Line Of Us

Line Of Us 📌 Batumi
🐈Torbamızda pişik var.
🌍Fərqli ölkələrdə yaşam təcrübəmizi bölüşürük.

Artıq tək deyiləm deyə, tək yolda reel seriyasını dayandırmışam indilik. Çünki bu gözəllərlə birlikdə Tiflisi kəşf ediri...
28/04/2026

Artıq tək deyiləm deyə, tək yolda reel seriyasını dayandırmışam indilik. Çünki bu gözəllərlə birlikdə Tiflisi kəşf edirik.

Və qızlarla gəzməyin müsbət tərəflərindən biri - bolca şəkil çəkdirmək. Ayrı vaxt şəkil yadıma düşmür 😅

Tiflisdəki birlikdə keçirdiyimiz ilk günümüz.. Hələ günlük addım sayına baxın.. 😁 10.000+ adıyla gəliblər əslində 🤭

22/04/2026

Həmişə birlikdə getmişik, yükü paylaşanda daha asan olub. Keçən il 2 həftə tək yola çıxdım. Onda bu qədər həyəcanlanmamışdım. Bu dəfəki həyəcanımı ifadə edə bilmərəm.
Bu dəfə həm tək çıxıram, həm daha uzun müddəti əhatə edir, həm plan genişdi, həm də əlavə məsuliyyətlərim var. Gedəcəyim yerlərin çoxu təkrar getdiklərimdi. Amma təkrarlar belə bu qədər həyəcanlandırırsa..

Sizə maraqlı olacaqsa, bu challenge-i başladım. Yoxsa, hər gün zatən mənim üçün challenge-dir 🤭

İlaxır çərşənbəmiz mübarək! 🌸Bol ruzi-bərəkət, sağlamlıq, həyatı dolu-dolu yaşaya biləcəyiniz əhval, imkan və fürsətlər ...
17/03/2026

İlaxır çərşənbəmiz mübarək! 🌸

Bol ruzi-bərəkət, sağlamlıq, həyatı dolu-dolu yaşaya biləcəyiniz əhval, imkan və fürsətlər arzu edirəm. Hər şey könlümüzcə olsun. Bahar bizə gözəlliklər gətirsin 😇

30 ilin son 10 ilini şüurlu şəkildə, öz istəklərimlə yaşamışam. Amma sözün əsl mənasında yaşamaqdan söhbət gedirsə, son ...
13/03/2026

30 ilin son 10 ilini şüurlu şəkildə, öz istəklərimlə yaşamışam. Amma sözün əsl mənasında yaşamaqdan söhbət gedirsə, son 5 ildir yaşamağa çalışıram. Özümü, istəklərimi, məni nəyin xoşbəxt etdiyini bilərək…

Yaşamaq asan deyil. Mən maddi olaraq yaşamaqdan bəhs etmirəm. Özün olaraq yaşamaqdan bəhs edirəm. İstər-istəməz bullinqə məruz qalırıq, gprünüşümüz, geyimimiz, şəxsi həyatımız müzakirəyə çevrilir. Tanıdığımız və ya tanımadığımız şəxslər tərəfindən manipulyasiyaya məruz qalırıq. Bütün o təsir və təzyiqlərə rəğmən öz istəklərini başa düşmək və uzaqlaşmamağa çalışmaq çox çətindi.

Həə, bir də müqayisələr var.. istəsən belə bəzən adam özünü kiminləsə müqayisə edərkən tapır. Bax, həyatımızdakı bütün gözəlliklər və hüzur o müqayisələr nəticəsində bizdən uzaqlaşıb gedir.
Standart olan həyatların içində standartlardan uzaq qalmağa çalışanlar bəlkə anlayar məni..

Bu tərəfdən yaşamağa çalışmaq zatən çətindi. Bir tərəfdən də bilirsiz nə var?? Tam olaraq özünü tapa bilməmək. Çox qəribədi, bəzən nə istədiyini bilirsən, bəzən yox. Bəzən əminsən, bəzən şübhəli..

Ümid edirəm 30-lar mənə tam olaraq nə ilə məşğul ol aq istədiyimi və özümü tapa biləcəyim sahəni gətirər…

Amma hər bir halda, keçən 30 ildə, ən çox da son 5 ildə öyrənmişəm ki, xoşbəxt hiss etməyim üçün gözləntilərimi 0-da tutmalıyam. Əksi üzür və təsirə salır.

Təkcə özüm üçün yox, hamımız üçün deyirəm, xoşbəxt hiss edəcəyimiz mühitdə, özü ilə qarşılaçmıı, barışmış və qəbul etmiş insanların əhatəsində olmaq diləyi ilə..

Bu dəfə izmirdə dolu-dolu gəzib bolca əylənəcəyik. ☘️ Öncəliklə deyim ki, burda məqsədim qazanc yox, özümə yol yoldaşı t...
09/03/2026

Bu dəfə izmirdə dolu-dolu gəzib bolca əylənəcəyik.

☘️ Öncəliklə deyim ki, burda məqsədim qazanc yox, özümə yol yoldaşı tapıb xoş zaman keçirməkdi. Ona görə maraqlanan hər kəslə yox, sadəcə seçilmiş 5 nəfərlə yola çıxacam.
O şanslı 5 nəfərdən biri olmaq üçün tələsin.

📅 Tarix
10 – 17 May (7 gecə / 8 gün)

💰 Qiymət
700 USD

Qiymətə daxildir:
✈️ Gediş-dönüş aviabilet (10 kq kabin baqajı, AZAL) (Qiymət gediş 251 manat, qayıdış 191 manat olaraq hesablanıb) qiymətdə fərq yaranarsa əlavə hesablanacaq.)
🏨 Oteldə yerləşmə (2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb)
🥐 Səhər yeməyi
🚌 İzmir – Çeşme – İzmir transferi
🍇 Şirince daxili turla
🛡 Səyahət sığortası
🗺 Planın hazırlanması və təşkili
👩🏻‍💼 Qrup rəhbərliyi – Mən, Mənsurə

Qiymətə daxil deyil:
Qidalanma
Şəxsi xərclər
Əlavə əyləncə və ekskursiyalar (əlavə turlar, ödənişli məkanlara giriş bileti)
Qiymətə daxil olan nəqliyyat ödənişindən əlavə nəqliyyat (metro, izban, tramvay, avtobus, taxi)

🔎 Bu səyahət kimlər üçündür?
• Aktiv və enerjili səyahət sevənlər
• Gündə ortalama 10.000+ addım atmağa hazır olanlar
• Planlı, amma axına uyğunlaşa bilənlər
• Macəra ruhlu və minimal komfortla rahat olanlar

🚫 Bu səyahət kimlər üçün uyğun deyil?
• Taksi ilə hərəkət etməyi üstün tutanlar
• Passiv, istirahət yönümlü tətil istəyənlər
• Saat-saat dəyişməz plan gözləyənlər
• Qrup enerjisinə adaptasiya olmaqda çətinlik çəkənlər

Haraları gəzəcəyik?
📍 Çeşme marina və mərkəzgedə
📍 Alaçatının rəngli küçələri və köhnə dəyirmanları
📍 Foçanın sakit tarixi ab-havası
📍 Şirincenin daş küçələri və şərab dequstasiyası
📍 Qrup qərarı ilə Efes və ya Domatia kəndi
📍 Gün batımı meydanları və gecə gəzintiləri
📍 İzmir çarşısında qəhvə falı ritualı ☕

Ətraflı plan isə yalnız seçilən iştirakçılarla paylaşılacaq ✨

Gedək??

8 mart dump olsun 😁 Bütün çiçəklərin bayramı mübarək! 🌸
08/03/2026

8 mart dump olsun 😁

Bütün çiçəklərin bayramı mübarək! 🌸

Sizə danışım woman bazaardan.. Mən Nilufərin mübarizə əzminə heyranam. Gördüyü işi o qədər ürəklə, həvəslə edir ki.. və ...
01/03/2026

Sizə danışım woman bazaardan..

Mən Nilufərin mübarizə əzminə heyranam. Gördüyü işi o qədər ürəklə, həvəslə edir ki.. və ortaya kimi brend çıxır. Bu gün əslində ona dəstək məqsədilə getmişdik.

Almaz xanımla da tanış oldum, hətta sənətin sirrlərini göstərdiyi, öyrətdi. Minnətdaram ❤️

Leyla xanım da sahibkar xanımları ziyarətə və onlara dəstək olmağa gəlmişdi. Necə oldu bilmədim, ortaya bu günü xatırladacaq bir şəkil çıxdı 😌

🇬🇪 Gürcüstana Qız-Qıza Səyahət | 25 Aprel – 3 May9 gün boyunca dolu-dolu gəzib, yeni xatirələr yaradıb, qız-qıza əylənəc...
21/02/2026

🇬🇪 Gürcüstana Qız-Qıza Səyahət | 25 Aprel – 3 May
9 gün boyunca dolu-dolu gəzib, yeni xatirələr yaradıb, qız-qıza əylənəcəyik 🤩

Bu səfərin məqsədi qazanc deyil — özümə uyğun yol yoldaşları tapmaq və enerjili bir qrup ilə Gürcüstanı birlikdə yaşamaqdır.
Maraqlanan hər kəslə deyil, yalnız seçilmiş 4 nəfərlə yola çıxacam.

📅 Tarix:
25 aprel – 3 may (8 gecə / 9 gün)
💰Qiymət:
500 USD / 1 nəfər

✅ Qiymətə daxildir:
✈️ Gediş-dönüş aviabilet (10 kq kabin baqajı, AZAL)
🏡 Apartda gecələmə (paylaşılmış otaqlar)
🚆 Tiflisdən Batumiyə qatar bileti
🛡 Səyahət sığortası
🗺 Günlük planın hazırlanması və təşkil
👩🏻‍💼 Qrup rəhbərliyi – Mən, Mənsurə
(Qeyd: Aviabilet qiymətində dəyişiklik olarsa fərq əlavə hesablanacaq.)

❌ Qiymətə daxil deyil:
• Qidalanma
• Şəxsi xərclər
• Əlavə ekskursiyalar və ödənişli məkanlara giriş
• Şəhərdaxili nəqliyyat

🗺 Haraları gəzəcəyik?
9 gün ərzində:
📍 Tbilisinin tarixi küçələri və panoramik mənzərələri
📍 Kanatla şəhərə yuxarıdan baxış
📍 Köhnə şəhər ab-havası, balkonlar və gizli kafe-lər
📍 Batuminin dəniz bulvarı və ikonik heykəlləri
📍 Şəlalə və təbiət qaçışı
📍 Şərab dadımı və lokal ləzzətlər
📍 Gün batımında meydanlar və gecə gəzintiləri
Ətraflı plan isə yalnız seçilən iştirakçılarla paylaşılacaq ✨

🔎 Bu səyahət kimlər üçündür?
• Aktiv və enerjili səyahət sevənlər
• Gündə ortalama 10.000+ addım atmağa hazır olanlar
• Yeni insanlarla eyni evdə qalmağa komfortlu yanaşanlar
• Planlı, amma axına uyğunlaşa bilənlər
• Macəra ruhlu və minimal komfortla rahat olanlar

🚫 Bu səyahət kimlər üçün uyğun deyil?
• Otel komfortu və yüksək şəxsi məkan gözləntisi olanlar
• Taksi ilə hərəkət etməyi üstün tutanlar
• Passiv istirahət yönümlü tətil istəyənlər
• Saat-saat dəyişməz plan gözləyənlər
• Qrup enerjisinə adaptasiya olmaqda çətinlik çəkənlər

📩 Qoşulmaq istəyirsənsə, DM yaz.
Seçim öncəsi qısa online görüş olacaq.

Bizim şəkər qız bizə elə həyat dərsləri verib ki.. yazdıqlarımız sadələri idi, düşünün indi 😁Ən böyüyü bilirsiz hansıdı?...
13/02/2026

Bizim şəkər qız bizə elə həyat dərsləri verib ki.. yazdıqlarımız sadələri idi, düşünün indi 😁

Ən böyüyü bilirsiz hansıdı? Xəstələnəndə bizə öyrətdi ki, zaman o qədər qısadı ki.. əgər sevirsənsə, 1 saniyə onunla vaxt keçirmək belə dünyalara bərabərdi 🥹

Ağrısız, acısız, uzun ömür arzu edirəm ki, həmişə xoş enerjisi bizimlə olsun. Yaxşı ki var, yaxşı ki bizimlədi 🥹😇

İldə, ayda bir dəfə 1-2 dənə qəşəng şəkil çəkmişəm 😅 onu da paylaşmamayaqmı??!
05/02/2026

İldə, ayda bir dəfə 1-2 dənə qəşəng şəkil çəkmişəm 😅 onu da paylaşmamayaqmı??!

Address

Tbilisi

Alerts

Be the first to know and let us send you an email when Line Of Us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share