Camnyus - JAMnews Azerbaijani

  • Home
  • Camnyus - JAMnews Azerbaijani

Camnyus - JAMnews Azerbaijani "JAMnews" Qafqazdakı bütün böyük hadisələri əhatə edən çoxdilli xəbər portalıdır.

📢 Azərbaycanda yerli idarəetmədə dəyişikliklər gözlənilir.  🔹 Uzun illər bölgələrdə əsas icraedici orqan kimi fəaliyyət ...
14/08/2025

📢 Azərbaycanda yerli idarəetmədə dəyişikliklər gözlənilir.

🔹 Uzun illər bölgələrdə əsas icraedici orqan kimi fəaliyyət göstərən icra hakimiyyətlərinin struktur islahatlarının astanasında olduğu səsləndirilir.
🔹 Məqsəd qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və idarəetməni daha çevik etməkdir.
🔹 Plan: Bəzi idarələrin birləşdirilməsi, digərlərinin yenidən formalaşdırılması.

💬 “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki:
● İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "xüsusi nümayəndəliklər" artıq effektivliyini sübut edib.
● Gələcəkdə icra hakimiyyətlərinin ləğv olunaraq səlahiyyətlərin bu nümayəndəliklərə ötürülməsi müzakirə olunur.
● Bu addım yalnız Konstitusiyaya dəyişiklik edildikdən sonra mümkün olacaq.

📊 İcra Hakimiyyəti vs. Xüsusi Nümayəndəlik:
● İcra başçısı: ənənəvi model, daha çox yerli idarəetmə və sosial sahələrə cavabdehdir.
● Xüsusi nümayəndəlik: strateji koordinasiya, infrastruktur, investisiya, təhlükəsizlik və bərpa layihələri ilə məşğul olur, birbaşa prezidentə hesabat verir.

📌 İslahatın səbəbləri:
● Paralel funksiyalar və təkrar idarəetmə strukturlarının aradan qaldırılması,
● Büdcə xərclərinin azaldılması,
● Yerli idarəetmədə çevikliyin artırılması.

⚠️ Növbəti mərhələ:
● Konstitusiyada dəyişiklik ehtimalı,
● Referendum,
● Tamamilə yeni regional idarəetmə modelinin tətbiqi.

💡 Əliməmməd Nuriyev: “Yerli icra hakimiyyətləri müasir çağırışlara cavab vermir. Səlahiyyətləri məhdud, resursları azdır. Xüsusi nümayəndəliklər isə daha çevik və təsirli strukturlardır”.

2024-cü ildə "Həmişə aktyorların güzəranı dövlətdən asılı olub. Dövlət olmasa aktyor var ola bilməz. Həmişə aktyoru, tea...
14/08/2025

2024-cü ildə "Həmişə aktyorların güzəranı dövlətdən asılı olub. Dövlət olmasa aktyor var ola bilməz. Həmişə aktyoru, teatrı dövlət dolandırıb. Mən səs verdiyim, şəxsiyyətinə inandığım prezidentimdən yenə də teatrın rifahı naminə nəsə etməsini arzulayıram", - deyən aktrisa Afaq Bəşirqızı 2025-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

“Şərəf” ordeni aktrisaya Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təqdim edilib.

Xalq artisti olan Afaq Bəşirqızının avqustun 70 yaşı tamam olur.

14 avqust, Azərbaycanda Gündəm ● “Avropa İttifaqının Monitorinq Missiyası (EUMA) vaxtından əvvəl Ermənistan ərazisindən ...
14/08/2025

14 avqust, Azərbaycanda Gündəm

● “Avropa İttifaqının Monitorinq Missiyası (EUMA) vaxtından əvvəl Ermənistan ərazisindən çıxarıla bilər. Vaşinqtonda paraflanmış sülh sazişinin 7-ci maddəsinə görə, tərəflər ortaq sərhədləri boyunca üçüncü ölkələrin silahlı qüvvələrini yerləşdirməməlidirlər”, – deyə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.

● “Rusiya "Tramp Marşrutu" layihəsinin detallarını öyrənməyi planlaşdırır. Cənubi Qafqaza bölgə xaricindən olan qüvvələrin cəlb olunması sülh gündəminin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni bölücü xətlər yaratmamalıdır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.

● “Moskva Azərbaycanda saxlanılan rusiyalıların vaxtından əvvəl azad edilməsi və vətənə qaytarılması variantları üzərində Bakı ilə işləyir. Belə bir qərar Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı”, - deyə Aleksey Fadeev bildirib. Bakı hələlik bu bəyanata münasibət bildirməyib.

● İsveçrə parlamentinin yuxarı palatasının Xarici İşlər Komitəsi 5 noyabr 2024-cü ildə Cenevrə kantonundan bir neçə deputat tərəfindən təqdim olunmuş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanda siyasi məhbusların azad edilməsi” adlı qətnamə layihəsini rədd edib. Komitə bəyanatında təşəbbüsün birtərəfli olduğunu, tələblərin yalnız Azərbaycan tərəfinə yönəldiyini bildirib və belə yanaşmaya etirazını ifadə edib. Bu barədə hökumətyönlü “Report” saytı məlumat verib.

● Dövlətə xəyanətdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi analitik Bəhruz Səmədov məhkəmə prosesinin ictimaiyyətə açıq keçirilməsini və dostlarının iştirakına icazə verilməsini tələb edir. Onun nənəsi Zibeydə Osmanova “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə bildirib ki, məhkəmə bu tələbini və daha 20-yə yaxın digər vəsatətini rədd edib.

Vaşinqtondakı üçtərəfli görüşdən sonra “Rusiya-1” telekanalının aparıcısı Vladimir Solovyov Xəzər dənizində NATO bazası ...
13/08/2025

Vaşinqtondakı üçtərəfli görüşdən sonra “Rusiya-1” telekanalının aparıcısı Vladimir Solovyov Xəzər dənizində NATO bazası yaradılacağı halda, Rusiyanın Azərbaycana qarşı yeni “xüsusi hərbi əməliyyat” başlada biləcəyini deyib.

“Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, Ukrayna müharibəsi bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər.

Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki tərəflərdən heç biri onlardan rəsmi olaraq geri çəkilməyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanında iştirakını, xüsusilə də respublika ərazisindən keçən tranzit əməliyyatlarının tənzimlənməsi baxımından, nəzərə almaq vacibdir”.

Rusiyalı siyasətçilər və hərbi blogerlər də Azərbaycana qarşı iqtisadi və siyasi təzyiq variantlarını müzakirə etməyə başlayıblar.

“Middle East Eye” nəşrindəki Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə Türkiyə b...
13/08/2025

“Middle East Eye” nəşrindəki Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Nəcməddin Sadıkovun dindirildiyi yazılıb.

Türkiyəli jurnalist, məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edərkən bildirib, həmin dövrdə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib.

Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur.

Məlumata əsasən, 2020-ci ildəki 44 günlük müharibə zamanı Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.

Bildirib ki, Türkiyə rəsmiləri müharibə dövründə onun kənarlaşdırılmasını təşkil edib, Türkiyəyə apararaq generalı dindirib. Yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib.

N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Sonradan DTX-də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət təqibi başlanılıb, dəfələrlə müxtəlif məhkəmə proseslərində, o cümlədən "Tərtər işi"ndə adı hallanıb, dindirilməsi tələb edilib.

🇦🇿 13 avqust, Azərbaycanda Gündəm🔹 Donald Trump Ağ Ev görüşünün videosunu yenidən paylaşdıABŞ Prezidenti Donald Trump 8 ...
13/08/2025

🇦🇿 13 avqust, Azərbaycanda Gündəm

🔹 Donald Trump Ağ Ev görüşünün videosunu yenidən paylaşdı

ABŞ Prezidenti Donald Trump 8 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Ağ Evdə keçirilən görüşün videosunu "Truth Social"da paylaşıb:

“Onlarla sülh sazişini imzalamaq böyük şərəf idi. Bu iki şəxs gözəl insanlar və böyük liderlərdir. İndi onlar mənim yaxşı dostlarımdır!”

🔹 ABŞ Dövlət Departamentinin açıqlaması

Dövlət Departamenti sözçüsü Tammi Bryus: “İmzalanan bəyannamə ABŞ Prezidenti üçün çox önəmlidir. Bütün dünya bilir ki, Trump ciddi şəkildə qəbul olunmalıdır. Bakı-Yerevan sülh bəyannaməsi göstərdi ki, Trump sülh prezidentidir”.

🔹 Azərbaycan və Ermənistan XİN rəhbərləri telefonla danışıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqton sammitində imzalanan sülh bəyannaməsinin icrası və etimad qurucu tədbirləri müzakirə ediblər. Tərəflər birbaşa dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

🔹 Rusiyanın Azərbaycana qarşı siyasəti

Ukraynalı ekspert Mixaylo Honçar SOCAR obyektlərinə edilən raket hücumlarını şərh edib: “Rusiya Azərbaycana qarşı çoxşaxəli sabotaj siyasətinə keçib. Bakı Avropa İttifaqı qaz bazarında mövqelərini gücləndirir, Moskva buna qarşı heç nə edə bilmir və zəifliyini gizlətmək üçün kiçik ziyan vurmağa çalışır. Azərbaycan enerji resurslarına maraq artır, ABŞ-nin ExxonMobil şirkəti Xəzərdəki Qarabağ qaz yatağı ilə maraqlanır. Bakı təzyiqlərə tab gətirəcək”.

🔹 "AbzasMedia" məhkəməsi

Apellyasiya Məhkəməsi “AbzasMedia işi” üzrə jurnalistlərin vəsatətlərini, o cümlədən Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçürülmə xahişlərini rədd edib. Məhkəmə zalında qadın və kişi jurnalistlər ayrı-ayrı şüşə kabinələrdə saxlanılıb. Qadın jurnalistlər çıxışları eşitmədiklərini bildirib zalı tərk etmək istəyiblər, nəticədə qarşıdurma yaranıb.

🔹 Türkiyə-Gürcüstan əməkdaşlığı

Türkiyə və Gürcüstan müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığı gücləndirəcək, illik ticarəti $3 milyarddan $5 milyarda qaldırmağı planlaşdırır. Ankarada Ərdoğan və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında razılaşma əldə olunub. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli parlament görüşü də planlaşdırılır.

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli...
12/08/2025

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.

H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.

Hicran Hüseynova 2015-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bəs siz Hüseynovanın hansı xidmətlərini bilirsiniz?

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqı...
11/08/2025

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni paylaşılıb.

Sülh sazişinin mətninə görə, Azərbaycan və Ermənistan, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.

Sazişə görə, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Mətnə əsasən, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər.

Tərəflər Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.

Sülh müqaviləsi 17 maddədən ibarətdir və heç bir dəyişiklik edilməyəcəyi bildirilir.

Tam mətni oxumaq üçün linkə keçid edin: https://shorturl.at/EVVOM

“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlı Vaşinqtonda keçirilən “Tarixi sülh görüşü” barədə fik...
11/08/2025

“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlı Vaşinqtonda keçirilən “Tarixi sülh görüşü” barədə fikirlərini həbsxanadan göndərdiyi mətbunda qeyd edib:

"Orada tərəflərdən birinin geri addım atması ehtimalı barədə sual verib, hər üç ölkə rəhbərindən cavab alan jurnalistə diqqət yetirdinizmi? Onun sualı ilə yaranan maraq və gərginlik müstəqil jurnalistlə, ələbaxan mirzənin fərqini aşkar ortaya qoydu.

Mən özüm təəssüf ki, orada iştirak edə bilmədim. Əvvəla, ona görə ki, “Kürdəxanı”dan Vaşinqtona yol xeyli uzaqdır, üstəlik vizam da yoxdur.

Amma İlham Əliyevə sualımı buradan ünvanlamaq imkanım, əlbəttə, mövcuddur:

Bəs, öz ölkənizin vətəndaşları ilə necə, sülh bağlamaq fikriniz varmı? Sizin özünüz və ətrafınız xalqın sərvətini talayır, polisləriniz əzir, müstəntiqləriniz sifarişlə işləyir, insanlar başlarına endiriləcək dəyənək zərbəsinin qorxusundan səslərini çıxara bilmirlər. Bütün bu həqiqətləri yazan, göstərən jurnalistlər isə “qaçaqmalçı” adı ilə həbs olunur.

Beləliklə, Əliyev, sülh, həqiqi sülh olacaqmı?!"

Tam mətni oxumaq üçün linkə keçid edin: https://shorturl.at/xscoe

📢 Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb.🔹 Sərəncama əsasən, Azərba...
11/08/2025

📢 Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb.

🔹 Sərəncama əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlıqları alınaraq Ukraynaya göndəriləcək.
🔹 Bunun üçün Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dolları ayrılacaq.
🔹 Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq, son illərdə Ukraynaya dəfələrlə yardım göndərib.

📌 Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

🇦🇿🇺🇸🇦🇲 Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan...
08/08/2025

🇦🇿🇺🇸🇦🇲 Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar.

🔹 Əvvəlcə Tramp Paşinyan və Əliyevlə ayrı-ayrılıqda görüşüb, sonra isə üçtərəfli formatda danışıqlar aparılıb.
🔹 Tramp: “Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır”.
🔹 Liderlər Qarabağ münaqişəsinin iki müharibə (1988-1994 və 2020) və 2023-cü il əməliyyatlarından sonra tam həll olunduğunu bildiriblər.
🔹 “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və 99 illiyə ABŞ-yə veriləcək.
🔹 ABŞ hər iki ölkə ilə ikitərəfli sənədlər imzalayıb.

💬 İlham Əliyev:
- “Biz yeni tarixi səhifəyə imza atırıq”.
- ABŞ ilə strateji tərəfdaşlıq xartiyası hazırlanacaq.
- “907-ci düzəliş”in ləğvinə görə Trampa təşəkkür edirəm.

💬 Nikol Paşinyan:
- “Keçmişi keçmişdə qoyaraq irəli baxırıq”.
- Trampın Nobel Sülh Mükafatına namizədliyini müdafiə edəcəyik.

💬 Əliyev və Paşinyan Trampın Nobel üçün birgə müraciətinə razılaşıblar.

📜 907-ci düzəliş (1992) - ABŞ hökumətindən Azərbaycana birbaşa yardımın qarşısını alan qanun maddəsi idi. İndi ləğv olunub.

✒️ Sonda liderlər tarixi sənədi imzalayıblar.

2020-ci ildə ABŞ-nin təşəbbüsü ilə start verilmiş “İbrahim razılaşmaları” (Abraham Accords) adlanan diplomatik təşəbbüs ...
08/08/2025

2020-ci ildə ABŞ-nin təşəbbüsü ilə start verilmiş “İbrahim razılaşmaları” (Abraham Accords) adlanan diplomatik təşəbbüs İsrail ilə yaxın əlaqələrə malik Azərbaycan tərəfindən hələ də imzalanmayıb.

ABŞ administrasiyası, xüsusilə prezident Donald Tramp, bu razılaşmaları tarixi sülh təşəbbüsü kimi təqdim edir. Tramp “İbrahim razılaşmaları”nın daha çox Orta Şərq (Mərkəzi Asiya) ölkəsi tərəfindən qəbul olunmasının bölgədə sülh və sabitliyi təmin edəcəyini vurğulayıb. Onun administrasiyasının əsas məqsədlərindən biri İsraillə “mötədil” adlandırılan ərəb ölkələri arasında münasibətləri normallaşdıraraq Yaxın Şərqdə (Qərbi Asiya) gərginliyi azaltmaqdır.

Bu çərçivədə həmin ölkələrə inkişaf etmiş texnologiyalara və yeni ticarət imkanlarına çıxış vəd edilir. Tərəfləri birləşdirən əsas motiv isə İranın ortaq regional təhlükə kimi görülməsidir. Beləliklə, Trampın təşəbbüsü İsrail ilə ərəb dövlətlərini ortaq maraqlar (əsasən İran təhdidinə qarşı) əsasında yaxınlaşdırmağı və bölgədə yeni bir güc balansı formalaşdırmağı hədəfləyir.

Azərbaycan İsrail ilə sıx əlaqələrə malik müsəlman ölkələrdən biri olsa da, indiyədək “İbrahim razılaşmaları”na qoşulmayıb.

Nəyə görə rəsmi Bakı bu təşəbbüsdən kənarda qalır? Bu qərarın arxasında hansı siyasi və strateji səbəblər dayanır?

Daha ətraflı oxumaq üçün linkə keçid edin: https://shorturl.at/W8gO8

Address


Alerts

Be the first to know and let us send you an email when Camnyus - JAMnews Azerbaijani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Haqqımızda

Biz bütün Cənubi Qafqazda baş verən hadisələri əks etdirən və Cənubi Qafqazda yaşayan insanların hekayələrini danışan böyük beynəlmiləl bir komandayıq. Biz təbliğat aparmırıq və heç bir siyasi partiyanın tərəfini tutmuruq. Biz nə müxalifətin, nə də iqtidarın resursu deyilik. Məqalə və xəbərlərin mövzuları regionda yaşayan insanlar üçün daşıdığı əhəmiyyətə görə seçilir.

Biz baş verənlər barədə sizə xəbər çatdırırıq, nəticə çıxarmaq isə artıq sizlikdir.

Biz inanırıq ki, Qafqaz ölkələrində insanlar bir-birini daha yaxşı tanımalı və anlamalıdırlar. Bu səbəbdən ölkələrimizdə yaşayan insanları ən çox narahat edən ən vacib hadisələr barədə xəbər veririk. Yalnız JAM-da siz sadə və hamının anlaya biləcəyi Azərbaycan dilində Gürcüstanda, Ermənistanda, Abxaziyada, Cənubi Osetiyada və hətta Dağlıq Qarabağda baş verən olayıar barədə məlumat ala bilərsiz.