yeni iddialar: Nigar Fərhad və Arzu Əliyevanın saxlanılması ilə bağlı məlumat yayılıb
Xaricdə təhsil xidməti göstərən AİD Group şirkəti ilə bağlı yeni iddialar gündəmə gəlib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şirkətin SEO-su kimi təqdim edilən Nigar Fərhad və şirkətin direktoru olduğu bildirilən Arzu Əliyeva Hidayət qızı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bildirildiyinə görə, son dövrlərdə AİD Group-un fəaliyyəti ilə bağlı müxtəlif vətəndaş müraciətləri və şikayətlər yayılıb. Şikayətçilər iddia edirlər ki, xaricdə təhsil və digər xidmətlərlə bağlı şirkətə müraciət etdikdən sonra problemlərlə üzləşiblər.
Məlumata əsasən, şirkətin fəaliyyəti ilə bağlı Sabunçu, Nizami, Yasamal və Səbail rayonları üzrə ayrı-ayrı şikayətlərin olduğu iddia edilir.
Qeyd edək ki, yayılan məlumatlarla bağlı hələlik hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama verilməyib. Saxlanılma faktı və ya hər hansı hüquqi proses barədə rəsmi məlumat olmadığı üçün məsələyə yalnız iddia və yayılan məlumatlar çərçivəsində yanaşılır.
Redaksiya qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu

01/07/2026
01/07/2026
30/06/2026

Abşeron rayonunun Masazır kəndində, 6 saylı tam orta məktəbin yaxınlığında aparılan irimiqyaslı tikinti işləri ilə bağlı ciddi iddialar ortaya çıxıb. Yerli sakinlər və ərazidən daxil olan məlumatlara əsasən, sözügedən inşaatın şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı, prosesin isə müvafiq icazə və nəzarət mexanizmləri olmadan həyata keçirildiyi bildirilir.
Məlumatlarda qeyd olunur ki, Masazırın Yoncalıq adlanan ərazisində inşa edilən yeni obyektin tikintisi geniş miqyas alıb və bu işlərin arxasında dayanan şəxslərlə bağlı müxtəlif iddialar səsləndirilir. Sakinlərin sözlərinə görə, tikintinin həyata keçirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətindən müəyyən razılıqların alındığı iddia edilir.
Bununla yanaşı, bəzi məlumatlara əsasən, layihənin icrasına şəhərsalma və tikinti qaydaları çərçivəsində lazımi nəzarətin təmin olunmadığı, həmçinin Fövqəladə Hallar Nazirliyi və Şəhərsalma və Tikinti üzrə Dövlət Komitəsi tərəfindən məsələyə operativ müdaxilə edilmədiyi iddia olunur. Lakin bu iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Ən narahatedici məqamlardan biri tikintinin 6 saylı tam orta məktəbin yaxınlığında aparılmasıdır. Bu isə yerli əhali arasında təhlükəsizlik və sanitar normalarla bağlı ciddi suallar doğurur. Sakinlər hesab edirlər ki, təhsil müəssisəsinə yaxın ərazidə aparılan bu tip inşaatlar həm uşaqların təhlükəsizliyi, həm də şəhərsalma qaydaları baxımından risk yaradır.
İddialara görə, tikinti işlərinin hansı hüquqi əsasla aparıldığı, torpaq sahəsinin təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və müvafiq icazələrin mövcudluğu barədə ictimaiyyətə açıq məlumat verilmir. Bu isə şəffaflıqla bağlı narazılığı daha da artırır.
Hazırda məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyi açıqlanmayıb. Qanunvericiliyə əsasən, hər hansı tikinti fəaliyyəti şəhərsalma normalarına, təhlükəsizlik standartlarına və müvafiq icazə prosedurlarına uyğun şəkildə həyata keçirilməlidir.
Abseron Icra Hakimiyyeti

Adresse

Nuremberg

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Xeber Media erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen

Kategorie