Türklərin Izində

Türklərin Izində YouTube-də bu mövzuya həsr etdiyim Kanalım seyirçilər arasında çox populyarlıq qazanmışdı.Gözügötür..
(1)

"Türklərin izində" - Xəbər saytı maraqlı məlumatlarla dolu olacaq. İzləməyi unutmayın.

30/07/2026

"Bu xalq olduqca cəsur, döyüşkən, eyni zamanda qonaqpərvərdir və xaricilərə qarşı çox nəzakətli davranır, lakin onların qüruruna toxunmaq çox təhlükəlidir. Azərbaycan türkləri qonağı öz evlərində hər şeydən üstün tuturlar.Burada yerli tacirlər sözlərinə olduqca sadiqdirlər, onlarla sövdələşmə zamanı "əl sıxmaq" bəzən yazılı müqavilədən daha üstün tutulur. Azərbaycan türkləri Nadir Şahın ən sadiq insanlarıdır, bu xalqın mümayəndələri dünyanın ən dözümlü insanlarıdır, onlar az qida və su ilə günlərlə yol gedə bilirlər və şahlarına qarşı sarsılmaz sadiqlik bəsləyirlər.

Bu xalqın qonaqpərvərliyi hər cür tərifə layiqdir. Onlar üçün qonaq müqəddəsdir. Əgər siz burada bir nəfərin evinə daxil oldunuzsa, o, sizə ən yaxşı süfrəsini açmağı özünə borc bilir. Onlar həm də çox qürurlu və cəsurdurlar; hər bir kişi özünü bir döyüşçü kimi aparır və silah gəzdirməyi özünə şərəf sayır. Azərbaycan türkləri qul kimi yaşamaqdansa, at belində ölməyi özlərinə ən böyük şərəf sayırlar".

İngilis taciri və səyyahı Jonas Hanwayın "Xəzər dənizi vasitəsilə ticarət üzrə Britaniya tacirinin tarixi hesabatı" adlı kitabından (1753).

Qeyd: Müəllif Xəzər dənizi vasitəsilə İngiltərə ilə Persia arasında birbaşa ticarət yolu qurmaq üçün regiona səyahət edir və burada o dövrdə dünyada ən güclü şəxsiyyət, fateh, dövlət başçısı olan olan azərbaycanlı Nadir Şahla şəxsən görüşür.

Kitabı PDF formada oxumaq üçün

https://openlibrary.org/books/OL32347189M/An_historical_account_of_the_British_trade_over_the_Caspian_Sea?hl=en-US

Prof. Dr. Zaur Aliyev .

Şəkil: Azərbaycanlılar, 1900-cü illər.

Bəyənək və paylaşaq.

https://www.facebook.com/share/p/195N7HcyBo/
15/06/2026

https://www.facebook.com/share/p/195N7HcyBo/

ŞUMER - AKKAD MƏDƏNİYYƏTİNDƏ
TÜRK TAMĞALARI VAR !!!

Şumer(Su Ər) və Akkad(Ağ Atlı) mədəniyyətində Günəşi təmsil edən SəkkizGuşəli ulduz və Ayı təmsil edən Aypara simvolları geniş şəkildə istifadə olunmuşdur. Bu işarələr qədim Ön Asiya xalqı olan Türk xalqlarının kosmoqonik dünyagörüşünün mühüm hissəsi idi.

Türk xalqlarının qədim inanc sistemində Günəş və Ay müqəddəs sayılmış, bu simvollar əsrlər boyu dövlətçilik, sənət və dini təsəvvürlərdə yaşadılmışdır. Bu oxşarlıqlar bəzi tədqiqatçıların Şumer - Akkad mədəniyyəti ilə qədim türk mədəniyyəti arasında əlaqələr axtarmasına haqqlı səbəb olmuşdur.

Bu da təsadüfü deyil ki, Azərbaycan🇦🇿 və digər Türk dövlətlərinin bayraqlarında AyPara və SəkkizGuşəli tamğaların olması hər şeyi açıq şəkildə ortaya qoyur yəni Şumer və Akkad mədəniyyəti Ulu Türklərin mədəniyyəti olmuşdur. Conata Kramer də öz əsərlərimdə bu təstiq edir. Hətta Xəzər Albaniyasına məxsus xaçdaşlarda SəkkizGuşəli ulduzlar var idi. 🥰😎

Paşa Əsədgil,
Admin.





#КавказскаяАлбания


#𐱅𐰇𐰼𐰰

#АлбанскаяЦерковь

https://www.facebook.com/share/p/17WTQR724c/
30/05/2026

https://www.facebook.com/share/p/17WTQR724c/

Oğul, unutma!
Dədələrin Altaydan Təbrizə, Qafqazdan Avropaya dövlət qurmuş!
Dövlətli səsin qitələrə, dənizlərdən uzaqlara sədalanmış!
Bayrağın Dehlidən Qahirəyə, Bakıdan Bağdada işıq saçmış!
Sən Şanlı mirasın Qürurlu varisisən!

aktiv fanatlar

20/05/2026

🇹🇷🇦🇿 General-Leytenant Valeh Bərşadlının Anım Günü

15 may — Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Valeh Bərşadlının vəfatının ildönümüdür.

Valeh Bərşadlı 1927-ci il iyulun 6-da Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir.

Cəmi 14 yaşında könüllü olaraq hərbi xidmətə gedən Bərşadlı, 18 yaşına çatmadan Bakı Zenit Artilleriyası Məktəbini və Qırmızı Bayraq Kiyev Özüyeriyən Artilleriyası Məktəbini uğurla bitirmişdir.

Onun hərbi karyerası olduqca parlaq bir yol keçmişdir: sadə bir tağım komandirindən başlayaraq Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrinin — o dövr üçün ən nəhəng ordulardan birinin — komandan müavinliyinə qədər yüksəlmişdir.

43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş və 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi alan ilk azərbaycanlı olmaq şərəfinə nail olmuşdur.

Müstəqil Azərbaycanın qurulması ilə birlikdə Valeh Bərşadlı ölkəsinin xidmətinə keçmiş, 1992-ci ildə Azərbaycanın ilk müdafiə naziri vəzifəsini üstlənmişdir.

Baş qərargah rəisi kimi Azərbaycan tarixinə Goranboy və Ağdərə hərbi əməliyyatlarının uğurla icra edilməsini həkk etdirmiş, 1992-ci ildə isə öz istəyi ilə vəzifəsindən istefa vermişdir.

Valeh Bərşadlı 1999-cu il mayın 15-də dünyasını dəyişmiş, xidmətlərinin layiqli təqdiratı olaraq məzarı Fəxri Xiyabanda yerləşdirilmişdir.

Allah rəhmət eləsin. Xatirəsi daim yaşayacaq.

https://www.facebook.com/share/p/18kYhmcWfL/
29/04/2026

https://www.facebook.com/share/p/18kYhmcWfL/

Sevdiyi qızdan "hə"ni almaq üçün 11 il gözləyən Mehman Musayevlə onun yolunu 32 il gözləyən Sevda Əliyevanın sevgi hekayəsi: Hələ yeniyetmə çağlarından ailədə də, ətrafda da Sevdanı həmişə ožünəməxsus davranış, düşuncə sahibi kimi görüblər. Qız rəfiqələri arasında oğlan xarakterli hərəkətləri, qətiyyəti ilə tanınib. Bu xasiyyətinə görədir ki, 17 yaşında onu ilk dəfə görüb aşiq olan uzaq qohumu Mehmanı da çox, həm də insafsızcasına incidib. İndi həmin günlərin ağrı-acısını çəkir. Sevdaya yaxınlaşmaq, "hə" cavabı almaq üçün qız həyalı, utancaq, ürəyi yuxa kimi yumşaq olan bu gənci düz 11 il intizarda qoyub. 1992-ci ilin oktyabrında xoşbəxt günlərini yaşayan cütlük təntənəli nişan mərasimi keçirib, bir-birinin barmağına üzuk taxıb. Yaxın aylarda toy etmək barədə qərara gəliblər. Bu xoş hadisənin təsiri ötməmiş qız evinin ağbirçəyi Füruzə ana gözlənilmədən dunyasını dəyişib. Toy hazirlığı dayandırılaraq, bir il sonraya saxlanıb. Həmin dövrdə xain qonşularımiz ermənilərin Azərbaycana , xüsusən də sərhəd rayonu olan Kəlbəcərə hucumları şiddətlənib. Qeyrətli el oğlu kimi, təbii ki, Mehman da kənarda qalmayıb. Milli Ordunun tərkibində ölum-dirim savaşına girib. Mehmanın özü, Sevdanın isə ürəyi döyüş meydanında qalıb. Nişanlısının, bütün əsgərlərimizın qələbəsi, can sağlığı üçün gecə-gündüz dua edib. Lakin cəbhədən gələn xəbərlər çox vaxt ürəkaçan olmayıb. 1993-cü il mart ayının 27-də isə Sevdanın taleh işığını, arzularını zülmətə qərq edən acı xəbər verilib - Mehmanın itkin düsmə xəbəri! O vaxtdan bir qərinədən artıq zaman ötür. Sevda yenə də həyatda təkdir. Yalnız itgisi barədə düşünür. Köçkünlük illərində Mehmana şəhid statusu verilməsi və 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Mehmanın nəşinin tapılması ona təsəlli olsa da, bu, varlığına hakim kəsilən boşluğu doldurmur.
Şərq qəzeti, Əntiqə Hüseynova

Address

Azərbaycan, Bakı
Ağdam

Alerts

Be the first to know and let us send you an email when Türklərin Izində posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Türklərin Izində:

Shortcuts

Share