06/08/2022
Şüphəsizdir ki, indiki Azərbaycan torpaqları zəngin tarixi irsə malikdir. Bu ərazilərdə müxtəlif xalqarın nümayəndələri yaşadığı kimi, müxtəlif dinə mənsub sakinlər, fərqli dinlərin də daşıyıcıları olmuşdur. Zəngin tarixin, zəngin mədəniyyətin də əsasənı məhz elə bu təşkil edir.
Zərdüştlərin ən geniş yaşadığı və yayıldığı ərazilərdən biri Talış bölgəsidir. Bu dinin daşıyıcılarının müqəddəs kitabı hesab olunan Avestada "peşdad" sözü keçir. Alimlər bu sözün mənasını "qanun çıxaran", "peşdad xanədanı" kimi açıqlayırlar.
Astaranın ən qədim yaşayış məskənlərindən biri olan Koraoba kəndində isə "Peşdadu" adlı pir var. Ehtimal olunur ki, bu pir kənddə yerləşən 3 ədəd Koraoba kurqanlarının birinin üzərindədir. Lakin talış dilindən pirin adı "peşt" - bel, "dad" isə dad, əlac kimi tərcümə olunub, "bel dadı, bel əlacı" mənasını verir. İndiyədək insanlar, pir hesab etdikləri bəzi daşların üzərinə əyləşib, bel nahiyələrini daşlara söykəməklə özlərinə şəfa tapdıqlarına inanırlar.
Avestadakı "peşdad" sözü ilə Astaradakı "Peşdadu piri" arasında hər hansı əlaqənin olub olmaması barədə araşdırmalara davam edib növbəti yazılarda sizlərə təqdim edəcəyik.
©Talysh News