Kanal20.Az

Kanal20.Az Dəqiq, qərəzsiz və vicdanla. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin, işıqlandıraq.

Müğənni Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edilib.Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan da...
16/08/2025

Müğənni Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edilib.

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

"O olmasın, bu olsun"da hambal rolu ilə yadda qalan Əhməd Rumlunun (1902-1982) doğum günüdür. Həyatda çox sakit, özünü g...
13/08/2025

"O olmasın, bu olsun"da hambal rolu ilə yadda qalan Əhməd Rumlunun (1902-1982) doğum günüdür. Həyatda çox sakit, özünü gözə soxmayan qəzəlxanın ilk filmi məhz "O olmasın, bu olsun" ilə başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da, bəyənmir. Ə.Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Əhməd Rumlunu H.Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan Hambal rolu qəzəlxanın həyatını dəyişir, aktyorluq keyfiyyətlərini üzə çıxarır. Bundan sonra 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu" bədii filmlərində rol alır. Amma qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əhməd Əhmədovun 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlayıb Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. "Humay" poemasını qələmə aldı. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Deyilənə görə, şair-qəzəlxanın yüzlərlə qəzəli mövcuddur.

Bu fotoya bir şərh verin…😉
12/08/2025

Bu fotoya bir şərh verin…😉

Şuşa 1987-2025-ci il. Aradan 38 il keçdi…
12/08/2025

Şuşa 1987-2025-ci il. Aradan 38 il keçdi…

Elə bilirsiniz bütün canlılar ovlarını dərhal öldürmək istəyir? Xeyr. Məsələn, eşşək arısı ovunu öldürməyə tələsmir. Bu ...
12/08/2025

Elə bilirsiniz bütün canlılar ovlarını dərhal öldürmək istəyir? Xeyr. Məsələn, eşşək arısı ovunu öldürməyə tələsmir. Bu zərif və ölümcül yırtıcı sürətli ölümə deyil, tam itaətə üstünlük verir.

O, ideal qurbanı – çəyirtkəni tapana qədər yerdə səssizcə dolaşır. Sonra isə cərrahi dəqiqliklə hücum edib, çəyirtkəni öldürmür, ona iflic edən bir zəhər yeridir. O andan ovunun bədəni donur, amma şüur qalır. Çəyirtkə sağdır, lakin öz bədənində əsir düşüb.

Bu dəhşətli səhnənin bir məqsədi var: eşşək arısı ovunu yuvasına sürüyür və üstünə bir yumurta qoyur. Axı balası çıxanda ona təzə qida lazımdır. Hələ də yaşayan bir çəyirtkədən daha təzə nə ola bilər?!

Təəccübləndirici həqiqət: bu arının zəhəri o qədər dəqiq işləyir ki, yalnız hərəkəti idarə edən sinirləri sıradan çıxarır, hiss və həyat isə olduğu kimi qalır. Bu, həm valehedici, həm də qorxulu bir bioloji mühəndislik nümunəsidir.

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz i*şgə...
02/08/2025

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz i*şgəncələr verib.
Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Kənan, guya, tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda i*şgəncələr verib.

Uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bı*çağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə da*mğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil… Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə dö*yüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq ö*ldürəcəyi ilə qorxudub.
Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.

Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.

Məhkəmənin hökmü ilə Kənan Abdullayevə 4 il həbs verilib.

Şəhidimiz Mikayılov Azər Əmrah oğlunun bu gün doğum günüdür. Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub...
01/08/2025

Şəhidimiz Mikayılov Azər Əmrah oğlunun bu gün doğum günüdür. Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hörmətlə anırıq! 🇦🇿🥀

Xarici görünüşcə bəzi kişilər xarizmatik, diqqətli və səxavətli təsiri bağışlaya bilər. Lakin zaman keçdikcə münasibətlə...
31/07/2025

Xarici görünüşcə bəzi kişilər xarizmatik, diqqətli və səxavətli təsiri bağışlaya bilər. Lakin zaman keçdikcə münasibətlər xaosa, manipulyasiyaya və emosional tükənmişliyə çevrilir. Belə kişilər arxalarında sındırılmış qəlblər və məhv olmuş şəxsiyyətlər qoyurlar.

Kanal20.az xarici mediaya istinadən psixoloji baxımdan qadınların həyatını pozmağa meyilli olan təhlükəli kişi tiplərini açıqlayır.

1. Mələk sifətli narsist

İlk mərhələdə sizi iltifatlara qərq edir, amma zamanla özünə sitayiş tələb etməyə başlayır. Söhbətlərin mərkəzi yalnız o olur. Ən əsas xüsusiyyəti isə heç vaxt günahını qəbul etmir. Mübahisədən sonra elə davranır ki, guya heç nə olmayıb.

2. Aşağı özünəqiymətli kişi

Bu kişini tanımaq çətindir, zaman tələb edir. O, daima təsdiq axtarır, çox vaxt sizi günah hissi ilə manipulyasiya edir. Zamanla sizin sosial çevrənizi və karyera imkanlarınızı məhdudlaşdırır, çünki sizi özündən üstün görmək istəmir.

3. Əbədi qurban

Onun həyatı daim dramla doludur: ana başa düşməyib, rəhbər təzyiq göstərib, siz isə “yenə dəstək olmamısınız”. Bu tip sizi emosional olaraq tükəndirir və tezliklə özünüzü günahkar hiss etdirir. Ayrıldıqdan sonra belə sizi bütün problemlərində ittiham edir.

4. İntellektual nəzarətçi

Qışqırmır, amma xahiş edir: “bunu geyinmə”, “onunla getmə”, “çox gülmə”.
Onun nəzarəti “qayğı” adı altında verilir. Telefonu yoxlayır, addımlarınızı izləyir, qısqanclığını “sevgi” ilə əsaslandırır.

5. Vaxtınızı boşa sərf edən kişi

O, sizin üçün dəyişməyə, keçmişi bağlamağa və gələcəklə bağlı məsuliyyət daşımağa hazır deyil. Sizi müəyyən olunmamış vəziyyətdə saxlayır, “isti-soyuq” oyunu oynayır və gələcək barədə danışmaqdan yayınır.

6. Kamuflyajlı manipulyator

Hər şeyə uyğunlaşır, amma bu elastiklik yox, oyundur. Ona nəsə sərf etməyəndə maskasını çıxarır və ya yox olur. Bu tip insanla həqiqi kim olduğunu bilmirsiniz, çünki obraz yaradır və ani şəkildə yoxa çıxır.

7. Alçaldan kişi

Bu kişilər birbaşa deyil, gizli şəkildə təhqir edir: sarkazm, hisslərinizi kiçiltmək (“sən çox emosionalsan”) və ya gaslighting (“sən hər şeyi uydurmusan”).

Bu emosional zorakılıq formasıdır və özünə inamı məhv edir, sizi özünüzə nifrət etməyə gətirib çıxarır.

8. Soyuq və riyazi “ağıllı”

Zəka və xarizma ilə seçilir, amma emosional olaraq tam uzaqdır. Sizinlə emosional bağ qura bilmir.
Sizi “çox həssassan” deməklə öz davranışlarına haqq qazandırır, konfliktləri hisssiz analizlə cavablandırır.

9. Qadını maddi maraqda ittiham edən kişi

Öz maddi güvənsizliyi səbəbindən qadını pul üçün münasibət qurmaqda ittiham edir.

Sizi yoxlayır, xərclərinizi sorğulayır, qazancınızı mütəmadi izləyir və etibar etməyərək hər şeyi bərabərləşdirməyə çalışır.

10. Anı yaşayan sehrbaz

Sizi güldürür, macəralar və romantik axşamlarla valeh edir. Amma gələcəklə bağlı danışanda yoxa çıxır – “özünü axtarır”, “hazır deyil”.
Fiziki və emosional yaxınlığı yalnız özünə sərf edən zaman qurur.

11. Avtoritar “ata” tipi

Sizi partnyor yox, tərbiyələndirilməsi gərəkən uşaq kimi görür. O “necə lazımdır” deyə bilir və sizə öz seçim haqqınızı tanımır.
Sizin ideyalarınızı, məqsədlərinizi və hisslərinizi kiçildir və idarə edir.

12. Onun həyatında sizin yeriniz yoxdur

Sizi ailəsi, dostları ilə tanış etmir, gələcəklə bağlı planlara daxil etmir. Görüşlər boş vaxtına və ya hobbidən sonra planlanır – siz ikinci, bəlkə də on ikinci plandasınız.

13. Qadını mülkiyyət kimi görən kişi

Bu kişi düşünür ki, qadın kişi üçündür və onu idarə etməlidir.
Hər addımınıza nəzarət edir, müstəqillik cəhdinizi cəzalandırır, hətta fiziki zorakılığa əl atır.

Bir çox qadın yalnızlıq qorxusuna və ya dəyişəcəyinə olan ümidə görə bu tiplərə dözür. Amma həqiqət budur ki, toksik kişi dəyişməyəcək, istisna ancaq uzunmüddətli terapiya ilə mümkündür.

Sizin həyatınız reabilitasiya mərkəzi deyil. Özünüzü sevin, siqnalları vaxtında görün və "xeyr" deməkdən qorxmayın.

Sankt-Peterburqda mənzil kirayələdik. İkinci gün qapımız döyüldü. Kübar görkəmli yaşlı qadın dedi:-Şəhərimizə xoş gəlmis...
31/07/2025

Sankt-Peterburqda mənzil kirayələdik. İkinci gün qapımız döyüldü. Kübar görkəmli yaşlı qadın dedi:
-Şəhərimizə xoş gəlmisiz. Yəqin ki, bu mənzili kirayə götürmüsüz.
-Bəli.
-Onda sizə plastik halqalar verim, stulların ayağına keçirin. Parketi cızarsız, ev yiyəsi sizi danlayar. Ölkənizə gedəndə, qaytararsız.
Bu hadisə 2003-cü ildə baş vermişdi. Hələ də o dialoqu unuda bilmirəm. Əslində, həmin qadın bizim parketi cızacağımızın qeydinə qalmırdı, öz qeydinə qalırdı, biz stulları çəkdikcə səs çıxır, o da aşağıda yata bilmirmiş. Amma bunu necə mədəni etmişdi.
Üstündən illər keçdi, indi stulun ayağına keçirməyə belə rahat əşya istehsal ediblər, mıxı da hazır üstündədir. Biri 12 qəpikdir. Yalnız bircə çəkic zərbəsi ilə aşağıdakı qonşuya rahatlıq bəxş edə bilərsiz. Əgər yuxarıdakı qonşu sizi narahat edirsə, kübar şəkildə ona da təklif edin.

“Mən Gəncədə raketlər altında dayanmışdım” – İsrailin səfiri“Bura gələndə demək olar ki, hər görüş belə sözlərlə bitirdi...
26/07/2025

“Mən Gəncədə raketlər altında dayanmışdım”

– İsrailin səfiri

“Bura gələndə demək olar ki, hər görüş belə sözlərlə bitirdi: ‘Bir gün biz Şuşada görüşəcəyik’. Bu gün isə, Qarabağın azadlığı sayəsində, hər bir azərbaycanlı yenidən Qarabağ torpağında – Şuşadan Laçına qədər – sərbəst addımlaya bilir”, – deyə Bakıdakı diplomatik missiyasını başa vuran Corc Dik xatırlayır.

Diplomat vurğulayıb ki, Şuşanı ziyarət edən ilk israilli səfir olmaq onun üçün böyük şərəfdir.

“Azərbaycanı bu tarixi nailiyyət münasibətilə təbrik edirəm. İsrail Azərbaycanın ərazi bütövlüyünü tam və sarsılmaz şəkildə dəstəkləyən azsaylı ölkələrdən biri oldu – təkcə sözlə yox, əməli şəkildə də. Mən raketlər yağarkən Gəncədə dayanmışdım”, – deyə səfir bildirib.

Dik həmçinin 7 oktyabr hadisələrindən sonra Azərbaycanın İsrailə göstərdiyi həmrəyliyi də qeyd edib — o zaman azərbaycanlılar İsrail səfirliyinə gül və şamlar gətirmişdilər.

Azərbaycan əhalisinin 64 faizi heç bir dini ayin yerinə yetirmir. Bu nəticə ilə Azərbaycan dünyanın ən dinsiz 5-ci ölkəs...
25/07/2025

Azərbaycan əhalisinin 64 faizi heç bir dini ayin yerinə yetirmir. Bu nəticə ilə Azərbaycan dünyanın ən dinsiz 5-ci ölkəsi olub.

Bəs siz hansı dinə inanırsınız?

©️ WIN/GIA

Şəhidimiz Surac Sadıqov (2001-2020). “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarıı i...
25/07/2025

Şəhidimiz Surac Sadıqov (2001-2020). “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarıı ilə təltif edilib. 🇦🇿

Adresse

Almaniya
Berlin

Öffnungszeiten

Montag 09:00 - 20:00
Dienstag 09:00 - 20:00
Mittwoch 09:00 - 20:00
Donnerstag 09:00 - 20:00
Freitag 09:00 - 20:00

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Kanal20.Az erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Kanal20.Az senden:

Teilen

Kategorie