Sahar Azeri

Sahar Azeri Ən son olayları Səhər Azəridən izləyin
Bizimlə əlaqə:
https://azeri.sahartv.ir/contact_us

04/08/2026

Ərbəin yürüşünün mesajı: “Biz meydandayıq”
Tehrandakı mərasim birlik və müqavimət çağırışı ilə keçirildi
________

İranda Ərbəin ziyarətinə qatıla bilməyən minlərlə insan Tehranda və digər şəhərlərdə keçirilən “Ərbəin yolunda qalanlar” yürüşünə qoşulub.

İranda Ərbəin ziyarətinə gedə bilməyən vətəndaşlar Tehranda İmam Hüseyn (ə) meydanından Həzrət Əbdüləzim Həsəni ziyarətgahınadək yürüş ediblər. Bildirilib ki, bu mərasim Kərbəlada keçirilən milyonlarla zəvvarın iştirak etdiyi Ərbəin yürüşünün davamı kimi qiymətləndirilir.
Tədbirdə çıxış edənlər bu ilki yürüşün əsas şüarının “Biz meydandayıq” olduğunu bildirərək, bunun birlik, müqavimət və Aşura məktəbinə sadiqliyin ifadəsi olduğunu qeyd ediblər.
Çıxışlarda Ərbəinin İmam Hüseynin (ə) qiyamının davamı olduğu vurğulanıb, müsəlmanların həmrəyliyinin gücləndiyi bildirilib. Natiqlər həmçinin ABŞ və sionist İsraili tənqid edərək onların bölgədə uğursuzluğa düçar olacağını qeyd edib, İranın İslam dünyasında mühüm rol oynamağa davam edəcəyini bildiriblər.

04/08/2026

Ağa imam Hüseynə sevgidir ki bizi belə birləşdirir... 🌏❤️

Foreign Policy-dən Vaşinqtona xəbərdarlıq: İrana təzyiq nəticə vermirــــــــABŞ-ın Foreign Policy jurnalı Tramp adminis...
04/08/2026

Foreign Policy-dən Vaşinqtona xəbərdarlıq:
İrana təzyiq nəticə vermir
ــــــــ

ABŞ-ın Foreign Policy jurnalı Tramp administrasiyasını İrana qarşı siyasətini yenidən nəzərdən keçirməyə çağıraraq bildirir ki, uzun illərdir tətbiq olunan təzyiq və sanksiyalar Tehranı geri çəkilməyə məcbur etməyib.

ABŞ-ın nüfuzlu Foreign Policy jurnalında dərc olunan təhlildə Tramp administrasiyasının İrana qarşı strategiyası tənqid olunub. Məqalədə qeyd edilir ki, Vaşinqton uzunmüddətli və baha başa gələn qarşıdurmaya yanlış hesablamalarla daxil olub və müharibə uzandıqca ABŞ-ın siyasi və hərbi üstünlükləri zəifləyir.
Nəşrin yazdığına görə, ABŞ-ın danışıqlardakı təsir imkanları müharibənin gedişində azalır, daxili siyasi təzyiqlər isə artır. Təhlildə həmçinin Yəməndən Səudiyyə Ərəbistanının neft ixracına yönələn hücumların qlobal iqtisadi riskləri dərinləşdirdiyi və ABŞ-ın beynəlxalq nüfuzuna mənfi təsir göstərdiyi vurğulanır.
Foreign Policy hesab edir ki, Vaşinqtonda İrana təzyiqlə istənilən nəticəni əldə etməyin mümkün olduğu barədə formalaşmış təsəvvür reallığı əks etdirmir.
Məqalədə bildirilir ki, 47 ildir davam edən təzyiq siyasəti İranı ABŞ-ın istədiyi güzəştlərə məcbur edə bilməyib.

Süveyş Kanalı - 1956: Britaniya İmperiyasının sonu.Hörmüz Boğazı - 2026: Amerika İmperiyasının sonu.
04/08/2026

Süveyş Kanalı - 1956:
Britaniya İmperiyasının sonu.

Hörmüz Boğazı - 2026:
Amerika İmperiyasının sonu.

04/08/2026

Bu gün Ərbəindir 🏴
Beynül-Hərəmeyn Ərbəin gününün sübh çağlarında...

04/08/2026

İranın Xarici işlər Naziri Ərbəin gecəsi möhtəşəm Ərbəin yürüşünə qatılıb.

03/08/2026

Ərbəin yürüşündə iştirak azərbaycanlı zəvvarın şəh!d Rəhbərə sevgisi

Ermənistan Baş nazirindən kilsəyə sərt mesaj;Paşinyan II Qaregini tanımadığını açıqladı_________Ermənistanın Baş naziri ...
03/08/2026

Ermənistan Baş nazirindən kilsəyə sərt mesaj;
Paşinyan II Qaregini tanımadığını açıqladı
_________

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini rəhbərliyi ilə gərginliyi daha da artıran bəyanat verərək, II Qaregini bütün ermənilərin katolikosu kimi qəbul etmədiyini bildirib.
Nikol Paşinyan jurnalistlərlə görüşdə çıxışı zamanı bu fikri söyləyib. Baş nazir bildirib ki, o, bu statusu daşıyan şəxsi legitim dini rəhbər hesab etmir. Bu açıqlama son aylarda hökumətlə Erməni Apostol Kilsəsi arasında dərinləşən fikir ayrılıqlarının növbəti təzahürü kimi qiymətləndirilir.
Paşinyanla II Qaregin arasında münasibətlər uzun müddətdir gərgindir və tərəflər bir-birini siyasi proseslərə müdaxilədə ittiham edirlər.
Bu bəyanatın Ermənistanın daxili siyasi və dini gündəmində yeni müzakirələrə səbəb olacağı gözlənilir.

03/08/2026

İİR-nın Xarici İşlər Naziri Seyid Abbas Əraqçi Nəcəfdədir

İran Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ ilə heç bir danışıqlar aparılmır______İran Xarici İşlər Nazirliyinin sözçüsü...
03/08/2026

İran Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ ilə heç bir danışıqlar aparılmır
______

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “ABŞ ilə heç bir danışıqlar aparılmır. Əraqçi Ərbəyin ziyarəti üçün bu gün İraqa gedir, danışıqlar heyətinin digər üzvləri isə Tehrandadırlar.

İsmayıl Bəqayi həftəlik mətbuat konfransında ABŞ prezidentinin bu gündən etibarən İran və ABŞ arasında danışıqların başlayacağına dair iddiası ilə bağlı sualın cavabında bildirib ki cənab Əraqçi bu gün Ərbəin ziyarəti ilə bağlı səfərə yollanır. Bu, hər il həyata keçirilən şəxsi səfərdir. Danışıqlar aparan qrupun bütün digər üzvləri isə İrandadır. Hazırda Oman ilə apardığımız danışıqlar Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsinə yönəlib. Məqsədimiz Omanla əməkdaşlıq çərçivəsində mümkün qədər tez müvəqqəti marşrut müəyyən etmək və bu marşrut əsasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir”.

Bəqayi əlavə edib: “ABŞ tərəfindən düşmənçilik və mühasirə davam etdiyi müddətdə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək”.

Address

Tehran

Alerts

Be the first to know and let us send you an email when Sahar Azeri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahar Azeri:

Shortcuts

Share

Category