MİLLİ SHOW

MİLLİ SHOW ⚠️ Ölkənin 1 nömrəli şou kanalı! 💪

04/08/2026

Vəfa Şərifova Əməkdar artist Gülüstan Əliyeva ilə bir arada!

02/08/2026

Könül Kərimova Qaxda illər sonra 7-ci sinif rəfiqəsi ilə görüşdü – göz yaşlarını saxlaya bilmədi

Əməkdar artist Könül Kərimova Qaxda keçirilən “Qax Günləri” tədbirində duyğulu anlar yaşayıb.

Müğənni 7-ci sinifdə oxuduğu dövrdən bəri görmədiyi rəfiqəsi Gülüşlə illər sonra yenidən qarşılaşıb. Bu görüş zamanı hisslərinə hakim ola bilməyən sənətçi uşaqlıq xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyib.

Könül Kərimova həmin anları belə xatırlayıb:

“Uşaq vaxtı Gülüş bizim evimizdə kirayədə yaşayırdı. Amma bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Xahiş edirəm, heç kim yanlış başa düşməsin. Biz keyfimizdən kirayə saxlamırdıq. Kasıbçılıq idi. Evimizin yanında balaca bir ev tikmişdik və onu kirayəyə verirdik ki, ailəmizə əlavə gəlir olsun.”

Sənətçi uşaqlıq illərinin çətinliklərindən və həmin dövrə aid unudulmaz xatirələrindən danışarkən kövrəlib, göz yaşlarına hakim ola bilmədi

02/08/2026

Tanınmış aparıcı Aysel Ömər cərimələrindən gileyləndi: "440 manat cərimə nə deməkdir?!"

Fürsətdən istifadə edib, bugün ad günü olan yaxınlarınızı elə bu postun altında təbrik edin. 🎂
01/08/2026

Fürsətdən istifadə edib, bugün ad günü olan yaxınlarınızı elə bu postun altında təbrik edin. 🎂

31/07/2026

Sadiq Məmmədov “Kimə Nə?” klipini təqdim etdi: “Bu mahnı yayın hiti olacaq”

Müğənni Sadiq Məmmədov dinləyicilərini yeni musiqi layihəsi ilə sevindirib. İfaçı bu dəfə “Kimə Nə?” adlı mahnısına çəkdirdiyi klipi təqdim edərək izləyicilərinin ixtiyarına verib.

Sənətçinin sözlərinə görə, “Kimə Nə?” bu yay mövsümünün ən çox sevilən və dinlənilən mahnılarından birinə çevriləcək. Mahnının sözləri meyxanaçı Baləliyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur.

Mahnıya ekran həyatı verən klipin rejissoru Roman Yaşardır. Müasir üslubda və rəngarəng görüntülərlə ərsəyə gətirilən ekran işi bu gündən etibarən Sadiq Məmmədovun rəsmi YouTube kanalında yayımlanıb.

İfaçı yeni işinin qısa zamanda geniş auditoriyanın rəğbətini qazanacağına və yay mövsümünün hitlərindən birinə çevriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, “Kimə Nə?” mahnısının rəsmi klipi artıq Sadiq Məmmədovun YouTube kanalında izləyicilərin ixtiyarındadır.

26/07/2026

Heç bir münaqişədə körpə uşaqları alət eləmək olmaz! İstənilən halda uşaqlar toxunulmaz olmalıdır!

25/07/2026

Rəqsanə işçi axtarır. Şərtlərini açıqladı!

Vado Korovin: “Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlə...
25/07/2026

Vado Korovin: “Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə təhvil almışdıq. Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti üzə çıxır. Rəhbər ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirilməlidir.

Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi və ya hansısa rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu gün demək olar ki, bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların əhəmiyyətli hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara keçib. Nəticədə televiziya reklamlarının həcmi ciddi şəkildə azalıb və bu, əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəbdən kanal kredit öhdəliklərini ödəməkdə çətinlik çəkirdi.

Artıq ikinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan kanalı qəbul edib onu ikinci pilləyə yüksəltmək, reytinqlərini dörd dəfə artırmaq isə tamamilə fərqli idarəetmə vəzifəsidir. İstənilən rəhbərin fəaliyyəti də məhz bu meyarla qiymətləndirilməlidir.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilirdi. Kanal öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.

Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük həcmli kommersiya müqaviləsi imzalanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratdı və bu gün də yaratmağa davam edir. Hətta hazırkı rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi maaş ödənişləri də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olub.

Xüsusilə, mənim rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etmədiyi ilə bağlı səsləndirilən iddialar təəccüb doğurur. Bu, həqiqəti əks etdirmir. Mənim fəaliyyətim dövründə Space TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib. Xüsusilə aşağıdakı avadanlıqlar və texniki vasitələr alınıb:

8 robotlaşdırılmış televiziya kamerası;

3 yeni studiya kamerası; bütün studiyalar üçün yeni televiziya pultları;

mikrofon bazası tam yenilənib;

yeni kompüterlər və istehsalat avadanlıqları;

televiziya studiyaları modernləşdirilib;

efir və istehsalat avadanlıqları yenilənib;

yeni xidməti avtomobillər alınıb.

Bu isə görülən işlərin tam siyahısı deyil.

Bütün satınalmalar rəsmi qaydada həyata keçirilib. Müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və bütün mühasibat sənədləri televiziya kanalının arxivində saxlanılır. Görülmüş işlərlə bağlı bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib olunmuş aktda da öz əksini tapıb. Buna görə də bu cür iddiaları yoxlamaq olduqca asandır. Bunun üçün sadəcə müvafiq sənədlərə baxmaq kifayətdir.

Hazırkı rəhbərliyin otaqlarda aparılan təmir işlərini əsas nailiyyət kimi təqdim etməsi təəccüb doğurur. Kosmetik təmir işləri onların rəhbərliyi dövründə həyata keçirilib və əsas investisiyalar kanalın texniki inkişafına yönəldilib.

Ayaz Mustafayevin səsləndirdiyi bütün ittihamlar isə sadəcə üzərinə götürməyə hazır olmadığı məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Halbuki o, bu məsuliyyəti daşımalı olduğunu bilə-bilə rəhbər vəzifəsini qəbul edib.

Eyni məntiqlə mən də məsuliyyəti kanalı bu krediti ödəməyə qadir olmadığını bilə-bilə götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O da öz növbəsində məsuliyyəti ondan əvvəlki rəhbərliyin üzərinə yönəldə bilər.

Bu gün söylədiyim hər bir fikir sənədlərlə, maliyyə hesabatları ilə, müqavilələrlə, satınalmalarla, reytinq göstəriciləri və komandamızın əldə etdiyi real nəticələrlə təsdiqlənir”.

// Qafqazinfo.Az

23/07/2026

Bloger Sevinc Hüseynova Afət Fərmanqızına dişinin dibindən çıxanı dedi

Address

Saray

Alerts

Be the first to know and let us send you an email when MİLLİ SHOW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MİLLİ SHOW:

Shortcuts

Share

Category