Ukraynalı hakerlər İran və Rusiyanın konfransına müdaxilə edib: “UTX hamınızın qapısını döyəcək”
Hakerlər “Dəyişən dünyada Rusiya-İran əməkdaşlığı” ekspert konfransının yayımını müdaxilə edərək iştirakçılarını hədələyiblər.
Hadisənin görüntüləri teleqramın ukrain seqmentində yayılıb.
“Rosatom”un dəstəyi ilə təşkil olunan konfrans aprelin 25-də keçirilib. Orada həmçinin Rusiya Dövlət Dumasının deputatı Konstantin Zasulin, İranın Rusiyadakı səfiri Kazım Cəlali, Rusiya hökumət aparatının əməkdaşları və ekspertlər iştirak ediblər.
Konfrans zamanı bir haker “Zoom” vasitəsilə gerçəkləşdirilən yayıma qoşularaq “Ukrayna tərəfini dəvət etdiklərinə, daha doğrusu, Ukrayna Təhlükəsizlik Xidmətinin bu tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara təşəkkür etmək” istədiyini bildirib.
“Narahat olmayın, UTX (Ukrayna Təhlükəsizlik Xidməti – red.) hər bir hərbi cinayətkarın və onların şəriyinin qapısını döyəcək, buna görə də hazır olun, vəsiyyət yazın, var-yoxunuzu uşaqlarınız və arvadlarınıza qoyun”, - anidən qoşulan haker deyib.
O həmçinin İranın Rusiyaya dronların çatdırılmasına “cavab verəcəyini” və hər bir konfrans iştirakçısının “Mirotvorets”ə daxil ediləcəyini və bir daha heç bir sivil ölkəyə getməyəcəyini” vəd edib.
Qeyd edək ki, “Mirotvorets” (ukraincədən tərc. “sülhməramlı”) Ukrayna əleyhinə müəyyən fəaliyyət göstərmiş şəxslərin məlumat bazasıdır. Portal əsasən qeyri-qanuni (fişinq, hakinq və s.) yolla toplanmış şəxsi məlumatlardan ibarətdir.
⁉️ Niyə qorxursunuz, danışmırsınız ? İranın agentisiniz ?
‼️SON DƏQİQƏ: Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı:
☑️ Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.
☑️ Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
☑️ Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb.
☑️ Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
☑️ Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması ü
🇦🇿 Son nəfəsinə qədər döyüşən, Milli Qəhrəman aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyev
🇦🇿 Son nəfəsinə qədər döyüşən, Milli Qəhrəman aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyev
"Heydər Əliyev İli" çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı "Konfidensial" layihəsinin növbəti buraxılışı "Port-Pəhləvi" əməliyyatına həsr olunub. "Port-Pəhləvi" əməliyyatı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş əməliyyatlardandır. Bu iş Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində hələ də "tam məxfi" qrifi altında saxlanılır. Sənədli filmə 4 aprel tarixindən etibarən DTX-nin "Youtube" kanalında baxa bilərsiniz.
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun yeni görüntüləri yayılıb.
🔴Hazırda sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolu:
✅ Azərbaycanlıların Laçın-Şuşa-Xankəndi yolunda aksiyası davam edir. Çadırlar qurulub, tonqallar qalanıb, əraziyə işıq çəkilib, etirazçılar yemək və isti içkilərlə təmin edilib. Hər şey əladır.
Azərbaycanlılar Laçın yolunu bağladılar
🚨 EKSKLÜZİV! SON DƏQİQƏ! Azərbaycan Nümayəndə Heyəti əraziyə general Volkovun gəlməsini tələb edirlər, Sülhməramlılar isə onlara mane olmağa çalışırlar
İranın Xuzestan əyalətinin İze bölgəsində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.
Motosikletlə bir neçə nəfər insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.
İndiyədək 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Vətənini satan, elə bilirsiniz onları görmək və ifşa etmək çətin şeydir? Xeyr. DTX ağzınızı cıranda da belə deyəcəksinizmi görən.