DİB TV

DİB TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DİB TV, TV Channel, Baku, .

01/09/2026

Qırğızıstan vətəndaşları Azərbaycan və prezident İlham Əliyev haqqında:

01/09/2026

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkek şəhərində

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi iştirak edirlər.

31/08/2026

İlham Əliyev və Paşinyan Bişkekdə görüşdü: Sülh və TRIPP müzakirə edildi.

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə ŞƏT Zirvə toplantısı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, İlham Əliyev və Nikol Paşinyanın Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən Ermənistana Azərbaycan ərazisi ilə tranzit, eləcə də iki ölkə arasında ticarət və enerji əlaqələrinin qurulması sülh dividendlərinin mühüm göstəriciləri kimi qeyd olunub. Liderlər iqtisadi və işgüzar əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Tərəflər dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb, həmçinin Vaşinqton razılaşmalarının əsas nəticələrindən olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” nun (TRİPP) həyata keçirilməsi və bu marşrut üzrə bağlantı layihələrini müzakirə ediblər.

Görüşdə parlamentarilər və vətəndaş cəmiyyəti arasında etimad quruculuğu təmasları da müsbət qiymətləndirilib. Liderlər birbaşa ikitərəfli təmasları davam etdirmək, davamlı sülhü və dövlətlərarası münasibətlərin normallaşmasını möhkəmləndirmək, həmçinin regional bağlantıları gücləndirmək barədə razılığa gəliblər.

29/08/2026

Azərbaycan Səfirliyinin Qonaq Evi qarşısında təxribat törədən “NAÇBOL”lar kim idi?

Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evi qarşısında Azərbaycan əleyhinə plakatlar yerləşdirən “naçbol”lar kimlərdir? Avqustun 27-də baş verən aksiyanın arxasında kimlərin dayandığı və “naçbol”ların siyasi keçmişi DİB-də araşdırılır.

💬 Sizcə, diplomatik nümayəndəliyin qarşısında belə bir aksiyanın keçirilməsi təsadüfi təşəbbüs ola bilərmi? Fikirlərinizi şərhlərdə bölüşün.

29/08/2026

Başqa cəmiyyətlərdə yaşayıb, başqa mədəniyyətləri öyrənəndə inkişaf edirsən

Fərqli cəmiyyətlərdə yaşamaq insanın dünyaya baxışını necə dəyişir? Başqa mədəniyyətləri, həyat tərzlərini və düşüncə modellərini yaxından tanımaq bizə nə qazandırır? Yeni mühitə uyğunlaşmaq insanın öz cəmiyyətinə və özünə kənardan baxmasına necə kömək edir? Fərqli mədəniyyətlərlə təmasın insanın şəxsi və intellektual inkişafındakı rolu DİB Podcast-da müzakirə olunur.

📺 Podkastı ətraflı izləyin:

https://youtu.be/tpMU340F3v4

💬 Sizcə, başqa cəmiyyətlərdə yaşamaq və fərqli mədəniyyətləri öyrənmək insanı necə dəyişir? Fikirlərinizi şərhlərdə bölüşün.

28/08/2026

🚨 Ali məktəbə görün kimlər qəbul oldu

Ali məktəblərə qəbulun nəticələri və bu il tələbə adını qazananlarla bağlı diqqətçəkən məqamlar DİB Xəbərin yeni buraxılışında.

DİB Xəbər | 28.08.2026

▶️ Ətraflı “Reels” videosunda izləyin.

💬 Sizcə, bu il ali məktəblərə qəbul nəticələrində ən diqqətçəkən məqam nədir? Fikirlərinizi şərhlərdə bölüşün.

28/08/2026

Biz sosial heyvanıqsa, nə üçün “heyvan” sözü xətrimizə dəyir?

İnsan bioloji baxımdan heyvandırsa, niyə “heyvan” deyildikdə bunu təhqir kimi qəbul edirik? Bizi digər canlılardan ayıran əsas xüsusiyyətlər nələrdir? Cəmiyyət, dil və mədəniyyət “heyvan” sözünə niyə mənfi məna qazandırıb? İnsan və heyvan anlayışları arasındakı sərhəd DİB Podcast-da müzakirə olunur.

📺 Podkastı ətraflı izləyin:

https://youtu.be/tpMU340F3v4

💬 Sizcə, “heyvan” sözü niyə insan üçün təhqir kimi səslənir? Fikirlərinizi şərhlərdə bölüşün.

27/08/2026

🚨 Oğrular saxlanıldı
Hadisə ilə bağlı araşdırma davam edir. Təfərrüatlar DİB Xəbərdə.
📅 DİB Xəbər - 27.08.2026

27/08/2026

🚨 Moskvada Azərbaycan Səfirliyinin Qonaq evi qarşısında təxribat

Moskvada Azərbaycan Səfirliyinin Qonaq evi qarşısında baş verən təxribat və hadisənin detalları DİB Xəbərin yeni buraxılışında.

DİB Xəbər | 27.08.2026

▶️ Ətraflı “Reels” videosunda izləyin.

💬 Sizcə, bu təxribatın arxasında hansı məqsəd dayanır? Fikirlərinizi şərhlərdə bölüşün.

27/08/2026

Bir insanı təhsildən öncə formalaşdıran onun təhsilli olmalı olan ailəsidir

İnsanın dünyagörüşünün və davranışlarının formalaşmasında ailənin rolu nə qədər böyükdür? Təhsil yalnız məktəbdən başlayır, yoxsa uşağın ilk müəllimi elə ailəsidir? Ailənin savadlı və maarifli olması uşağın gələcəyinə necə təsir edir? Ailə və təhsilin insanın formalaşmasındakı rolu DİB Podcast-da müzakirə olunur.

📺 Podkastı ətraflı izləyin:
https://youtu.be/tpMU340F3v4

💬 Sizcə, insanın formalaşmasında ailə daha böyük rol oynayır, yoxsa məktəb və təhsil? Fikirlərinizi şərhlərdə bölüşün.

Address

Baku

1001

Website

Alerts

Be the first to know and let us send you an email when DİB TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share