Xeberler Azerbaycan

  • Home
  • Xeberler Azerbaycan

Xeberler Azerbaycan Xəbərlər BU SAYT XEBERLER SAYTIDIR

Kişi tez-tez gül istəyən arvadını balta ilə öldürdüRusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zam...
05/10/2024

Kişi tez-tez gül istəyən arvadını balta ilə öldürdü
Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.

hadisə sentyabrın 30-a keçən gecə baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub.

Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb.

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasından 4 il ötür."Qafqazinfo" xəbər verir ki, 2020-ci ...
05/10/2024

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasından 4 il ötür.

"Qafqazinfo" xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilib.

Nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülüb, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət alıb.

Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Azərbaycanın xarici işlər naziri ABŞ-yə işgüzar səfərə yola düşübAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun B...
22/09/2024

Azərbaycanın xarici işlər naziri ABŞ-yə işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edibMüdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış ...
22/09/2024

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.

Sabaha olan hava proqnozu açıqlanıb!Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu ol...
22/09/2024

Sabaha olan hava proqnozu açıqlanıb!
Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.

12-14 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvəl...
13/09/2024

12-14 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınmış, düşmənə sarsıdıcı zərbələr vurulmuşdur.

Döyüşlər zamanı vətən torpağının hər qarışını qanı, canı bahasına qoruyaraq qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızı rəhmətlə anırıq...

Şəhidlər ölməz, Vətən bölünməz!🇦🇿

12/08/2024

Gözəl Vətənimizin təbiətindən qısa bir videokadr🇦🇿🥰♥️

12/08/2024

⏭️Ölkəmizi Avropa səhnəsində qürurla təmsil edən Qarabağ komandası sabah,Bolqarıstanda Lüdoqorets komandası ilə Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaq⚽🤩 Hesab təxminlərinizi yazın🤔⚽🇦🇿

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Xeberler Azerbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share