Herbi_Azerbaijan

  • Home
  • Herbi_Azerbaijan

Herbi_Azerbaijan 🚨Hərb dünyasına və hərbiyə aid olan bütün hadisə və xəbərlə bizdən öyrənin!

•?

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb
18/03/2024

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

‼️DTX-dən əməliyyat - Transmilli kibercinayətkarlar saxlanıldıİon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər ...
13/03/2024

‼️DTX-dən əməliyyat - Transmilli kibercinayətkarlar saxlanıldı

İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan banklarının kompyuter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

🇦🇿 Birinci Qarabağ döyüşlərində iştirak edən 1992-ci ildə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi ...
29/02/2024

🇦🇿 Birinci Qarabağ döyüşlərində iştirak edən 1992-ci ildə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun Ağdamda heykəli qoyulacaq.

📌 Millət vəkili Aqil Abbasın sözlərinə görə, heykəl “Qarabağ” futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacaq.

Laçın yolunda itkin düşən Pənahov Ruslan ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.  Hərbçimiz əslən Şəmkir rayonunda...
28/02/2024

Laçın yolunda itkin düşən Pənahov Ruslan ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. Hərbçimiz əslən Şəmkir rayonundandır

🇦🇿‼️Səni tanımasaq da, heç unutmadıq!
26/02/2024

🇦🇿‼️Səni tanımasaq da, heç unutmadıq!

🇦🇿🇮🇱Azərbaycan İsraildən 1,2 milyard dollara "Barak MX" sistemi alırAzərbaycan İsraildən təyyarə və raket kimi hava hücu...
14/11/2023

🇦🇿🇮🇱Azərbaycan İsraildən 1,2 milyard dollara "Barak MX" sistemi alır

Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir "Barak MX" hava hücumundan müdafiə sistemi alacaq.

“Defence Industry Europe”nin yazdığına görə, alqı-satqının dəyəri 1,2 milyard dollar təşkil edir.

Nəşr bildirir ki, Israel Aerospace Industries (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının bir neçə dəfə buraxılışı olub.

"Barak MX" - modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub - İsrailin silah ixracında Azərbaycanın payı 9,1 faiz təşkil edir.

⚡DSX-nin hərbi qulluqçuları təltif edilib - SİYAHIAzərbaycan Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçuları təltif...
17/08/2023

⚡DSX-nin hərbi qulluqçuları təltif edilib - SİYAHI

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçuları təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Şirinzadə Firuz Böyükağa oğlu – general-leytenant

Mustafayev İlkin Aydın oğlu – polkovnik-leytenant

Səfərov Elvin Sərraf oğlu – polkovnik-leytenant

Quliyev Anar Sədi oğlu – kapitan

2-ci dərəcəli “Rəşadət” ordeni ilə

Yunisli Ziya Rauf oğlu – kapitan

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Hüseynov Naseh İbrahim oğlu – polkovnik

Nağıyev Murad Tofiq oğlu – polkovnik

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

İbrahimov Elçin Zaur oğlu – general-leytenant

Abuzərli Natiq Zahid oğlu – general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Rəsul Rasim oğlu – polkovnik

Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik

Rəhmanov Elşən Sabir oğlu – polkovnik

Abdullayev Anar Arif oğlu – polkovnik-leytenant

Səfiyev Mübariz Məhəmməd oğlu – mayor

“Vətən uğrunda” medalı ilə

Dünyamalıyev Ağamirzə Bəhman oğlu – polkovnik

Həbibov Elnur Arif oğlu – polkovnik

Mirzəyev Mirzə Adil oğlu – polkovnik

Baxşıyev Ravil Sabir oğlu – polkovnik-leytenant

Umudov Xəyyam Ehsan oğlu – 2-ci dərəcəli kapitan

Rzayev Emin Salam oğlu – kapitan

“İgidliyə görə” medalı ilə

Pirimov Ceyhun Ələkbər oğlu – tibb xidməti leytenantı

“Hərbi xidmətlərə görə” medalı ilə

Abbasov Aftandil Qabil oğlu – polkovnik-leytenant

Abdullayev Ruslan Mehman oğlu – polkovnik-leytenant

Əkbərov Yusif Mürsəl oğlu – polkovnik-leytenant

Əzimova Gülnar Bəhram qızı – polkovnik-leytenant

Quliyev Elməddin Çingiz oğlu – polkovnik-leytenant

Məmmədli Rəhman Bayram oğlu – polkovnik-leytenant

Nağıyev Yaşar Tofiq oğlu – polkovnik-leytenant

Sadiqov İsmayıl Rəfael oğlu – polkovnik-leytenant

Əliyev Vəfadar Çingiz oğlu – mayor

Lazımzadə Azər Xudaverdi oğlu – mayor

Mirzəyev Elçin Cavanşir oğlu – mayor

Müslümov Elçin Qəşəm oğlu – mayor

Məmmədov Cavid Yusif oğlu – kapitan

Niftullayev Tural Calal oğlu – kapitan

Salahov Rəşad Maarif oğlu – kapitan

Səmədov Etibar İlqar oğlu – kapitan

Əliyev Əlizadə Eyyub oğlu – baş leytenant

Hüseynov Şamxal Əli oğlu – baş leytenant

Qarayev Toğrul Əhməd oğlu – baş leytenant

Quliyev Rəvan Əyar oğlu – baş leytenant

Nəcəfov Samir Əli oğlu – baş leytenant

Ramazanov Elvin Allahverdi oğlu – baş leytenant

Abdullayev Vüsal Fikrət oğlu – baş gizir

Cəlilova Dilşad Həsən qızı – baş gizir

Xanbutayeva Zabitə Firudin qızı – baş gizir

Mikayılova Şəlalə Elman qızı – baş gizir

İsaqzadə İlkin Yasin oğlu – gizir

Zeynalov Məqsəd Əsəd oğlu – kiçik gizir

Mənafov Emil Nazim oğlu – kiçik çavuş

Hüseynov Elnur Azər oğlu – əsgər

Hüseynov Ruslan Vidadi oğlu – əsgər

Novruzlu Nihad Elburus oğlu – əsgər.

✅Gəncə Memorial Kompleksi belə olacaqGəncə Memorial Kompleksi layihələndirilib. Kompleks 4 ha torpaq sahəsini əhatə edəc...
02/08/2023

✅Gəncə Memorial Kompleksi belə olacaq

Gəncə Memorial Kompleksi layihələndirilib. Kompleks 4 ha torpaq sahəsini əhatə edəcək.

17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub, həmin raket zərbələri nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır bədən xəsarətləri alıb.

Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksinin layihələndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.

Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.

Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.

Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib.

Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır.

Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m² m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2, konservasiya olunan binaların sahəsi 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda raket zərbələri endirilib. İlk hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin - Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verib və bu hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də təşkil olunub. Həlak olan və yaralanan olmayıb.

Düşmən oktybarın 11-də Gəncəyə dördüncü dəfə raket zərbələri endirib. Nəticədə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verib və atəşkəsin pozulması ilə nəticələnib.

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hər biri mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da olub.

🇦🇿⚡⚡🇮🇷Prezident İranla problemlərin necə başladığını açıqlayıb:İranın Ermənistana dəstəyinə və Tehranın İrəvanla sıx əla...
03/05/2023

🇦🇿⚡⚡🇮🇷Prezident İranla problemlərin necə başladığını açıqlayıb:

İranın Ermənistana dəstəyinə və Tehranın İrəvanla sıx əlaqələrinə baxmayaraq, Azərbaycanın İranla münasibətləri yaxşı idi. İkinci Qarabağ Müharibəsindən sonra İranla Azərbaycan arasında münasibətlər pisləşdi, amma bu, Bakının təşəbbüsü ilə olmadı.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

"Hər şey Laçın-Xankəndi yolunda bizim monitorinqimiz zamanı İran yük maşınlarının Qarabağa hərəkət etməsinin qeydə alınması ilə başladı. Bu, qanunsuz idi, çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran onu pozmamalıdır.

Monitorinqlərimiz bunun müntəzəm baş verdiyini təsdiqlədi. Bu barədə İranın Bakıdakı səfirinə xəbərdarlıq edildi və İranın bu hərəkətlərinə son qoyacağını gözlədik. Ancaq bu, baş vermədi. Azərbaycan rəsmi etirazını bildirdi, lakin bundan sonra İrandan Qarabağa nəqliyyat axını daha da artdı.

İranda Azərbaycanın ünvanına müxtəlif səviyyələrdə tənqid və təzyiq kampaniyası, açıq təhdidlər başladı. İş hərbi təlimlərin keçirilməsinə və İranın Azərbaycanın ünvanına birbaşa təhdidlərinə qədər gəlib çatdı. Cavab olaraq, Azərbaycan eyni təlimləri Türkiyə Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirdi.

Bundan sonra İranın rəsmi şəxsləri dəfələrlə bəyan etdilər ki, münasibətlərin yaxşılaşdırılmasını istəyirlər. Lakin bundan sonra Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədildi. Bu, bütün razılaşmaları və vədləri pozdu. Bir saat ərzində terrorçu İran polisinin gözü qarşısında səfirliyə hücum etdi. Sonradan hakimiyyət öz xanımına görə səfirliyə gələn terrorçunu ağıldankəm elan etdi.

Bir müddət öncə Bakıda İranpərəst şəxslər tərəfindən Azərbaycan parlamentinin üzvünə qarşı terror aktı törədildi. Müəyyən edildi ki, onlar İrandan göstəriş alıblar. Bütün bunlar İranın qırmızı xətləri pozması oldu. Hazırda münasibətlər ən aşağı səviyyədədir və gələcəkdə necə olacağını söyləmək çətindir.

İranda hər kəs bir həqiqəti dərk etməlidir - Azərbaycana təzyiq göstərmək cəhdləri nəticə verməyəcək" - deyə prezident İlham Əliyev fikrini yekunlaşdırıb.

27/04/2023

Ukraynalı hakerlər İran və Rusiyanın konfransına müdaxilə edib: “UTX hamınızın qapısını döyəcək”

Hakerlər “Dəyişən dünyada Rusiya-İran əməkdaşlığı” ekspert konfransının yayımını müdaxilə edərək iştirakçılarını hədələyiblər.

Hadisənin görüntüləri teleqramın ukrain seqmentində yayılıb.

“Rosatom”un dəstəyi ilə təşkil olunan konfrans aprelin 25-də keçirilib. Orada həmçinin Rusiya Dövlət Dumasının deputatı Konstantin Zasulin, İranın Rusiyadakı səfiri Kazım Cəlali, Rusiya hökumət aparatının əməkdaşları və ekspertlər iştirak ediblər.

Konfrans zamanı bir haker “Zoom” vasitəsilə gerçəkləşdirilən yayıma qoşularaq “Ukrayna tərəfini dəvət etdiklərinə, daha doğrusu, Ukrayna Təhlükəsizlik Xidmətinin bu tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara təşəkkür etmək” istədiyini bildirib.

“Narahat olmayın, UTX (Ukrayna Təhlükəsizlik Xidməti – red.) hər bir hərbi cinayətkarın və onların şəriyinin qapısını döyəcək, buna görə də hazır olun, vəsiyyət yazın, var-yoxunuzu uşaqlarınız və arvadlarınıza qoyun”, - anidən qoşulan haker deyib.

O həmçinin İranın Rusiyaya dronların çatdırılmasına “cavab verəcəyini” və hər bir konfrans iştirakçısının “Mirotvorets”ə daxil ediləcəyini və bir daha heç bir sivil ölkəyə getməyəcəyini” vəd edib.

Qeyd edək ki, “Mirotvorets” (ukraincədən tərc. “sülhməramlı”) Ukrayna əleyhinə müəyyən fəaliyyət göstərmiş şəxslərin məlumat bazasıdır. Portal əsasən qeyri-qanuni (fişinq, hakinq və s.) yolla toplanmış şəxsi məlumatlardan ibarətdir.

12/04/2023

⁉️ Niyə qorxursunuz, danışmırsınız ? İranın agentisiniz ?

🇦🇿‼️🇮🇷 İranın Azərbaycan həbsxanalarında hazırladığı sensasion plan – Böyük təhlükəİrana casusluqda şübhəli bilinən şəxs...
11/04/2023

🇦🇿‼️🇮🇷 İranın Azərbaycan həbsxanalarında hazırladığı sensasion plan – Böyük təhlükə

İrana casusluqda şübhəli bilinən şəxslərin məhkəmədən sonra saxlanma yerləri də narahatlıq yaradır. Bəzi ekspertlərə görə, onlar həbsxanalardakı digər dustaqları öz təsirləri altına sala bilərlər. Necə ki, buna indiyə kimi rast gəlinib. Radikal dini təriqət üzvlərinin həbsxanada başqa dustaqları təsir altına salmaları barədə hər kəs məlumatlıdır.

İrana bağlı şəxslərin də həbsxanalarda cəza çəkərkən din pərdəsi altında başqa şəxsləri də yoluxduracaqları istisna edilmir. Azərbaycan həbsxanaları İŞİD və SEPAH üçün agentura, terrorçu yetişdirmə fabriki rolunu oynaya bilər. Bir vaxtlar yerli mətbuat yazırdı ki, İŞİD-ə qoşulduğu üçün Azərbaycanda həbs edilən şəxslər həbsxanalarda özlərinə xeyli tərəfdar toplaya bilir. Savadsız, ümidsiz insanları yoldan çıxarıb onları din adı ilə yanlış istiqamətə yönləndirmək çox asandır.

Təhlükənin qarşısını almaq və digər dustaqların beyninin yuyulmasının önünü kəsmək üçün bu kateqoriyadan olan məhbuslar üçün ayrıca cəzaçəkmə müəssisələri yaratmaq mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Şamil Paşayev məhbusların ayrı saxlanılmasının fərqli kateqoriyalara əsaslandığını bildirib:

“Ümumiyyətlə, hər hansı şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi, yaxud istintaq təcridxanası müəyyən edilməyib. Şəxslərin ayrı saxlanılması qanunvericilikdə müəyyən edilən bir sıra hallara uyğun həyata keçirilir. Məsələn, qadınlar kişilərdən, yetkinlik yaşına çatmayanlar müəyyən yaş həddində olanlardan, ilk dəfə cinayət törədən şəxslər əvvəllər cəza çəkmiş şəxslərdən ayrı saxlanılırlar. Həmçinin eyni cinayət üzrə təqsirləndirilən şəxslər həmin iş üzrə həbs edilən şəxslərdən ayrı saxlanılırlar. Konkret olaraq dövlətə xəyanət, yaxud casusluq maddəsi ilə ittiham olunan şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsinin yaradılması üçün qanunvericilikdə nəzərdə tutulmayıb”.

Hüquqşünas casusluqda ittiham edilən şəxslər üçün müəssisə daxilində müəyyən işlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edib:

“Ümumiyyətlə, qanunvericiliyin birmənalı göstərişinə əsasən, cəzaçəkmə müəssisələrində, eyni zamanda istintaq təcridxanalarında saxlanılan şəxslərlə bağlı bir sıra işlər aparıla bilər. Yəni həmin cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının müdiriyyətinə onlarla profilaktik söhbət aparmağı, onların vətəndaş kimi cəmiyyətə inteqrasiya etmələri üçün əlverişli şəraitin yaradılması, şəxsin islah olunması yönündə tərbiyəvi xarakterli işlərin görülməsi mümkündür. Bu kimi vasitələrdən istifadə lazımdır. Nəzərə almaq lazımdır ki, həbsin, yaxud da təcridxananın mahiyyəti şəxsləri cəmiyyətdən təcrid etmək, cəzaçəkmə müəssisəsinin mahiyyəti isə şəxslərin cəza çəkərkən islah olunması, gələcəkdə də başqalarına qarşı cinayət törətməsinin qarşısının alınmasıdır. Ona görə də cəzaçəkmə müəssisəsində məhbusların hər hansı formada təcrid edilməsi nümunəsi yoxdur. Amma cəzaçəkmə müəssisəsində şəxslərin digər məhbuslara casusluq, dövlətə xəyanət kimi fikirləri aşılaması kimi halları aşkarlanarsa, rəhbərlik məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verə, əməliyyat-axtarış işi həyata keçirə bilər. Həmin məhbusun əməllərində konkret cinayət işi olarsa, yenidən cinayət işinin başladılması kimi tədbirlər görülə bilər”.

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin aşkarlanması istiqamətində əməliyyatlar davam edir.

“Sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan narkotik qaçaqmalçılarını yerindəcə məhv etm...
07/04/2023

“Sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib”

Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin APA-ya müsahibəsi :

- Əldə etdiyimiz məlumata görə, ötən gecə İranla dövlət sərhədində atışma olub. Bu məlumat nə qədər doğrudur?

- Demək olar ki, hər gün bu cür hallarla qarşılaşırıq. Bəli, dünən növbəti dəfə narkotik qaçaqmalçıları dövlət sərhədini pozmağa cəhd ediblər. Gecə saatlarında Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Horadiz" Sərhəd Dəstəsinin xidməti ərazisində narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını alınıb. Bir neçə nəfər sərhəd pozucusu ölkə ərazisinə keçmək istəyib, onlar sərhəd naryadının qanuni tələbinə tabe olmayıblar və sərhəd naryadına odlu silahdan atəş açıblar. Onlara qarşı silah tətbiq edilib, ərazinin mürəkkəb relyefli və havanın qaranlıq olmasından istifadə edən sərhəd pozucuları geri qaçıblar. Hadisə yerində isə onlara məxsus 63,5 kq narkotik vasitə aşkar olunub. Hazırda əməliyyat-axtarış tədbirləri davam etməkdədir.

- Ümumiyyətlə, İrandan Azərbaycana qarşı narkotik terrorunun son zamanlar artması müşahidə olunur...

- Əvvəla onu deyim ki, Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər həyata keçirilir. Sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib. Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək.

O ki qaldı sizin də ifadə etdiyiniz kimi, İrandan narkotik terrorunun artmasına, bəli, statistika bu faktı təsdiqləyir. Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb. Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

- Statistikaya nəzər yetirəndə maraqlı fakt ortaya çıxır. Məhz 2022-ci ildə İrandan Azərbaycana narkotik qaçaqmalçılığı cəhdlərinin həddən çox artdığını göstərir. Sizcə, bunun səbəbi nədir?

- Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik işğal altında olan hissəsinin payına düşüb. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərədək işğal altında olan sərhəd ərazilərimizdən kütləvi narkotrafik məqsədilə istifadə edilib. İrandan gətirilən narkotik vasitələr həmin ərazilərdən keçirilməklə Ermənistana daşınıb. Ermənistan ilə birgə həyata keçirilmiş bu fəaliyyətdən həm Ermənistan, həm də İİR böyük həcmdə cinayətkar gəlir əldə ediblər. Bu barədə ölkəmizin hüquq mühafizə orqanları çoxsaylı faktlar müəyyən ediblər. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçilərinin böyük rəşadətlə, döyüşərək azad etdiyi İİR ilə dövlət sərhəd xətti üzərində nəzarətimizin bərpa edilməsi böyük bir regional narkotrafikin də qarşısının alınmasına da öz töhfəsini vermişdir.

Xatırlatmaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin narkotiklər üzərində beynəlxalq nəzarət strategiyası haqqında hesabatlarında da bu məqam dəfələrlə əks olunub. "Qara dəlik" kimi xarakterizə olunan bu narkotrafikdən əldə olunan böyük həcmli maliyyə vəsaitləri separatçı rejimin və Ermənistanın cinayətkar rəhbərliyinin şəxsi məqsədləri üçün sərf olunmaqla yanaşı, işğal altında olan ərazilərin azad olunmasını əngəlləmək məqsədilə silah-sursat alınması üçün də geniş istifadə olunub.

- Mütəmadi olaraq narkotik qaçaqmalçılarının Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstərməsi barədə xəbərlər oxuyuruq...

- Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılarına qarşı ciddi və sərt tədbirlər görür. İrandan narkotik vasitələrin gətirilməsi ən müasir silahlar və xüsusi texniki avadanlıqlara (gecə görmə cihazları və s.) malik silahlı dəstələr tərəfindən müşayiət olunur. Təkcə son 5 ildə sərhədçilərə qarşı 27 dəfə silahlı müqavimət göstərilib. Bu hallarda sərhəd naryadlarının cavab atəşi ilə 15 qaçaqmalçı zərərsizləşdiriib, 5-i yaralanıb. Zərərsizləşdirlmiş şəxslərdən 13 nəfəri İran, 2 nəfəri Azərbaycan vətəndaşı olub. Bu əməliyyatlar zamanı bizim də itkilərimiz olub. Belə ki, 3 hərbi qulluqçumuz şəhid olub, 5 nəfər yaralanıb.

Bir daha vurğulayıram ki, sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan sərhəd pozucularına qarşı ən sərt tədbirlərin görülməsi əmri verilib.

- Ölkəmizə narkotik vasitələrin gətirilməsi cəhdlərinin arxasında başqa məqsədlərin də olması barədə fikirlər mövcuddur. Bu barədə nə deyə bilərsiniz?

- Bu artıq təkzibolunmaz faktdır ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edir. Bu cinayətkar fəaliyyətə cəlb olunan şəxslərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur.

Burdakı digər mühüm məsələ isə faktiki olaraq Azərbaycan gənclərinə qarşı əvvəl də qeyd etdiyimiz kimi narkotik terrorun həyata keçirilməsidir. Bu bir faktdır ki, İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə aludə edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr daşımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli əməllərdə istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar.

- Yeri gəlmişkən, Dövlət Sərhəd Xidməti digər hüquq-mühafizə orqanları ilə bu istiqamətdə əməkdaşlığı necə qurub.

- Narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti tərəfindən baş prokurorluq, dövlət təhlükəsizliyi, daxili işlər və gömrük orqanları ilə ən yüksək səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq və effektiv məlumat mübadiləsi sistemi formalaşdırılıb.

Bu əməkdaşlığın effektivliyi isə narkotik vasitələrin saxlanılma hallarının aşkarlanması, dərindən araşdırılması və istintaqı nəticəsində cinayətkar fəaliyyətin digər iştirakçılarının müəyyən edilməsində, cinayətkar şəbəkələrin ifşa olunmasında özünü göstərməkdədir.

06/04/2023

‼️SON DƏQİQƏ: Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı:

☑️ Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

☑️ Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

☑️ Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb.

☑️ Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

☑️ Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb.

☑️ Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

“20 dəqiqə gözləmədilər ki, oğlumun dəfninə çatım” - “Tərtər işi”“Tərtər işi” üzrə məhkəmə araşdırması davam edir. “Qafq...
05/04/2023

“20 dəqiqə gözləmədilər ki, oğlumun dəfninə çatım” - “Tərtər işi”

“Tərtər işi” üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda işgəncələr nəticəsində həyatını itirən hərbçilərin ailə üzvləri ifadə verib.

Mərhum leytenant Təmkin Quliyevin atası Nizami Quliyev deyib ki, 2017-ci ildə oğlunun meyitini gətirib tələm-tələsik dəfn ediblər: “Mən başqa rayonda idim. Gəlməyimi gözləmədən dəfn etdilər. Bizə Təmkinin pnevmaniya xəstəliyindən vəfat etdiyini dedilər. 2017-ci il mayın 15-də meyiti gətirdilər. 20 dəqiqə gözləmədilər ki, dəfnə çatım. İş üzrə icraat yenilənəndən sonra müraciət elədim. Qəbir açıldı, eksqumasiya olundu. Məlum oldu ki, işgəncə ilə öldürülüb. Mənim oğlum Aprel döyüşlərində neytral zonada qalan nə qədər meyitlərimizi çıxarmışdı. Oğlumla bağlı bizə göndərilən məktubların birində yazılmışdı ki, guya təcridxanada keçinib. Digərində isə yazılmışdı ki, xəstəxananın reanimasiya şöbəsində...”

Daha sonra işgəncə nəticəsində həyatını itirmiş daha bir hərbçi Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova ifadə verib. O, ifadəsində bu cinayətdə rolu olan yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Həyat yoldaşımın ölüm xəbərini mayın 9-da aldıq. Öncə şəhid olduğunu bildiriblər. Daha sonra qəzada öldüyünü dedilər. Meyiti gətirənlər arasında Babək Səmidli (2020-ci ilin noyabrında mina partlayışı nəticəsində şəhid olan polkovnik) də var idi. Bu gün ittiham olunanlar erməni ilə üz-üzə dayananlardır. Amma birinizin cəsarətiniz çatmır ki, əmr verənlərin adını deyəsiz? Meyiti də bizə göstərmədilər. Onu mayın 4-də aparıblar, 7-sində işgəncəyə dözməyərək dünyasını dəyişib”.

İşgəncə nəticəsində həyatını itirən MAXE Elçin Quliyevin anası Validə Əhmədova məhkəmədə deyib ki, Elçin Quliyev öncə ermənilərə casusluqda ittiham olunub. Lakin iş üzrə icraat yenilənəndən və ölümündən sonra bəraət alıb: “2017-ci il mayın 3-də hərbi hissəyə gedib. Mayın 8-də atasını İcra Hakimiyyətinə çağırıb, oğlunun ölüm xəbərini veriblər, onun dövlətə xəyanət etdiyini deyiblər. İcra Hakimiyyətində Babək Səmidli, icra başçısının özü də olub. Başçı qayıdıb ki, oğlun vətənə xəyanət eləyib, ermənilərə işləyib. Guya oğlum 2016-cı ilin aprel döyüşlərində sürdüyü yemək maşınına narkotik töküb ki, hərbçilər yatsın. Həmin gün həyat yoldaşım oğlumun ölümünü mənə demədi. Ertəsi gün bir qohumun ölümü adıyla məni qəbiristanlığa apardılar. Dedilər ki, meyiti gətirənlər arasında Elçin də olacaq. Getmişdim ki, uşağımı görüm. Yoldaşım gəlib dedi ki, “Validə, başımıza daş düşüb”. Onda bildim ki, oğlumun meyitini gətirirlər".

Bir müddət sonra oğlumun üzərindəki ləkənin təmizlənməsi üçün araşdırmalara başladım. Onun axtarışındaydım ki, uşağımın başına nə gəlib? Babək Səmidlinin qəbulunda bəlkə 10 dəfə olmuşam. Tərtər məhkəməsinin sədri İlqar Quliyev bizi aldatdı ki, araşdırma gedir. Zakir Qaralov rayona gəlmişdi, qəbuluna girdim, mənə dedi ki, yanımda yüksək çinli məmurların adını çəkmə. Sonralar çox hadisələr oldu, hərəni bir cür susdurdular”.

Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

İşin məhkəməsi bir neçə qrup üzrə aparılır. Qeyd olunan prosesdə 4 hərbçi - Tərtərdə N saylı hərbi hissənin komandiri olmuş Vüsal Ələsgərov, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçılar - Ramil Qarayev və Rüstəm Ələsgərov təqsirli bilinir. Bu iş üzrə 194 zərərçəkmiş tanınıb.

🇦🇿‼️🇮🇷  :  Abbas Musəvi XİN-ə çağırılıb, Azərbaycan İrana cavab notası veribİran İslam Respublikasının Azərbaycan Respub...
03/04/2023

🇦🇿‼️🇮🇷 : Abbas Musəvi XİN-ə çağırılıb, Azərbaycan İrana cavab notası verib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən, Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə nota təqdim edildiyi bildirilir. Bu xəbəri necə şərh edərdiz?” sualına cavab olaraq bildirib.

XİN rəsmisi deyib ki, qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.

Address


Alerts

Be the first to know and let us send you an email when Herbi_Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share