Peşə təhsili və insan kapitalı

Peşə təhsili və insan kapitalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orqanı

ISSN: 2664-4770
E-ISSN: 2706-7858
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı 1969-cu ildən “Gənc fəhlə” adı ilə nəşrə başlamış və 2000-ci ildən isə “Sənətkar” adı ilə fəaliyyət göstərmişdir. Jurnalın təşkilati-hüquqi adı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 23.11.2017-ci il tarixli, 416 nömrəli

Əmri ilə dəyişdirilərək hazırda “Peşə təhsili və insan kapitalı” jurnalı kimi fəaliyyətini davam etdirir.

19 noyabr 2025-ci il tarixində "Peşə təhsili və insan kapitalı" jurnalının əməkdaşı Vüqar Səlimova Azərbaycan Mətbuat Şu...
20/11/2025

19 noyabr 2025-ci il tarixində "Peşə təhsili və insan kapitalı" jurnalının əməkdaşı Vüqar Səlimova Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə iştirak edib.
"Borçalı" İctimai Birliyi İdarə Heyətinin təşəbbüsü ilə Birliyin həmtəsisçisi yazıçı-jurnalist Şərif Kərimli Gürcüstanın bəzi kəndlərində olmuş və tanınmış ziyalılar, ağsaqqalar və keçmiş təsərrüfat işçiləri ilə görüşlər keçirmiş və onları diplomlarla mükafatlandırmışdır.
Müəyyən səbəblərdən quru yolların bağlı olmaşına rəğmən bu missiyanın əhəmiyyətini nəzərə alaraq Birliyin sədri, jurnalist Şərif Kərimli 19 noyabr 2025-ci il tarixində Azərbaycan Mətbuat Şurasında həmin görüşlərdən hazırladığı "Bağlı qapılar" adlı video-materialın təqdimatını tədbir iştirakçılarına nümayiş etdirib.
Yazıçının "altı ildə qapısı bağlı olan Borçalı ellərini uzaqdan-uzağa seyr etsəm də builki məzuniyyətimi daha işğüzar bir məsələyə həsr etməýi qərara aldım deməsi (məqsəd məlum idi), Borçalının peşə sahiblərinə diplomların çatdırılması üçün el-obasını dolaşa-dolaşa, kəndin yarpız qoxulu, yovşan ətirli havasını uda- uda hər birinin evinə getməyi qərara aldım və nə yaxşı ki, belə etdim deməsi diqqətimi çəkən maraqlı məqamlardan biri oldu. Bir də Borçalıdan, babalarımızın ruhunun dolaşacağı yurdumuzdan çox çətinliklə ayrılsam da görüşdüyüm insanların sevincləri, istəkləri, umu-küsüləri təyarədəki yükümdən də qat-qat ağır olsa da, sonda arxamca qapılar bağlanmadı deməsi", sözün əsil mənasında məni kövrəltdi. Çox istərdim ki, bu missiyanı Azərbaycanın kəndlərində də təmannasız davam etdirən Şərif Kərimli kimi yaradıcı şəxsiyyətlərimizin sayı artsın.

17/11/2025
ŞİRVAN PEŞƏ LİSEYİNDƏ ZƏFƏR GÜNÜ QEYD OLUNUB07 noyabr 2025-ci il tarixində Şirvan Peşə Liseyində "Zəfər Günü" münasibəti...
13/11/2025

ŞİRVAN PEŞƏ LİSEYİNDƏ ZƏFƏR GÜNÜ QEYD OLUNUB

07 noyabr 2025-ci il tarixində Şirvan Peşə Liseyində "Zəfər Günü" münasibətilə tədbir keçirildi. Tədbirdə liseyin direktoru Elnur Novruzov, "Peşə Təhsili və İnsan Kapitalı" jurnalının baş redaktoru Şahbaz Balakişiyev və liseyin kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Elnur Novruzov tədbir iştirakçılarını təbrik edərək gələn qonaqlara təşəkkürünü bildirib. Tədbirdə həmçinin "Peşə təhsilinin şəhid məzunları" kitabının ərsəyə gəlməsindən və kitabda yer alan 750 şəhid məzunlarımızın sırasında Sirvan Peşə Liseyinin də məzunlarının olmasından söz açıldı.
Liseyin pedaqoji kollektivinin istək və arzularnı nəzərə alaq "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru, "Peşə təhsilinin şəhid məzunları" kitabının müəllifi Şahbaz Balakişiyev onlarla - jurnalın oxucuları ilə dəyirmi masa ətrafında görüş keçirdi.
Görüşdə elmi-pedaqoji sahədə təhsilverənlərin qarşılıqlı əməkdaşlığı məsələləri, peşə təhsilinin tədrisi metodikası mövzuları, metodiki komissiyaların vəzifələri və müəllimlərin özünütəhsilinin inkişafında pedaqoji mətbuatın (jurnalın) rolu haqqında geniş müzakirə aparıldı. Müəllimləri maraqlandıran suallara cavab verildi, dəyirmi masa ətrafında aparılan müzakirələr qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində davam etdi.

https://jurnal.vet.edu.az/news

Zəfərlə Yazılan Tarix – Neftçalada Zəfər Gününün 5 illiyi qeyd olunubNeftçalada 06 noyabr 2025-ci il tarixində Neftçala ...
08/11/2025

Zəfərlə Yazılan Tarix – Neftçalada Zəfər Gününün 5 illiyi qeyd olunub

Neftçalada 06 noyabr 2025-ci il tarixində Neftçala Peşə Məktəbi publik hüquqi şəxsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5 illik yubileyinə həsr olunmuş “Zəfərlə Yazılan Tarix” adlı bayram tədbiri keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının baş redaktoru Şahbaz Balakişiyev, Neftçala rayon Gənclər və İdman Sektorunun müdiri Araz Əhmədov, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları, eləcə də idarə və müəssisə rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbir açıq elan edilməmişdən öncə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları ilk öncə Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin tələbə və müəllim heyəti tərəfindən hazırlanaraq sərgilənən əl işlərinə, eləcə də rəsm əsərlərinə baxış keçiriblər.
Bayram tədbirini açılış nitqi ilə açıq elan edən məktəbin direktoru Tarıyel Yaqubov çıxış edərək Zəfər Gününün xalqımızın tarixi yaddaşındakı möhtəşəm yeri və əhəmiyyətindən söz açmış, Zəfər Gününün təkcə qələbənin deyil, həm də milli həmrəyliyimizin, dövlətçilik iradəmizin, gələcəyə inamımızın rəmzi olduğunu vurğulamışdır.
Sonra tədbirdə iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin Başçısı cənab Mirhəsən Seyidov çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Çıxışı zamanı başçı beş il əvvəl – 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq və vətənpərvərlik göstərərək doğma torpaqlarımızı işğaldan azad etdiyini, xalqımıza böyük Zəfər sevincini yaşatdığını vurğuladı. Eyni zamanda başçı çıxışında Zəfərimizin Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin, şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilmiş ədalətin təntənəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının baş redaktoru Şahbaz Balakişiyev, Vətən Müharibəsi qazisi baş leytenant Yusif Abdullayev, məktəbin hərbi hazırlıq müəllimi Ülvi Məhərrəmli çıxış edərək Zəfər Gününün 5 illik yubileyinin dərin mənəvi və tarixi önəmini qeyd edib, şəhidlərimizin qəhrəmanlığından və ordumuzun yenilməzliyindən bəhs ediblər.
Çıxışlardan sonra tədbir rayonun mədəniyyət nümayəndələrinin və eyni zamanda Neftçala Peşə Məktəbi, eləcə də Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin şagird və tələbələrinin ifasında səsləndirilən musiqi nömrələri ilə davam etdirilib.
Tədbirin zirvə anlarından biri isə məktəbin tələbələrinin at belində Azərbaycan və Türk bayraqlarını dalğalandıraraq səhnəyə daxil olması olub. Milli geyimdə olan gənclərin bu qürurlu yürüşü, onların qaldırdıqları bayraqlar və Xarı bülbül simvolu ilə səhnəyə gəlişi Zəfərin əzəmətini, həmrəyliyi və vətənpərvərlik ruhunu əyani şəkildə nümayiş etdirib. Bu mənzərə tamaşaçılara dərin duyğular yaşadaraq tədbirə unudulmaz məqamlar bəxş edib.
Sonda bayram tədbirində iştirak edən qazilərimizin və müharibə iştirakçılarımızın iştirakı ilə “Zəfər tortu” kəsilib və onlarla xatirə fotosu çəkilmişdir.
https://jurnal.vet.edu.az/news/5

🇦🇿 Göyçay Peşə Liseyində Zəfər Günü"nə həsr olunmuş tədbir  və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keç...
07/11/2025

🇦🇿
Göyçay Peşə Liseyində Zəfər Günü"nə həsr olunmuş tədbir və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan liseyin direktor əvəzi Elxan Əliyev "Zəfər Günü" münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək gələn qonaqlara təşəkkürünü bildirdi.
Tədbirdə "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru Şahbaz Balakişiyev və redaksiyanın əməkdaşlarının təşəbbüsü ilə ərsəyə gələn Peşə təhsili müəssisələrinin şəhid məzunlarına həsr olunmuş "Peşə təhsilinin şəhid məzunları" kitabı təqdim edildi.
Çıxış edən qonaqlar Elm bə Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı" jurnalının şöbə redaktoru, yazıçı, publisist Pərvanə Mehmanlı, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anası liseyin müəllimi Məhluqə Ömərova, şəhid və qazi ailələrinə qayğı cəmiyyətinin sədri Eldəniz Rüstəmov, liseyin qocaman təqaüdçü müəllimi Fərhad Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Coşqun İsmayılov, Pərvanə Mehmanlının anası Nargilə xanım qonaq olaraq "8 noyabr Zəfər Günü münadibəti ilə tədbir iştirakçılarını və xalqımızı təbrik edərək bu gün haqqında ətraflı məlumat verdilər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrimizin çıxışları ilə bədii hissəsi davam etdirildi.
Sonda gələn qonaqlarla xatirə şəkilləri çəkildi.
Zəfər Günün mübarək Azərbaycan!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

https://jurnal.vet.edu.az/news/4

Ağdaş Peşə Məktəbində "Zəfər Günü" və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi🇦🇿06.11.2025-ci il ...
06/11/2025

Ağdaş Peşə Məktəbində "Zəfər Günü" və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi

🇦🇿06.11.2025-ci il tarixində Ağdaş Peşə Məktəbində 8 Noyabr - "Zəfər Günü" münasibətilə zəfərimizin 5 illiyi xüsusi təntənə ilə qeyd olundu.
Tədbirdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş şəhidlərimizin valideynləri, yaxınları, qazilərimiz, "Peşə təhsili və insan kapitalı" jurnalının əməkdaşı yazıçı - publisist Pərvanə Mehmanlı, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səbuhi Musayev, YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov iştirak edirdilər.
Tədbir ilk olaraq Azərbaycan Dövlət Himninin səslənməsi, şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
"Peşə təhsili və insan kapitalı" jurnalının rəhbəri Şahbaz Balakişiyev və redaksiyanın əməkdaşlarının təşəbbüsü ilə ərsəyə gələn Peşə təhsili müəssisələrinin şəhid məzunlarına həsr olunmuş "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi. Ağdaş Peşə Məktəbinin şəhid məzunu Əliyev Cəlil Qüdrət oğlunun ruhu və bütün şəhidlərimizin əziz xatirəsi anıldı.
Tədbirdə Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova çıxış edərək zəfərimizin qazanılmasında öz canından keçmiş şəhidlərimizdən danışdı. Şəhid valideynləri qarşısında öz minnətdarlıq və ehtiramını bildirdi.
Şəhid valideynlərinin çıxışları çox hörmətlə qarşılandı.
Ağdaş Peşə Məktəbinin tələbələrinin şəhidlərimizə həsr olunmuş ifaları dinlənildi.

https://jurnal.vet.edu.az/news/3

30/10/2025
Redaksiyada Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnal...
30/10/2025

Redaksiyada Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının növbəti nömrəsinin müzakirəsi.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Peşə təhsili və insan kapitalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peşə təhsili və insan kapitalı:

Share

Category