24SAAT.az

24SAAT.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 24SAAT.az, News & Media Website, .

24SAAT İnformasiya Portalı müstəqil media qrumu olaraq ölkə və dünya gündəmindən ən vacib xəbərləri, həmçinin jurnalist araşdırmalarını oxuculara operativ şəkildə çatdırmağı qarşıya əsas məqsəd qoyur.

İsrail ordusu avqustun 10-na keçən gecə Qəzzanın tanınmış jurnalistlərindən ikisini və onların həmkarlarını hava zərbəsi...
11/08/2025

İsrail ordusu avqustun 10-na keçən gecə Qəzzanın tanınmış jurnalistlərindən ikisini və onların həmkarlarını hava zərbəsi ilə öldürüb. Hücum İsrail baş naziri Benyamin Netanyahunun Fələstin anklavını işğal planına görə beynəlxalq qınamaları rədd etməsindən bir neçə saat sonra baş verib.

“Əl-Cəzirə” Media Şəbəkəsinin yaydığı bəyanata görə, müxbirlər Anas əl-Şərif və Məhəmməd Qrayqea, operator və fotojurnalistlər İbrahim Zaher, Məhəmməd Noufal və Musab əl-Şərif Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasının qarşısında qurduqları çadıra endirilən zərbə nəticəsində həlak olublar. Hücum zamanı iki digər Qəzza sakini də həyatını itirib.

28 yaşlı, iki uşaq atası olan əl-Şərif hücumdan bir neçə saat əvvəl “X” platformasında İsrailin Qəzza şəhərinin şərq və cənub hissələrinə endirdiyi intensiv raket zərbələrinin görüntülərini paylaşmışdı.

İsrail ordusu sübut təqdim etmədən əl-Şərifi “HƏMAS qrupunun rəhbəri” olmaqda ittiham edib. Ötən ay isə İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkədə əl-Şərifi hədəf alan video paylaşmış və bu beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanmışdı.

Əl-Şərif iyul ayında Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) verdiyi açıqlamada “hər an bombalanıb şəhid ola biləcəyim hissi ilə yaşayıram” demişdi. CPJ rəhbəri Codi Ginsberq “Əl-Cəzirə”yə açıqlamasında əl-Şərifin öldürülməsini “İsrailin jurnalistləri hədəf almaqda uzun illərdir davam edən praktikasının bir hissəsi” adlandırıb.

“Əl-Cəzirə”nin məlumatına görə, əl-Şərifin ölümündən sonra onun 6 aprel tarixində yazdığı son mesajı “X” hesabında paylaşılıb. O, mesajda “həqiqəti təhrif etmədən çatdırmaqdan heç vaxt çəkinmədiyini” bildirərək “Allah susanlara, qətlimizi qəbul edənlərə, nəfəsimizi kəsənlərə, uşaqlarımızın və qadınlarımızın parçalanmış qalıqlarına baxıb ürəyi titrəməyənlərə və xalqımızın bir ildən çox davam edən qətliamını dayandırmaq üçün heç nə etməyənlərə şahid olsun” ifadələrinə yer verib.

Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak etməməsi sosia...
08/08/2025

Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Manset.az-ın məlumatına görə, Rasi-zadə mərasimə qatılmamasının səbəbini səhhətindəki problemlərlə izah edib.

“Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, bu isti havada çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışmışam, başsağlığı vermişəm. Səhhətimə görə gedə bilməmişəm”, – deyə sabiq Baş nazir bildirib.

Onun sözlərinə görə, mərasimdə iştirak etməməsi ilə bağlı deyilənlər əsassızdır: “Elçinlə münasibətim çox yaxşı olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Mənim yeganə qızım və nəvəm mərasimdə iştirak edib. Əklil də göndərmişəm. Bu cür iddialar boş, mənasız söhbətlərdir. 90 yaşım var, insanıq, xəstələnə bilərik”.

Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. O, uzun illər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb və 1996-cı ildən 2018-ci ilə qədər Artur Rasi-zadə ilə birgə hökumətdə yer alıb.

Böyük Britaniyada hüquqşünas Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinə aid və...
06/08/2025

Böyük Britaniyada hüquqşünas Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinə aid vəsaitlərin yoxlanmasında səhlənkarlığa yol verdiyi üçün 32,500 funt sterlinq (təxminən 42,000 dollar) cərimələnib.

OCCRP-nin yazdığına görə, bu barədə Böyük Britaniyanın Hüquqşünasların İntizam Tribunalı (SDT) qərar verib. O, həmçinin beş il müddətinə hüquq firmalarında rəhbər və ya uyğunluq üzrə vəzifə tutmaq hüququndan məhrum edilib və əlavə olaraq 50,000 funt sterlinq (təxminən 64,000 dollar) məhkəmə xərci ödəməlidir.

Tribunal Fordaysın yoxlamalarını “səthi, sistemsiz və sadəlövh” adlandırıb. Məhkəmə qeyd edib ki, 2013-cü ildən 2015-ci ilin aprel ayınadək Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun ailə üzvləri tərəfindən Fordays direktor olduğu “Taylor Fordyce” hüquq firmasının hesabına iki dəfə iri məbləğdə pul köçürülüb.

Bu ödənişlərdən biri – 1,9 milyon funt sterlinqdən çox vəsait – “Continental Properties Limited” şirkəti tərəfindən Cənubi İngiltərədə yerləşən kommersiya obyektinin alınmasında istifadə olunub. Əmlakın konkret ünvanı açıqlanmasa da, OCCRP qeyd edir ki, Continental Properties 2015-ci ilin mayında Nyuberi şəhərində yerləşən və Pizza Hut, Greggs və Salvation Army kimi mağazaların yerləşdiyi mülkiyyəti 1,85 milyon funt sterlinqə (təxminən 2.9 milyon dollar) alıb.

SDT hesab edib ki, Fordays Mahmudovun nümayəndələri tərəfindən təqdim olunan ziddiyyətli məlumatlara həddindən artıq güvənib və lazımi sənədlər tələb edilmədən əmlak alqı-satqısına üstünlük verib.

Beynəlxalq antikorrupsiya təşkilatı “Spotlight on Corruption”un direktor müavini Helen Taylor deyib ki, bu hadisə Britaniyada Azərbaycan mənşəli pulların daşınmaz əmlak sektoruna daxil olması ilə bağlı yeni suallar doğurur.

OCCRP-nin əvvəlki araşdırmasında Mahmudov ailəsinin Avropada ən azı 100 milyon avro dəyərində biznes və daşınmaz əmlak imperiyası qurduğu qeyd olunmuşdu. Sözügedən əmlak həmin siyahıya daxil deyildi.

Mahmudov ailəsinin vəkili isə daha əvvəl OCCRP-yə bildirib ki, ailənin sərvəti XIX əsrə gedib çıxır və bütün aktivləri qanuni şəkildə qeydiyyatdan keçirilib.

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə p*sləşib.Bu ...
04/08/2025

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə p*sləşib.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır.

Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib:

“40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”.

Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb.

“Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də arğılar yaranıb, təyziqi zəifdir”, - R. Quliyeva qey edib.

Ailə üzvləri Həsənlinin vəziyyətinə heç bir həkimin nəzarət aparmadığını da söyləyib.

“Nəzarətçiyə valerianka veriblər ki, Ülvinin halı p*s olsa ona 2 ədəd tabletka versin. Göz görə-görə adamı öldürürlər”,- o deyib.

Bundan əvvəl ailəsi Ülvi Həsənlinin dərhal tibbi müəssisəyə köçürülməsini tələb edib, ancaq bu baş verməyib.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını elan edib. O, aclıq qərarını Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vədin yerinə yetirilməməsi ilə əsaslandırıb.

Ona dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına qoşulublar. Onlar iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı iyulun 22-də başladığı və ailə üzvlərinin səhhətinə görə 8 g...
04/08/2025

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı iyulun 22-də başladığı və ailə üzvlərinin səhhətinə görə 8 gün sonra dayandırdığı aclıq aksiyası zamanı üzləşdiyi rəftardan yazır.

***

Sonuncu yediyim yemək, Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.

Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.

Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.

Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Pentensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayəti ilə gözlədim.

Televizor açıq idi, Space TV-də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki, müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Ourellin təbirincə desək “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.

Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.

Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Pentensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.

Pentensiar Xidmətin əməkdaşı kimi, özünü təqdim edən Əvəz

Milli Məclisin deputatı Hikmət Babaoğlu Almaniyada yaşayan bloger Qabil Məmmədov haqqında çıxarılan qiyabi hökmə münasib...
31/07/2025

Milli Məclisin deputatı Hikmət Babaoğlu Almaniyada yaşayan bloger Qabil Məmmədov haqqında çıxarılan qiyabi hökmə münasibət bildirib.

Deputat “Pravda.az”a açıqlamasında deyib ki, Azərbaycan hüquq-mühafizə orqanları öz mövqelərində ardıcıl və prinsipialdır:

“Əgər qərar bu gün qiyabidirsə, şübhəsiz ki, sabah real olacaq. Hüquq-mühafizə orqanlarımız bu məsələdə nailiyyət əldə edəcəklər.”

O bildirib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir:

“Hazırda informasiya sərhədləri də inzibati-siyasi sərhədlər qədər əhəmiyyətlidir. Başqa ölkələrin təhlükəsizlik orqanlarının çətiri altında gizlənərək Azərbaycana qarşı müharibə aparanlar var. Onlar qanun qarşısında cavab verməlidir.”

Babaoğlu əlavə edib ki, cinayət tərkibi olan hər bir əmələ görə məsuliyyət qaçılmazdır və hüquq-mühafizə orqanları buna nail olacaq.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev i...
27/07/2025

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.

Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.

Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.

Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.

AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə gətirib. Əlavə olaraq, ötən ilin oktyabrında Avropa Parlamenti Aİ-ni Azərbaycandan qaz alışını dayandırmağa çağırıb.

Bunlara cavab olaraq, Əliyev də Aİ-ni çıxışlarında davamlı olaraq tənqid edib, onları Azərbaycanın daxili işlərinə qarışmaqda, həmçinin Ermənistana maliyyə ayıraraq Azərbaycana qarşı yeni müharibəyə hazırlamaqda ittiham edib.

AK-nin yeni rəhbərliyi ötən il dekabrından 1-dən fəaliyyətə başlayıb. Komissiyanın vitse-prezidenti, habelə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini daşıyan Kaya Kallas aprelin 25-də Bakıya səfər edib.

Onun Əliyevlə görüşünün pres-rilizində insan hüquqları məsələsinə toxunulduğu qeyd olunmayıb, əsasən enerji məsələləri üzrə əməkdaşlıq, habelə Cənubi Qafqazda sülh və sabitlik müzakirə olunduğu bildirilib.

Lakin Kallas may ayında verdiyi bəyanatda görüşdə insan hüquqları məsələsini də qaldırdığını bəyan edib.

“Hüququn aliliyi və insan hüquqları Aİ üçün Azərbaycanla ikitərəfli münasibətlərin əsasını təşkil edən prioritetlərdən biri olaraq qalır. Aİ müstəqil jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin artması ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Aİ Azərbaycan hakimiyyətini öz fəaliyyətlərini daxili və beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun şəkildə həyata keçirməyə çağırıb. Bu kontekstdə Aİ fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilmiş bütün şəxslərin azad olunmasını davamlı şəkildə tələb edib. Bu çağırışlar ictimai və ikitərəfli formatda, bütün səviyyələrdə, o cümlədən 25 aprel 2025-ci il tarixində Azərbaycana etdiyim səfər zamanı da səsləndirilib”, - o bildirib.

Aİ üçün Azərbaycandakı həbslərlə bağlı verilən cavablar ən yaxşı halda narahatlığın ifadə edilməsindən o tərəfə keçməyib.

Müqayisə üçün, qurum ittifaqa üzvlüyə namizəd ölkə olan, lakin son vaxtlar siyasi həbslərin baş verdiyi və vətəndaş cəmiyyətini hədəfə alan qanunların qüvvəyə mindiyi Gürcüstanla bağlı sərt addımlar atıb. Diplomatik pasport daşıyıclarının Şengen ölkələrinə vizasız girişi ləğv olunub, bəzi rəsmi şəxslərə sanksiyalar tətbiq olunub və hazırda bütün ölkə vətəndaşlarına vizasız girişin ləğv edilməsi müzakirə olunur.

Müşahidəçilər düşünür ki, Aİ-nin Azərbaycanla bağlı oxşar addımlar atmamasının səbəbi Azərbaycan qazına olan ehtiyacıdır.

AK Prezidenti Ursula von der Leyen 2022-ci ildə Azərbaycana gələrək Əliyevlə enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Aİ ölkələrinə qaz ixracını iki dəfədən çox artırmalıdır.

Hazırda Azərbaycan 8 Aİ ölkəsinə qaz ixrac edir. Əliyev iyulun 19-dakı çıxışında bildirib ki, əlavə ölkələr də qaz alışında maraqlıdırlar və bu təkliflər dəyərləndirilir.

Tarixçi Altay Göyüşov Toplum TV-yə deyir ki, Avropa bu məsələdə “maraqları ilə dəyərləri arasında bir ziddiyyət mərhələsindədir”.
“Həm ideoloji nöqteyi-nəzərdən siyasi qüvvələr, həm də birliyə daxil olan dövlətlər arasında ciddi parçalanma var. Bunlar arasında balans yaratmaq isə, Əliyevin özünü aqressiv aparması fonunda olduqca çətindir. Ona görə, bir şey aydındır ki, Azərbaycanda repressiyalar davam etdikcə, həbsxanalar günahsızlarla dolu qaldıqca, münasibətlər heç vaxt etibarlı olmayacaq”, - o qeyd edib.

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov isə düşünür ki, Əliyevin Aİ-yə tənqidləri “münasibətlərin həqiqi şəkildə pozulması deyil, hesablanmış bir performansdır”.

“Aİ, Bakının ritorik təxribatlarına baxmayaraq, Azərbaycanı hələ də strateji enerji tərəfdaşı və Orta Dəhliz planları üçün əsas tranzit mərkəzi kimi qəbul edir. Aİ-nin rəhbərləri, xüsusilə Ursula von der Leyen və Kaya Kallas Azərbaycanı “etibarlı qaz təchizatçısı” kimi təqdim etsələr də, Azərbaycanın Aİ-nin ümumi qaz tələbatına verdiyi töhfə təxminən cəmi 3%-dir və bunun bir hissəsi yenidən etiketlənmiş Rusiya qazıdır. Orta Dəhliz ambisiyaları baxımından Brüssel Azərbaycanı Mərkəzi Asiya və Çinlə ticarətdə Rusiyadan yan keçmək üçün həyati əhəmiyyətli hesab edir. Lakin bu marşrut üçün Ermənistanla sülh əsas şərtdir”, - o, Toplum TV-yə bildirib.

Mamedov da Aİ-nin Azərbaycan hakimiyyətinin xeyrinə “ikili standartlar” tətbiq etdiyini deyir.

“Saxta xəyanət ittihamları ilə Bəhruz Səmədova verilmiş 15 illik həbs cəzasına zəif reaksiya verilir, halbuki Gürcüstana daha yüngül hadisələrə görə sərt sanksiyalar tətbiq olunub. Bu, göstərir ki, Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini bəyan etdiyi dəyərlərdən üstün tutur”, - o qeyd edir.

Mamedovun fikrincə, iqtisadi əməkdaşlıq fonunda Əliyevin tənqidləri 3 əsas hədəfə söykənir. “Birincisi - daxili auditoriyaya mesaj: Qərbə qarşı dayandığını göstərir, eyni zamanda enerji razılaşmalarını qoruyur. İkincisi - geosiyasi mövqe: Azərbaycanı Aİ ilə danışıqlarda tabe olan yox, bərabər tərəf kimi təqdim etmək istəyir. Üçüncüsü - Aİ-nin qırmızı xətlərini yoxlamaq: Əliyev Brüsseli hansı həddə qədər sıxa biləcəyini yoxlayır”, - o əlavə edib.

🇮🇹 👩📚 Sizcə, Azərbaycanda da belə qanun qəbul edilməlidir?İtaliya Senatı qadın qətllərini (femisid) ayrıca cinayət kimi ...
27/07/2025

🇮🇹 👩📚 Sizcə, Azərbaycanda da belə qanun qəbul edilməlidir?

İtaliya Senatı qadın qətllərini (femisid) ayrıca cinayət kimi tanıyaraq, ömürlük həbslə cəzalandırılan qanun layihəsini qəbul edib.

Senat qərarı yekdilliklə qəbul edib.

Qadının “qadın olduğu üçün öldürülməsi” avtomatik olaraq ömürlük həbs cəzası ilə cəzalandırılacaq.

“British Petroleum” (BP) və İtaliyanın “Eni SpA” şirkətləri Azərbaycanı çirkli neft satmaqda ittiham ediblər. Bu barədə ...
27/07/2025

“British Petroleum” (BP) və İtaliyanın “Eni SpA” şirkətləri Azərbaycanı çirkli neft satmaqda ittiham ediblər. Bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “BP Plc” Azərbaycan neftinin bəzi partiyalarında üzvi xloridlərin (organic chlorides) aşkarlanması ilə bağlı xəbərdarlıq edib. Bu maddə artıq miqdarda olduqda, neft emalı zavodlarına və texnoloji avadanlıqlara ciddi ziyan vura bilər.

İtaliyanın enerji şirkəti “Eni SpA” isə çirkli neft partiyalarından bir neçəsini aldığını və həmin emal sisteminə daxil olduğunu bəyan edib.

Hökumət dairələrində hasilatın artırılması ilə bağlı ciddi göstərişlər verilsə də, görülən tədbirlər və qoyulan investisiyalar hələlik gözlənilən nəticəni verməyib. 2025-ci ildə neft hasilatının 2024-cü illə müqayisədə sabit saxlanılması proqnozlaşdırılıb. Lakin ilin birinci yarısının göstəricilərində artıq proqnozların reallaşmayacağını görmək olur.

Meydan TV-yə danışan “Azneft”də çalışan mütəxəssislərdən bildirib ki, bu sahədə idarəetmədə qeyri-peşəkarlıq və texniki problemlər mövcuddur:

“Bir çox quyuların istismarında texniki yanlışlıqlara yol verilir. Hətta bəzi quyular bir müddət dayandırıldı. Onların yenidən istismarı çətinləşib”.

Britaniyaya bağlı olan Gernsi adasında maliyyə məsləhətçisi olan Jinett Luiza Blondeli 2024-cü ilin martında adanın Mali...
20/07/2025

Britaniyaya bağlı olan Gernsi adasında maliyyə məsləhətçisi olan Jinett Luiza Blondeli 2024-cü ilin martında adanın Maliyyə Xidmətləri Komissiyası (GFSC) cərimələyib: uyğun lisenziyası olmadan fəaliyyət göstərdiyi və iki “yüksək riskli” müştəriyə idarəetmə və inzibati xidmətlər göstərərkən hüquqi yoxlama aparmaq vəzifəsini yerinə yetirmədiyi üçün.

“Forbidden Stories” və “The Sentry” bu müştərilərdən birinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi olduğunu açıqlayıb.

AzadlıqRadiosu yazır ki, Gernsi adasında yaşayan Jinett Luiza Blondelin pulyuma sisteminin əsas oyunçularından olduğu bildirilir. O, lisenziyasız fəaliyyətə görə 2024-cü ildə cərimələnəndə GFSC onun müştərilərinin adlarını açıqlamayıb.

Çoxsaylı mənbələr isə “Müştəri 2”nin Heydərovlar ailəsi olduğunu göstərir. Blondelin lisenziyasız xidmət göstərdiyi şirkətlərin isə Heydərovun ailə üzvlərinə, onlardan bəzilərinin birbaşa Avropadakı aktivlərə bağlı olduğu bildirilir.

Daha bir qayda pozuntusu Blondelin “yüksək risk” müştərilərinin maliyyə və sərvətinin mənbəyini müəyyən etməməsidir. Bu kölgə müşavirinin 10 il ərzində maliyyə sektorunda əsas vəzifələr tutması yasaqlanıb, üstəlik, 210 min funt-sterlinq cərimələnib.

İlham Əliyev: “AZAL təyyarəsi kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu,...
20/07/2025

İlham Əliyev: “AZAL təyyarəsi kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı”.

Azərbaycan 2024-cü ilin dekabrında Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırlayır. Bunu Xankəndidə Şuşa Media Forumunda çıxışı zamanı ölkə prezidenti İlham Əliyev deyib:

“7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rusiyanın tədqiqat komissiyasına məktub ünvanlayır. Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək”

Olimpiya Stadionu layihəsində “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri kimi fəaliyyət göstərən Azər Əkbər oğlu Kazımov A...
19/07/2025

Olimpiya Stadionu layihəsində “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri kimi fəaliyyət göstərən Azər Əkbər oğlu Kazımov Azərbaycanda vergidən yayınma və qanunsuz sahibkarlıq cinayətlərində ittiham olunaraq axtarışa verilib.

O, 2021-ci ildən İsveç vətəndaşı olmasına baxmayaraq, bu il iyulun 15-də Xorvatiya sərhəddində İnterpol tərəfindən saxlanılıb və hələ də sərbəst buraxılmayıb.

Ailəsinin həbsindən sonra Meydan TV- yə verdiyi açıqlamaya görə, 57 yaşlı Azər Kazımov CM-in 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Yerli mediada hələ 10 il bundan əvvəl yayılmış xəbərlərdə Azər Kazımovun yarım milyon manat vergi borcuna görə ölkədən qaçdığı deyilirdi.

Azər Kazımovun ailəsi Meydan TV-yə bildirib ki, o, bir neçə dövlət layihəsində, o cümlədən Olimpiya Stadionunun təməl işlərində podratçı kimi iştirak edib. Görülən işlərə görə ödəniş Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi vasitəsilə həyata keçirilsə də, 2013-cü ilin sonlarında işlər təhvil verilməsinə baxmayaraq, şirkət son aylara aid ödənişləri ala bilməyib və 2 milyon manat ziyana düşüb.

Ailə bildirir ki, Azər Kazımov pulu almaq üçün rəsmi qurumlara müraciət etdikdə, 2014-cü ilin əvvəlində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin o zamankı rəisi Mirqafar Seyidov onu təhdid edərək, “istəsək, səni elə maddələrlə yükləyərik ki, bir də çıxmazsan” deyib. Bu təhdidlərdən sonra Kazımov ölkədən çıxıb. Daha sonra onun barəsində cinayət işi açılıb və beynəlxalq axtarışa verilib. Ailəsinin sözlərinə görə, hazırda bu səbəbdən saxlanılıb.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 24SAAT.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share