Animafilm Studio

  • Home
  • Animafilm Studio

Animafilm Studio Animating Dreams, Frame by Frame

18/08/2026

"Oyun" qısametrajlı animasiya filminin treyleri

Rejissor və ssenari müəllifi: Mohammad H. Alipanahi
Prodüser: Rəşid Ağamalıyev ("PERİ FİLM" MMC)
Maliyyə dəstəyi: Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA)
Məkan və texniki dəstək: “ANİMAFİLM Studio”

Bu film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Audiovizual sənətlər fakültəsinin "Kino-Televiziya sənətləri" kafedrasının tələbəsi Mohammad Alipanahi Hossein Sattarın magistr pilləsi üzrə diplom işi olaraq ərsəyə gəlmişdir.

30/07/2026

🎉 “Eyni yağışın altında” qısametrajlı animasiya filmi möhtəşəm bir premyera gecəsi ilə tamaşaçıların qarşısına çıxır! 🎬✨

🎥 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin 2025-ci il üzrə keçirdiyi “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin ilk tamamlanan layihəsi olan bu film “PERİ FİLM” MMC tərəfindən istehsal olunub. 🌟

✍️ Filmin rejissoru Kübra Binnətova, ssenari müəllifləri Nurlan Həsənli və Kübra Binnətova, prodüseri isə Rəşid Ağamalıyevdir.

“Eyni yağışın altında” animasiya filminin premyerası, “Azərbaycan Kinosu Günü” rəsmi tədbiri çərçivəsində baş tutacaq! 🥳

Qeyd edək ki, nümayişə giriş ancaq Dəvətnamə ilə mümkündür. ✅

📍 Məkan: Nizami Kino Mərkəzi
🗓️ Tarix: 31 iyul
⏰ Saat: 19:00

“The Boy and the Persimmon Tree” (“Oğlan və Xurma Ağacı”), directed by Lina Akulashvi .aqulashvili, has been selected as...
13/06/2026

“The Boy and the Persimmon Tree” (“Oğlan və Xurma Ağacı”), directed by Lina Akulashvi .aqulashvili, has been selected as a winner of the Post-Production Competition organized by the Azerbaijan Republic Cinema Agency (ARKA) .culture.az and the Ministry of Culture of Azerbaijan .gov.az.

This project is especially significant as it represents the first Georgian-Azerbaijani animated co-production in the history of Azerbaijani cinema, bringing together talented artists and producers from both countries.

The film is produced by (), Lina Akulashvili .aqulashvili, Rashid Aghamaliyev .aghamali and financially supported by Georgian National Film Center .

We are grateful to ARKA and the Ministry of Culture of Azerbaijan for supporting this project and congratulate all members of the international team on this achievement!



🎉 Sizinlə daha bir gözəl xəbəri bölüşməkdən məmnunuq!

Rejissoru Lina Akulaşvili olan “Oğlan və xurma ağacı” animasiya filmi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən təşkil olunan Post-Prodakşn Müsabiqəsinin qaliblərindən biri seçilib!

Bu layihə Azərbaycan kinosu tarixində ilk Gürcüstan–Azərbaycan animasiya koprodakşnıdır, hər iki ölkədən istedadlı yaradıcıları və prodüserləri bir araya gətirir.

Filmin prodüserləri Elene Tavadze (Studio Fantasmagoria), Lina Akulaşvili və Rəşid Ağamalıyevdir. Layihə Gürcüstan Milli Film Mərkəzinin maliyyə dəstəyi ilə istehsal olunur.

Layihəyə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və ARKA-ya təşəkkür edir, beynəlxalq komandanın bütün üzvlərini bu uğur münasibətilə təbrik edirik!

🎉 Exciting News from ANIMAFILM Studio!We are proud to announce that our animated project “Deep Topics” (“Dərin Mövzular”...
13/06/2026

🎉 Exciting News from ANIMAFILM Studio!

We are proud to announce that our animated project “Deep Topics” (“Dərin Mövzular”), directed by Ravan Muradov .muradov , has been selected as a winner of the Post-Production Competition organized by the Azerbaijan Republic Cinema Agency (ARKA) .culture.az and the Ministry of Culture of Azerbaijan .gov.az.

Congratulations to director Ravan Muradov, producer Rashid Aghamaliyev .aghamali, and the entire creative team on this important achievement. We look forward to bringing this unique animated film to audiences soon.

We are grateful to ARKA and the Ministry of Culture of Azerbaijan for supporting this project and congratulate all members of the team on this achievement!



🎉 ANİMAFİLM studiyasından möhtəşəm xəbər!

Sevinclə bildiririk ki, rejissoru Rəvan Muradov olan “Dərin Mövzular” animasiya layihəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və tərəfindən təşkil olunan Post-Prodakşn Müsabiqəsinin qaliblərindən biri seçilib!

Bu mühüm uğur münasibətilə rejissor Rəvan Muradovu, prodüser Rəşid Ağamalıyevi və bütün yaradıcı heyəti ürəkdən təbrik edirik. Bu özünəməxsus animasiya filmini tezliklə tamaşaçılarla görüşdürməyi səbirsizliklə gözləyirik.

Layihəyə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və ARKA-ya təşəkkür edir, komandanın bütün üzvlərini bu uğur münasibətilə təbrik edirik!

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino FestivalındaPolşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan, Azərbaycan Respub...
19/05/2026

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

Polşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstəyi ilə çəkilən “Yulaf dönərgə” (rej. Izabela Plucińska) qısametrajlı animasiya filmi 79-cu Beynəlxalq Kann Kino Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən "SFC | Rendez-vous Industry" proqramına daxil edilib.

Filmin prodüserləri müvafiq olaraq Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”) və Rəşid Ağamalıyevdir (“PERİ FİLM”, ”ANİMAFİLM”). Film Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsidir (koprodakşn).

SFC | Rendez-vous Industry — qısametrajlı filmlər yaradan müəlliflərə həsr olunub. O, müsabiqədənkənar bölmə kimi, ilk növbədə, müəlliflərlə kino sənayesi nümayəndələri arasında əlaqələrin yaradılmasına xidmət edir.

Pres-reliz: https://anima.az/2026/05/yulaf-donerge-kann-festivalinda/

***

The short animated film “Porridge Monster”(dir. Izabela Plucińska), a co-production between Poland, Germany, and Azerbaijan, produced with the support of Cinema Agency of the Republic of Azerbaijan (ARKA), has been selected for the “SFC | Rendez-vous Industry” program, held within the industry section of the 79th Cannes Film Festival.

The film’s producers are Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”), and Rashid Aghamaliyev (“PERİ FİLM”, “ANIMAFILM”). The film is the first international animation co-production project implemented with Azerbaijan.

SFC | Rendez-vous Industry is dedicated to creators of short films. As a non-competitive section, it primarily serves as a platform for establishing connections between filmmakers and representatives of the film industry.

“Yer və Ay” animasiya filmi Qazaxstanın “Astana Eco Film Festival”ında qalib olub!Qazaxıstanın paytaxtı Astanada keçiril...
24/04/2026

“Yer və Ay” animasiya filmi Qazaxstanın “Astana Eco Film Festival”ında qalib olub!

Qazaxıstanın paytaxtı Astanada keçirilən RES 2026 EXPO (Regional Ecological Summit) beynəlxalq sərgisi çərçivəsində təşkil olunan “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimində “Yer və Ay” animasiya filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gəlib. Layihə Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən hazırlanıb. Eyni zamanda, filmin istehsalında "ANİMAFİLM Studio"nun dəstəyi olub.

Filmin rejissoru və Özbəkistan tərəfdən prodüseri Pavel Kim, Azərbaycandan prodüseri isə Rəşid Ağamalıyevdir.

Bu layihə Azərbaycan və Özbəkistan arasında reallaşdırılmış ilk beynəlxalq birgə animasiya (co-production) istehsalıdır.

***

The animated film “Earth and Moon” has won an award at Kazakhstan’s Astana Eco Film Festival!

At the awards ceremony of the Astana Eco Film Festival, held as part of the international exhibition RES 2026 EXPO (Regional Ecological Summit) in the capital of Kazakhstan, Astana, the animated film “Earth and Moon” was named the winner in the category “Best Eco Short Film”.

The film was a winner of the 2025 Film Support Competition for projects in post-production, organized by the Cinema Agency of the Republic of Azerbaijan (ARKA), operating under the Ministry of Culture of the Republic of Azerbaijan. The project was produced by Uzbekistan’s DIP Animation studio and Azerbaijan’s PERI FILM studio, with additional support from ANIMAFILM Studio.

The film is directed by Pavel Kim, who also serves as the Uzbek producer, while the Azerbaijani producer is Rashid Aghamaliyev.

This project is the first international animated co-production realized between Azerbaijan and Uzbekistan.

KOMANDAMIZA QOŞUL, yeni hekayəmizi birlikdə canlandıraq! 🌧️✨ANIMAFILM Studio olaraq yeni animasiya layihəmiz - Kübra Bin...
24/03/2026

KOMANDAMIZA QOŞUL, yeni hekayəmizi birlikdə canlandıraq! 🌧️✨

ANIMAFILM Studio olaraq yeni animasiya layihəmiz - Kübra Binnətovanın rejissorluğu ilə ərsəyə gələcək “Eyni yağışın altında” animasiya filmi üçün istedadlı 2D Procreate animatorlar axtarışındayıq.

Bizimlə çalışmaq və bu hekayənin bir hissəsi olmaq istəyirsən?

📩 Portfolionu buraya göndər:
[email protected]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə ANİMAFİLM studiyası arasında növbəti əməkdaşlıq!Azərbaycan Dö...
14/03/2026

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə ANİMAFİLM studiyası arasında növbəti əməkdaşlıq!

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin “Animasiya və kompyuter qrafikası” ixtisasının 3-cü kurs tələbəsi Nuray Mehdiyeva tədris proqramı çərçivəsində ANİMAFİLM studiyasında istehsalat təcrübəsi keçmişdir. Təcrübə müddətində o, animasiya sahəsindəki nəzəri biliklərini praktiki müstəvidə tətbiq edərək sahənin mütəxəssisləri ilə birgə iş prosesində yaxından iştirak etmişdir.

Ona təhsildə və iş həyatında uğurlar arzulayırıq! ✨

***

Another successful collaboration between the Azerbaijan State University of Culture and Arts (ADMIU) and ANIMAFILM Studio!

Nuray Mehdiyeva, a 3rd-year student majoring in “Animation and Computer Graphics” at ADMIU, has completed her internship at ANIMAFILM Studio as part of her curriculum. During the internship, she applied her theoretical knowledge in a practical environment and worked closely with industry experts throughout the production process.

We wish her the best of luck in her studies and future career! ✨

Gözəl bir xəbəri sizinlə bölüşürük! Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsi olan “Yulaf dö...
12/03/2026

Gözəl bir xəbəri sizinlə bölüşürük!

Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsi olan “Yulaf dönərgə” (Porridge Monster) qısametrajlı animasiya filmi 5-10 May 2026-ci tarixlərində keçiriləcək 33- cü Ştutqart Beynəlxalq Animasiya Filmləri Festivalının (Stuttgart International Festival of Animated Film ) «Uşaqlar Üçün Oyunlar» (Tricks For Kids Competition) müsabiqə bölümünə seçilib və festival çərçivəsində nümayiş olunacaq.

***

We are sharing great news with you!

The short animated film “Porridge Monster”, the first international animation project co-produced with Azerbaijan, has been selected for the “Tricks For Kids” competition section of the 33rd Stuttgart International Festival of Animated Film, which will be held on May 5-10, 2026, and will be screened within the framework of the festival.

Gözəl bir xəbəri sizinlə bölüşürük! Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsi olan “Yulaf dö...
12/03/2026

Gözəl bir xəbəri sizinlə bölüşürük!

Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsi olan “Yulaf dönərgə” (Porridge Monster) qısametrajlı animasiya filmimiz 5-10 May 2026-ci tarixlərində keçiriləcək 33- cü Ştutqart Beynəlxalq Animasiya Filmləri Festivalının (Stuttgart International Festival of Animated Film ) «Uşaqlar Üçün Oyunlar» (Tricks For Kids Competition) müsabiqə bölümünə seçilib və festival çərçivəsində nümayiş olunacaq.

***

We are sharing great news with you!

The short animated film “Porridge Monster”, the first international animation project co-produced with Azerbaijan, has been selected for the “Tricks For Kids” competition section of the 33rd Stuttgart International Festival of Animated Film, which will be held on May 5-10, 2026, and will be screened within the framework of the festival.

Address


Alerts

Be the first to know and let us send you an email when Animafilm Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share